Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ekstrahisli “AzeriQızı” ilə müsahibə

 tərəfindən  20 July, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

“Qəlbimdən keçən şeylərin çoxu olur, yuxularım çin çıxır, yaxşı qəhvə falına baxıram”

Günel 25 oktyabr 1985-ci il Ağdamda, musiqiçi ailəsində anadan olub. 249 saylı məktəbdə təhsil alıb, amma 13 yaşından təhsilini yarımçıq qoyaraq İbrahim Tatlısəsin dəvətilə Türkiyəyə gedib, artıq 11 ildir ki, orada yaşayır və müğənni kimi fəaliyyət göstərir. 14 yaşında ilk, 19 yaşında ikinci, ötən il isə üçüncü albomunu çıxarıb.

Karvan jurnalının müsahibəsini Evlenirik.Biz oxucuları ilə bölüşür.
Sual: Albomu çıxarmaq üçün hətta avtomobilini satmısan. Əgər alboma böyük vəsait qoymusansa, yəqin, qazanacağın da az olmayıb?
Günel: Xeyr. Türkiyədə bir albomdan pul qazanmaq çox çətindir. Doğrudur. “Peugeot CC” markalı avtomobilimi 35 min dollara alsam da, çox ucuz qiymətə satdım. Türkiyədə albom çıxarmaq üçün böyük pul vəsaiti lazımdır. Qazancım əsasən konsertlərdəndir. Moskvaya tez-tez toylara, konsertlərə dəvət alıram. Elə Azərbaycana da toy dəvətilə çox gəlirəm. Bizim toylarımızın yeri bambaşqadır: rəqslər, kabablar…

– Neçə ildir Türkiyədəsən, orada ev almaq fikrin var?
– Təbii ki, ev almaq fikrim var. Türkiyədə çalışdığım 10 il ərzində bir Bakıda ev almışam, bir də ailəvi geyim biznesi qurmuşuq. Anam bizneslə məşğuldur, Bakıda bir neçə geyim dükanı işlədir. Atam isə daima mənim yanımdadır. Çünki bu sənətdə tək olmaq çətindir, adına min cür söz çıxarırlar. Amma atam yanımda olanda da şayiələrdən qaça bilmirəm.

– Valideynlərin erkən yaşda ailə qurublar, sənin belə fikrin yoxdur ki?
– Düzdür, atamla anamın böyük sevgiləri olub. Hazırda bacım ailəlidir, bir övladı var. Qardaşım Tunar evlənmək haqqında hələ düşünmür. Mən də düşünmürəm. Sənətimlə bağlı işlər görmək istəyirəm. Çünki evlənməyə həmişə vaxt tapılar. O qədər istəyənim var ki…

– Buradan, yoxsa Türkiyədən?
– Hər iki tərəfdən.

– Şəxsi həyatında xoşagəlməz nüanslar oldu, itirdiyin illərə heyifsilənirsən?
– Əsla yox. Həyat insana çox şey öyrədir. 24 yaşım var, amma bəzən 30 yaşındakı yetkin qadın kimi düşünürəm. Mən bir addımı atmamışdan öncə atamı, qardaşımı, sonra Vətənimi fikirləşirəm. Doğru yolda addımlamaq istəyirəm ki, haqqımda pis heç nə danışmasınlar.

– Hansı ölkədə heyranların daha çoxdur?
– Hər ikisində. Amma istəyirəm ki, xalqım mənə sahib çıxsın. Çünki mən Türkiyədə doğma Azərbaycanımı təmsil edirəm. Ölkəmizdən oraya gələn sənətçilər yerlərini qoruya bilmirlər. Bir mahnı ifa edəndən sonra tez unudulurlar və ya fərqli şeylərlə gəlirlər. Amma məni etdiyim bir səhvə görə yenə də qınayırlar.

– İbrahim Tatlısəsin dəvətilə Türkiyəyə getməsəydin, həyatın necə qurulardı?
– O məni kəşf etməmişdən öncə də mən ölkə daxilində keçirilən bütün uşaq musiqi festivallarına qatılmışdım, çoxunda da birinci yeri tutmuşdum. İnanırdım ki, nə vaxtsa məşhur müğənni olacağam. Bilirsiniz, gözəllik keçəndir, səs və insanlıq önəmlidir. Əgər sənət baxımından səsim olmasaydı, bu yerə gəlib çatmazdım. Mən İbrahim Tatlısəslə eyni səhnəyə çıxıb oxuyacağımı yuxumda görmüşdüm. Elə də oldu.

– Başqa çin çıxan yuxuların olub?
– Mən fərqli insanam. Qəlbimdən keçən şeylərin çoxu olur, yuxularım çin çıxır, yaxşı qəhvə falına baxıram. Bunları ilk dəfə sizə söyləyirəm. Bir dəfə yuxumda Seyid Lazım Ağanı görmüşdüm. O vaxt onun haqqında məlumatım yox idi. Sonradan nənəmgildə onun şəklini gördüm. O mənə röyamda həmişə pis günümdə yanımda olacağını söyləmişdi.

– Bəzi soydaşlarımız səni Türkiyə türkcəsində danışmağına görə qınayırlar?
– Mən 13 yaşından oradayam, öz ləhcəmizdə ancaq ailə içində danışıram. Çünki Türkiyə vətəndaşları Azərbaycan türkcəsini pis başa düşürlər. Mən bu ləhcəni 12 il ərzində mənimsəmişəm. Amma bəzi yerli sənətçilərimiz bir günün içində ləhcələrini dəyişirlər.

– Dərini yaman qaraltmısan, solyariyə gedirsən?
– Mən ilin bütün ayı solyaridəyəm. Solyaridən sonra günəş altında qaralanda effekt gözəl olur. Ümumiyyətlə, qara dəri efirdə, səhnədə gözəl görünür. Amma bilirəm ki, azərbaycanlılar ağ dərini xoşlayırlar.

– Çimərliyə sərbəst gedə bilirsən?
– Düzdür, üzməyi bacarmasam da, dənizə girməyi çox sevirəm. Üzgüçülük müğənni üçün çox lazımlıdır. İdman etməklə heç aram yoxdur. Evimizin altında idman zalı olsa da, heç getmirəm. Məndən arıqlamağımın səbəbini tez-tez soruşurlar. Sizə də söyləyim: çörək və axşamlar saat altıdan sonra yemirəm, səhərlər isə yaxşı yeməyə çalışıram.

Vaxtını bir gənc kimi keçirə bilirsən?
Elə rahat yaşayırım ki. Bəzən mənə deyirlər, sən elə bil sənətçi deyilsən. Menecerim də məni danlayır ki, ulduzsan, hər yerdə görünməməlisən. Amma mən bazara belə gedərəm. Məncə, sənətçi səhnədə divləşir. Amma normal həyatda adi insanam. Məni tanımayanlar özümdən razı olduğumu zənn edirlər. İlk növbədə, mənimlə oturun, danışın, bundan sonra necə bir insan olduğumu deyin.

Bildiyimizə görə, şəxsi stilistin var. Onun dediklərinə müdaxilə edirsənmi?
Əlbəttə. Bəyənmədiyim paltarı heç zaman geyinmərəm. Zövqlü olduğuma inanıram. Nə geyinəcəyimə qərar verməkdə həmişə çətinlik çəkirəm. İşimi peşəkar insanlarla görməyə çalışıram.

Sonda nə isə demək istəyirsən?
Oxuculara demək istəyirəm ki, ancaq mənim dilimdən çıxan sözlərə inansınlar. Ümid edirəm ki, məni sevməyənlər də nə vaxtsa səhvlərini başa düşüb sevəcəklər.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.