“Evlənirik biz” kəlməsinin yaş həddi üzrə fərqli qavranışı
Aysel Bayramova tərəfindən 17 August, 2010 tarixində və Ailəyə Özəl, EVLENİRİK.BİZ, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.
Bu dünyaya göz açan andan etibarən Tanrı hər kəsin alnına onun gələcəkdə qarşılaşacağı həyat səhnəsi yazır. İllər ötür bir kiçik tumurcuqdan uca gövdəli ağaca çevrilir canlı varlıq. Həyatının hər bir anında bəzən qismət payına inanlarda olur, inanmayıb bunu dananlarda. Həyat çox insanlarla qarşılaşdırır bizi, çox qonaqlarımız olur könül evimizdə amma yalnız birini daimi sakin seçirik. Seçimizin dəqiqliyinə varan kimi evlenirik biz deyirik. Bu kəlmə hər kəsin arzuladığı bir eşqin kulminasiya nöqtəsidir. Yer üzünün bütün sakinləri bu kəlməni deməyə can atırlar lakin müxtəlif yaş həddində, gəlin müəyyən dövrlər üçün nəzərdə tutulan xarakteristikaya nəzər salaq.
18-25 yaş arası gənclər - bir andaca verdiyi qərarla bu kəlməni qısa müddətdə qəbul edirlər, onların zəkalarında ancaq sevgi ilə qurulan ailə obrazı canlanır daima. Həyatın bütün çətinliklərinə sinə gələcəklərini düşünürlər, dünyanın heç bir cəh-cəlalı olmur gözlərində. Xoşbəxt olacaqlarına əmin olmuş kimi addım atırlar bəlkədə daha sonra onları gözləyən həyat sınağının çətinliyini gözə almadan. Onlar ürəklərinin qanununa tabe olurlar.
26-30 yaş - arası gənclər həyatda sərbəst olduqları, bütün şəraitə hazır olduqları halda belə seçim edərkən ağılın köməyindən istifadə edirlər. Onlar üçün ailə qurmaq qlobal bir problemə çevrilir bəzən. Seçəcəkləri insanda daha çox xüsusiyyət axtarırlar, hər cuzi anlaşılmazlığı şişirdilmiş şəkilə salırlar. Evlənirik biz kəlməsini dilə gətirmək onlara bəzən uzun söz söhbətin yekun həddində olur. Onlar ağıllarına bağılıdırlar.
31-35 yaş arası gənclik dövrünün son həddində olan gənclər - evlənirik bizə gənclik həvəsinin orta yaş həddinə doğru istiqamətinin dəyişdirilməsi kimi bu hissin məhv olmasının qarşısını alan bir ümid kimi baxırlar. Onlar üçün evlənirik biz heç kimə məhəl qoymadan qəbul ediləcək qərarın son variantıdır. Onlar ümidlərini üzməyəndilər.
36-45 yaş arası orta yaş həddində olan insanlar üçün - evlənirik biz qərarının verilməsi övlad sahibi olmaq istəyən və onun üçün valideyn olacaq insanların qəbul etdiyi kəlmədir. Bu kəlmənin arxasında dayanan məsuliyyət isə yalnız tənhalığa son qoymaq istəyən insanın üzərinə düşür. Onlar bir can üçün yaşayırlar.
45 yaşdan yuxarı insanlar - isə evlənirik biz kəlməsini yalnız özlərinə həmfikir tapdıqları zaman dilə gətirirlər. Onlar səssizlikdən bezmiş olurlar.
Bunuda qeyd etməliyik ki, hər bir yaş həddindən asılı olmayaraq yaranan istisna hallarda var.
Kimliyindən asılı olmayaraq bu qərarı verən insanlara ürəklə, ağılın ortaq cəhətlərini tapmaq ideyasını çatdırmaq istərdik.
Qarşıda duran məsələ bu kəlmənin necə qəbul etməkdən asılı deyil, əsas bu kəlməni qəbul edərkən onun məsuliyyətini hiss etməkdən və icrasını yerinə yetirməkdən ibarətdir.
Hər kəsdən “Evlənirik.biz” i eşitmək ümidi ilə…..
DİGƏR MƏQALƏLƏR
Yüklənir…
















sema on Wed, 25th Aug 2010 11:39 am
sevgi har zaman qazanir
Münasibətiniz:
0
0
gunay on Wed, 25th Aug 2010 3:25 pm
twkler
Münasibətiniz:
0
0
Aysel Bayramova on Thu, 26th Aug 2010 9:35 am
Buyurun dayar verdiyiniz ucun munnatdariq