Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

“Eurovision-2009” müsabiqəsinin təntənəli açılış mərasimi mayın 10-da Qızıl meydanda keçiriləcək!

 tərəfindən  22 April, 2009 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

EuroVision Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araş Polşada promo-turnedədirlər.

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya bildirib ki, promo-turnedən sonra Aysellə Araş birbaşa Moskvaya gələcəklər. A. Kərimli hazırlıqların artıq yekunlaşmaq üzrə olduğunu deyib: “Konkret olaraq rəqs, xoreoqrafiya üzərində hazırlıqlar demək olar ki, bitib. Artıq son versiyanın məşqləri gedir. Təşkilati məsələlər həll olunub. Azərbaycan təmsilçiləri “Eurovision-2009” müsabiqəsinə tam hazır vəziyyətdədir”.

A. Kərimli Aysel və Araşın geyimlərinin isveçlilər tərəfindən hazırlanması və Azərbaycan təmsilçilərinin səhnəyə İsveç rəqqasları ilə birlikdə çıxması məsələsinə də münasibət bildirib: “İsveçlilərin işləri bizi qane edir. Daha optimal hesab edildiyi üçün onları seçmişik. Mayın 14-də Aysel Teymurzadə və Araşla birgə üç isveçli rəqqas səhnəyə çıxacaq”.

A. Kərimli “Eurovision-2009” müsabiqəsinin mayın 9-na nəzərdə tutulan açılış mərasiminin hava şəraiti ilə əlaqədar mayın 10-da keçiriləcəyini söyləyib: “Hava şəraitindən asılı olaraq mərasimi açıq və qapalı şəraitdə keçirilə bilər. Ümumi qaydaya görə açılış mərasimi Qızıl meydanda olacaq. Hava şəraiti pis olsa, qapalı şəraitdə keçirilməsi də istisna deyil”.

A. Kərimli bu ildən müsabiqədə münsiflər heyətinin də səs verəcəyini xatırladıb: “Münsiflər heyətinin tərkibinin ictimaiyyətə açıqlanması nəzərdə tutulmayıb. Sadəcə, bilirik ki, münsiflərin ümumi səsi toplandıqdan sonra açıqlanacaq və bundan sonra sms-lərin sayı da toplanacaq”.

APA

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.