Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dünyanın ən nəhəng nəqliyatları

 tərəfindən  16 April, 2010 tarixində və Avtodünya, Maraqlı və Faydalı, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Dünyanın ən böyük yük maşını Kanadada hazırlanıb. “Titan” adlı avtomobilin çəkisi 235 ton, uzunluğu isə 20 metrdir. 3 min 300 at gücündə olan motorlarının köməyi ilə 550 ton yük daşıya bilər.

Dünyanın ən böyük helikopteri 37 metr uzunluğunda, 12,5 metr hündürlüyündədir. “Mi-12” 105 ton ağırlığında yük qaldıra bilər.

Ən böyük təyyarə 1988-ci ildə hazırlanan “An-225”-dir. Kosmik yükləri daşımaq üçün nəzərdə tutulan təyyarə indi yük təyyarəsi kimi istifadə edilir. 84 metr uzunluğu, 18,1 metr hündürlüyündə olan təyyarənin boş vəziyyətdə çəkisi 285 tondur. “An-225” 250 ton yük qaldıra bilir.

Ən böyük gəmi Norveçə məxsusdur. “Knock Nevis” 458 metr uzunluğunda və 260 min ton ağırlığındadır. 2004-cü ildən bəri dünya okeanı sularında üzür.

Bu günə qədər istehsal edilən ən böyük sualtı qayıq Sovet İttifaqı tərəfindən 1980-cı illərdə hazırlanan “Tayfun”lardır. 20 nüvə raketi daşıya bilən sualtı qayığın uzunluğu 170 metr, çəkisi isə 26 min tondur.

Dünyanın ən böyük tank layihəsi 1942-ci ildə Hitlerin əmri ilə hazırlanıb. “Landkreuzer P. 1500 Monster”
uzunluğunun 42 metr, hündürlüyünün 18 metr, çəkisinin isə 500 ton olması planlaşdırılırdı. Ancaq 800 mm-lik topla silahlanacaq olan bu tank hazırlanıb başa çata bilmədi.

Ən böyük motosikl 3 ilə hazırlanıb. İngilis Qreq Dunham motosiklin hazırlanmasına 300 min dollar xərcləyib.

“Dodge Power Wagon”un 6,4 dəfə böyük variantı dünyanın ən böyük avtomobili adını qazanıb. 1990-cı ildə hazırlanıb qurtaran maşın 50 tondur.

Ən böyük velosiped 7.80 metr uzunluğunda, 3.70 metr hündürlüyündədir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.