Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Evliliyin ilk addımı

 tərəfindən  25 June, 2009 tarixində və Ailəyə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

AiləAilə cəmiyyətin bir üzvüdür. Ailəni qurmaq asandır, onu ucaltmaq və cəmiyyətə tanıtmaq isə bir o qədər çətindir. Ailə qurmaq nikah masasından başlayır əvvəl imza atılır, saziş imzalanır, sonra uzun bir yol verilir insana, getdiyin bu yolda gül çiçək əkmək isə sənin yaşam qanunun olur, kimisi gül əkir bu yolda hündür çinarlar yetişdirir, kimisi ancaq yolunu gedir sonu görmək üçün yolunda isə gül əvəzinə tikanlar bitirir.

Ailə bir okeandır dibinə düşməyənə qədər yosununu görməzsən.

Nikah elə bir mürəkkəblə yazılır ki, o illər keçdikcə parlaqlığını daha da əsrarəngiz edir, əks halda onu silmək istəsən ləkələrin  heç vaxt apara bilməzsən.

Ailə Nikahla başlayıb zaman ilə davam edib sevgi ilə bitər.

Hər bir gəncin arzusudur gəlin paltarı, bəy libası geyinib həyata yeni başlanğıc etmək üçün zamanla müqavilə bağlasın. Bu müqaviləyə bəzən asılılıq bəzən səadət rəmzi deyirik, çünki ailə quran insanların bir çoxu düşünürlər ki ailə qurduqdan sonra onlar kimdənsə asılı vəziyyətə düşürlər, cavanlığın sultanlığını artıq itirirlər, lakin bəziləri isə illərdi sevdiyi insana qovuşduğu üçün o günü həyatlarının səadət günü kimi qeyd edirlər. Ailə qurmaq sadəcə dəbdəbəli ziyafət zalının seçilməsi, bahalı gəlin, bəy geyimləri, gözəl makiyaj, saç düzümündən ibarət deyil, o dur ki, ailə qurarkən düşünməli və düzgün qərar verilməlidir.

Evliliyə imza atmış insanlar nikahın hər bir addımını əzbər bilirlər, lakin bilməyənlərə qısa bir xatırlatma edək.

Nikah müvafiq icra orqanı tərəfindən nikaha daxil olmaq istəyən insanların bu barədə verdikləri razılıq ərizəsindən 1 ay sonra hər iki şəxsin və şahidlərin iştirakı ilə bağlanır. Nikaha girərkən kişilər üçün yaş həddi 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Nikaha daxil olduqda hər iki şəxsin tibbi müayinəsi də tələb oluna bilər. Həmçinin nikah bağlayan insanların həyatlarında xoşa gəlməz hadisə baş verərsə nikah müddəti 1 ay daha artırıla bilər.

Bu hallar hər bir ailə qurmaq istəyən insanlar üçün önəmli olan və bilmələri gərəkli olan zərurətlərdir. Qurulan evliliyi oyuncaq deyil daimi yuva bilib ona sarılın. Evliliyi bir səltənət ocağı bilib onun istisinə  isinmə diləyi ilə…

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

12 şərh on "Evliliyin ilk addımı"

  1. Lala on Thu, 25th Jun 2009 10:55 pm 

    yazını çox bəyəndim ürəyinə əlinə sağlıq, ailəni gəlin qoruyaq

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  2. dream on Sun, 28th Jun 2009 9:00 pm 

    əgər orda sevgi yoxdursa nəyi qorumağa çalışaq?

    Münasibətiniz: Thumb up 1 Thumb down 1

  3. Aysel Bayramova on Mon, 29th Jun 2009 5:45 pm 

    əzizim Dream

    ailənin sevgi ilə davam etməsini istəyirsənsə, bünövrəsi sevgi ilə qurulan ailə qur, qurduğun təməl üstündə ucalacaqsan.

  4. PERSONA_GRATA on Thu, 2nd Jul 2009 2:27 am 

    DEYERLI MELUMATLAR UCUN TEWEKKURLER

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  5. dream on Thu, 2nd Jul 2009 1:51 pm 

    Hörmətli Aysel xanım,məsləhətlərinizə görə çox sağ olun,amma buna ehtiyacım yoxdur.Bir də ki,nə məsləhər verməyi,nə də almağı sevmirəm.Bu mövzuda inanın sizdən daha çox təcrübəm var,ona görə də məsləhət vermirəm,amma bir də heç kimə məsləhət verməyin.Uğurlar!

    Münasibətiniz: Thumb up 0 Thumb down 1

  6. Elnur on Thu, 2nd Jul 2009 2:12 pm 

    Hörmətli Dream! Siz anidən niye reaksiya göstərib yazdığınızın səbəbini bilməsəm də bir sözünüzlə razı olmadığımı demək istərdim. Məsləhət almaq hər zaman gözəl və faydalıdır.. Hara yozursanız yozun.. Necə düşünürsəniz düşünün.. Məsləhət almaq çox gözəl şeydir.. Əlbəttə işin bilənindən.. Aysel xanım Sizə isə dərin təşəkkürümü bildirirəm bu faydalı məqaləniz üçün..

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  7. Aysel Bayramova on Thu, 2nd Jul 2009 3:24 pm 

    Hörmətli oxuyucular,

    Məqalələr üçün yazdığınız dəyərli fikirlərinizə daima hörmətlə yanaşıram, hər kəs həyat tərzindən, yaşamından gördüklərini kəlmələrində, cümlələrində ifadə edir. Dostlar sağolun əziyyətə verdiyiniz qiymət üçün.

  8. Buket on Tue, 1st Sep 2009 4:05 pm 

    men aileliyem,cox duzgun fikirlerdi.xowbextliydi

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  9. aylanan on Thu, 8th Apr 2010 4:35 pm 

    albatta ailanin dayarini bilmayan biri har zaman aila boshdur deyacakdir amma biz sizin simanizda gozal sozlarinizla tam raziyiq, ailani qoruyaq.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  10. Aysel Bayramova on Fri, 9th Apr 2010 5:31 pm 

    Ailə məhvumu ümumidir, onu izah etmək, ondan bəhs etmək isə fərdidir çünki hər insan baxdığı pəncərədən gördüyü təbiəti təsvir edir!

  11. rinat on Fri, 18th Jun 2010 6:02 pm 

    Aysel xanim cox bayandiyim bu fikrinizi har insan baxdigi pancaradan gorduyu tabiati tasvier edir, BRAVO! dayarli sozlardir.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  12. Aysel Bayramova on Sat, 15th Jan 2011 1:47 pm 

    Hormatli Rinat minnatdaram.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.