Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ehtiras artırıcı bikilər

 tərəfindən  19 March, 2010 tarixində və Ailəyə Özəl, SAĞLAMLIQ, SİZƏ ÖZƏL, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Ehtirasınızı artırmaq üçün əslində viaqraya heç ehtiyac yoxdur.

Çünki adlarını sadalayacağımız bitkilər bu baxımdan olduqca güclü təsirə malikdir.

Əyər siz eşq dəlisi isəniz, bu xəbər tam sizə görədir. Həm təbii həm də sağlam yoldan bərabərliyinizi unudulmaz etmək öz əlinizdədir.

Bəzilərimizin günlük istifadə etmiş olduğu bu bitkilərin digər faydaları ilə yanaşı cinsəl istək artırıcı özəlliklərinin də olmasını bilmək insanın üzündə təbəssüm yaradır.

Evlenirik.Biz saytı  “internethaber.com” saytına istinadən cinsi istəyi artıran bitkiləri oxucularına təqdim edir.


Kök: Sizcə, dovşanlar niyə bu qədər çox artır? Kökdəki seks hormonlarını aktivləşdirən komponentlərə görə. Professor İbrahim Adnan Saraçoğlu “kök təbii viaqradır” deyir.  Çox maraqlı faktordur.

Qarpız: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir.

Püstə (Fıstıq) : Zülal və  E vitamini ilə zəngindir. Xoşbəxt bir evlilik üçün afrodizyakdır. E vitamini eyni zamanda fındıq və qozda da var.

Ağ tum: Ehtirası artırır, amma sızanaq və çəki artımına da səbəb ola bilir.

Yulaf əzməsi: Xüsusilə qadınlarda cinsi istəksizliyi aradan qaldırır. Hormonları nizamlayır və bədənin müqavimətini artırır. Hər səhər südlü yulaf əzməsinin içinə istəsəniz qoz, fındıq, fıstıq da əlavə edə bilərsiniz. Bu qüvvətli qida ilə gününüzü daha asan keçirə bilərsiniz.

Qırmızı və yaşıl acı bibər, istiot: Həmişə şirniyyatlar olmamalıdır axı. İnana bilməyəcəksiniz, amma acı da cinsi istəyi yüksəldir. Çox maraqlıdır.

Sarımsaq: Bütün hormonları fəaliyyətə salır. Çiy şəkildə yeyilməsi tövsiyə edilir.  Bircə qoxusunu nəzərə almasaq.

Roka: Yaşıl tərəvəzlər içində bu mənada ən qiymətlisi rokadır. Tək balıq yeməklərində deyil, salatlarda da istifadə etməlisiniz.

Zəncəfil: Bütün bədənə və ruha güc qazandırır. Biskvit və şirniyyatlarda da istifadə oluna bilər.

Arı südü, bal və polen qarışığı: Bu qarışıq həm hüceyrələrinizi yeniləyər, həm də yaşınız ötsə belə cinsi gücünüzü yerində tutar.

Cəfəri: Bədən yorğunluğunu aradan qaldırır. Kişilərdə cinsi gücü artırdığı isə artıq sübuta yetirilib. Sidikqovucu olduğu üçün böyrəklərə də çox faydalıdır.

Gicitkən toxumu: Bir kilo bal ilə 100 qram gicitkən toxumunu qarışdırın və hər gün bir qaşıq yeyin. Özünüzü əla hiss edəcəksiniz.

Kəklik otu və Nanə: Xüsusilə qadınlarda bütün qadınlıq hormonlarının nizamlı işini təmin edir və bədəni gücləndirir. Kişilərdə isə sakitləşdiricidir!


Xardal, Kimyon və Kişniş: Bütün hormonları çalışdırır və əsəbləri qüvvətləndirir. Xüsusilə kişilərdə cinsi gücü artırır.

Vanil: Həm bədəni, həm də sinirləri gücləndirir, ehtirası artırır. Şirniyyatlar və kekslərdə bolluca istifadə edilə bilər.

Quşdili: Kişilərdə və qadınlarda cinsi iqtidarsızlığı aradan qaldırır.

Kərəviz: Daha çox kişilərdə cinsi fəaliyyəti artıraraq vaxtsız iqtidarsızlığın qarşısını alar. Xüsusilə 30 yaşlarında mütləq yeyin.

Üzərlik toxumu: Nəzər otu olaraq tanınan üzərlik toxumu cinsi gücü artırır, hamiləliyi asanlaşdırar. Əzilmiş toxum gündə 1-2 qram bala qarışdırılaraq yeyilə və ya birbaşa su ilə içilə bilər.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.