Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Faiq Ağayevdən şok açıqlama

 tərəfindən  1 June, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Azərbaycanın xalq artisti Faiq Ağayevin mətbuat xidməti xüsusi açıqlama yayıb. Mətbuat xidmətindən ANSPRESS-ə daxil olan məlumatda bildirilir ki, Faiq Ağayevin 6-9 iyun 2010-cu il tarixlərində Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “F.A made in Azərbaycan” solo konserti təxirə salınır. Buna səbəb kimi, onu təşkil etməyə israrla şəxsi təşəbbüs göstərən MAB-ın rəhbəri, konsert təşkilatçısı Nahid Emiloğlunun “anlamsız fəaliyyətsizliyi, etinasızlığı və hazırlıqsızlığı” göstərilir.

Açıqlamada daha sonra bu qərarın aşağıdakı səbəbləri sadalanır:

“Konsertə sayılmış günlərin qaldığı bir vaxtda böyük, məsuliyyətli, mühüm bir konsert layihəsinin TV reklamı əhəmiyyətsiz, cüzi, açıqcası – YOX səviyyəsindədir.

Əvvəlcədən ödənişi mütləq olan vacib məbləğlərin heç biri, o cümlədən H.Əliyev Sarayının icarə haqqı, hələ də həyata keçirilməyib.

Bu azmış kimi, təşkilatçının bütün telefonları işlək vəziyyətdə olsa da, özü əlaqə dairəsi xaricindədir”.

Məlumatda xatırladılır ki, məhz N. Emiloğlunun səhlənkarlığı ucbatından xalq artisti Faiq Ağayev “F.A made in Azərbaycan” layihəsinin tarixini artıq üçüncü dəfədir ki, dəyişdirmək məcburiyyətində qalır.

Yaranmış vəziyyətdə Faiq Ağayev səriştəsiz təşkilatçı ilə razılaşmaya xitam verməyə qərar verib və konsertin keçirilmə zamanını digər vaxta ertələyib.

Konsert təşkilatçısı Nahid Emiloğlu iddialarla bağlı Lent.az-a açıqlama verib. Təşkilatçı bildirib ki, 4 gündür efirdə getməyən reklamın dayandırılmasının səbəbkarı özüdür, Heydər Əliyev adına Saraya icarə haqqının ödənilməsinə hələ vaxt var, lakin bununla yanaşı, o, bu konserti həyata keçirməkdən imtina edib: “Bu, Faiq Ağayevlə şəxsi münasibətin korlanması anlamına gəlmir. Öz səbəblərim var, bunun açıqlamaq istəmirəm”.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.