Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Foto və Video çəkilişi

 tərəfindən  10 June, 2009 tarixində və NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Hər insan həyatında bir dəfə evlənməyi və xoşbəxt olmağı arzulayır. O gözəl və əhəmiyyətli günün xatirəsinə ömür boyu baxdıqca xoş anları xatırlatan rəsim və video lent yazılarının qeydə alınması toy, nişan və şənliklər üçün çox vacibdir.

Bunun üçün müəyyən hazırlıqları daha əvvəlcədən görmək lazımdır. İnanın ki, daha əvvəl danışıb vaxt təyin etdiyiniz bir foto studiya sizin verdiyiniz ən gözəl qərarlardan olacaqdır.

Nikah mərasimindən və ya toy saatından 1-2 saat əvvəl daha əvvəlcədən seçdiyiniz və keyfiyyətindən əmin olduğunuz foto studiyaya gedib profesyonal tərzdə gözəl xatirə şəkilləri çəkdirə bilərsiniz. Hətta bəzi şadlıq evlərinin bu növ xidmətləri də mövcuddur. Sizə məsləhətimiz, toydan əvvəl gedib şadlıq evinin fotoqrafı ilə oturub danışın ki, sonradan sizə sürpriz və əsla qiymətcə dəyməyən albüm verməsinlər.

Yaxşı olardı ki, müəyyən limit təyin edəsiniz. Məs. Sizi sadəcə 50 şəkildən ibarət album düzəldməklə kifayətlənsin və sonra qonaqları çəksin. Eyni zamanda dijital variantını (cd və ya digər vasitələrdə) tələb etməyi unudmayın. Bundan əlavə toy və ya nişan boyunca sizin razılaşdığınız fotoqraf  çox sayda şəkillər çəksin.  Toydan sonra bu şəkillərə baxıb ürəyiniz istəyəni çap edib istədiyiniz kimi gözəl album hazırlaya bilərsiniz.

Qeyri profesyonal çəkilişlərə gəldikdə isə artıq rəqəmsal fotoaparatlarla, hətta telefonlarda belə yüksək keyfiyyətli şəkillər çəkildiyi üçün qonaqlar tərəfindən çəkmək istəyənlərlə olduqca çox şəkil çəkdirin. Hətta hər addım başı sizinlə şəkil çəkdirməyə gələnlərə etiraz etməyin.  Vaxt gələcək ən kiçik anın belə xatirəsi çox dəyərli olacaqdır. Ən böyük tövsiyələrimizdən biri də əsla çəkdirdiyiniz şəkilləri silməyin. Hər şey təbii olsun. Sağ sola baxarkən, gözlər bağlı ikən və yaxşı görünməyən tərzdəki şəkilləri belə silməyin. Bunun əhəmiyyətini bir neçə illər keçdikdən sonra anlayacaqsınız.

Əyər ki, bu gözəl gününüzü çox daha yaxşı yaddaşlara həkk etdirmək istərsəniz, video operatorla yanaşı bir fotoqraf da sizin toy, nişan və nigah mərasimi boyunca sizə xəbər vermədən (təbii hallarda) çox şəkillər çəksin. Elən anlar olsun ki, Siz hətta fotoqrafı unudun. O yoxmuş kimi davranın.. Belə olduqda onun çəkəcəyi şəkillər daha təbii və xoş təsürat yaracadaqdır.

Eynilə yuxarıda vurğuladığımız kimi çəkiliş zamanı sizə çox pis düşmüş kimi görünən şəkillər daha sonra çox xoş təsir bağışlaya biləcəkdir.

Toyun videosun çəkilişini isə profesyonallara tapşırmağınız məsləhətdir. Adətən şadlıq evlərində dəfələrcə istifadə olunmuş köhnə video kasetlərlə çəkilən və sonradan necə olduğu müəyyən olmayan montajlar çox  böyük peşmançılıq yaratmaqdadır.  Yaxşı olardı ki, bu nüansı danışasınız və hətta toy büdcənizə yerləşdirə bilərsəniz Dvcam çəkilişlərdən və xüsusi kranlardan istifadə edə bilərsiniz.

Hətta ssenari çərçivəsində gözəl bir film hazırlattırıb daha sonra DVD halına gətirəcəyiniz toy xatirənizi gələcəkdə uşaqlarınıza ərmağan edəbilərsiniz.

Toyunuzu daha güvənli əllərə təslim etmək, video və foto çəkilişlərində razı qalacağınız yüksək keyfiyyətli nəticələr əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

1 şərh on "Foto və Video çəkilişi"

  1. aysel on Sat, 19th Dec 2009 12:29 pm 

    meslehete gore tasakkur,sekil cekdirmeyi xoslayiram

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.