Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Faiq Ağayevin konsertinin tarixi yenə də dəyişdirildi.

 tərəfindən  7 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Xalq artistinin əvvəlcədən may ayına planlaşdırdığı konserti iyun ayına keçirilib. Bu barədə sənətçi ANS PRESS-ə açıqlamasında bildirib.

Heydər Əliyev Sarayında baş tutacaq “F.A made in Azerbaijan” adlı solo-konsertlər 6-7-8-9 iyun tarixlərində keçiriləcək.

“Mayda H. Əliyev sarayında 4 gün konsert vermək imkanı yoxdur. Çünki Sarayda başqa konsertlərin keçirilməsi də nəzərdə tutulub. Ya mən konsertlərimin vaxtını dəyişməliyəm, ya da 2 gün konsert verib fasilə etməliyəm, sonra o biri 2 gün konsert verməliyəm. 4 gün ardıcıl olaraq konsert vermək üçün iyun ayının ilk ongünlüyündən istifadə etməli oldum. İlk növbədə Sarayın qrafikini nəzərə almalıyıq”, deyə F. Ağayev bildirib.

Müğənni qeyd edib ki, bu solo konsertə ciddi hazırlaşır: “Bu solo-konsertim mənim üçün iki illik susqunluqdan sonra böyük bir işdir. İlk dəfə xalq artisti statusu ilə tamaşaçılar qarşısına çıxacam”.

Sənətçi konsertdə imic baxımından səhnəyə fərqli bir Faiq Ağayevin çıxacağına da söz verib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək konsertin təşkilatçısı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Musiqi Ansanbllar Birliyidir. Faiq Ağayev maliyyə dəyəri 160 min manat olan solo konsertlərinin sponsorlarının adlarını hələlik gizli saxlamaq fikrindədir. “Konsertin anonslarında hər şey bəlli olacaq”, deyən xalq artisti, maliyyə baxımından baha başa gələn layihənin biletlərinin ucuz olacağını bildirib:

“İstənilən Azərbaycan vətəndaşının konsertə gələ bilməsi üçün biletlər 5-35 manat dəyərində olacaq. Bu konsertdən pul götürmək marağım yoxdur. Bu qiymətlərin xalq artisti üçün çox aşağı olduğunu deyənlər də var. Xalq artisti o demək deyil ki, özünü qaldırıb dağın başına qoymalısan. Xalqın artisti xalqı düşünməlidir, xalqı nəzərə almalıdır. Mən istəyirəm ki, Faiq Ağayev sənətinin istənilən pərəstişkarı konsertimə gələ bilsin. Yəni, 5 manat verib zalda oturub 3 saat məni dinləyə bilsin”.

“Mən bu konsertlərimlə bəzi həmkarlarımı qəflət yuxusundan ayıltmaq istəyirəm. İstəyirəm ki, tamaşaçılar Azərbaycan sənətçisinin konsertinə ehtiyac duysunlar. Əfsuslar olsun, biz xarici sənətçilərə nə qədər çox diqqət yetiririksə, özümüzünkülərə bir o qədər laqeyd oluruq”, deyə müğənni əlavə edib.

İlk dəfə xalq artisti statusunda böyük konsert proqramı ilə tamaşaçı qarşısına çıxacaq Faiq Ağayevi 36 nəfərlik canlı heyət, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Bakı”orkestri müşayiət edəcək. Qızıl şlyagerlə birlikdə səhnədə böyük rəqs heyəti – “Spayder” şou-balet qrupu olacaq. Hal-hazırda rəqslər üzərində işlədiyini deyən sənətçi hər mahnıya uyğun rəqs hazırladığlarını bildirib.

“Repertuarımda iki yeni mahnım olacaq. Proqramda Xanım İsmayılqızı, Ramal, Rəvan Qarayev, Emin Kərimi, Vüqar Camalzadə, Givinin mahnıları ilə yanaşı Cahangir Cahangirovun retro mahnısı da səslənəcək. Ümumilikdə 26 mahnı ifa edəcəm”.

F. Ağayevin sözlərinə görə, konsertin “F.A made in Azerbaijan” adlanması Azərbaycan sənətkarının dünya standartlarına uyğun konsert keçirə bilməsinin əlaməti kimi seçilib. “Bu konsertimlə Azərbaycan sənətçisinin dunya standartlarına uyğun konsert verməyə qadir olduğunu sübut etmək istəyirəm”, deyə xalq artisti vurğulayıb.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.