Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dostluq

 tərəfindən  29 June, 2012 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Nədir dostluq?

Dostluq bir-birinə qarşılıqlı məhəbbət hissləri bəsləyən iki insan arasında olan münasibətdir.

Dostluq üçün tələblər:

Qarşındakı insan üçün hər bir şeyin yaxşısının arzu etmək istəyi.

Simpatiya və antipatiya.

Dürüstlük, hətta çətin olacağı təqdirdə həqiqəti danışmaq.

Qarşılıqlı anlaşma və şəfqət.

Mənəvi dəstək üçün bir-birinə güzəştə getmək bacarığı.

Bir-birinə etibar etmək.

Qarşılıqlı olaraq müsbət təəssürat bağışlamaq.

Hər ikinizin yanlış hərəkətləri zamanı səhv addım atdığını dürüst şəkildə etiraf etmək bacarığı.

Dostluğa xətər gətirən hallar:

Sizə etibar etdiyi sirlərin başqasından eşitmək.

Dostunuza ona güvənmədiyi hiss etdirmək.

Yalan sözlərlə qarşındakı insanı aldatdığını zənn etmək.

Dostuna verdiyin vədə əməl etməmək.

Qədimi Dostluq:

Dostluq Qədim Misirdə müqəddəs bir hiss hesab olunurdu. Misirlilər dostluğu iki ağlı insanın qurduğu və yaşam boyunca davam etdirəcəkləri əvəzolunmaz hiss kimi qələmə vermişdilər. Bu faktlarla Aristotelin dostluq haqqında qələmə aldıqlarında açıq aşkar şahid olmaq olar.

Islam mədəniyyətində dostluq yoldaşlıq kimi açıqlanır və hətta dostlar arasında olan münasibətlərin pozulması “Allah naminə sevgi” ifadəsi kimi bağışlanılması ilə arzu olunur.

Dostluğun yaranması:

Kiçik oyuncaqların mənimsənilməsindən və buna etiraz edən balacaların parlaq gözlərinin qığılcımından başlayır Dostluq. Indi əlimizə alarkən barmaqlarımız arasında itib batan bu oyuncaqlar kiçik yaşlarımızda barmaqlarımız arasında var qüvvəmiz ilə saxlamağa və itirməməyə çalışdığımız cansız bir əşya olmasına baxmayaraq, canlı əlaqə üçün bir vasitə idi. Belə başladıq dostluğumuz, həyətdə, baxçada, məktəbdə oyuncaqlar sayəsində. Zamanca paylaşmağı öyrəndik, get-gedə cansız oyuncağın yerini canlı ünsiyyət tutdu.

Daha sonra ağlayan gözlərin yaşını sildi, sevincli günlərə şərik və şahid oldu Dostumuz. Tək olduğumuzda, tənha zamanımızda qapımızı ürəklə döyən dostlara açdıq, fərəhlə başımızı yuxarı tutduq dostum var deyəndə. Sonra dostlarımız sayəsində başqa dostlarda qazandıq. Dosta inanıb Dostluğun nə olduğunu anladıq.

Dostlar vardır, buğun həyatımızda olmamalarına rəğmən, onlardan xəbərsiz olduqlarımıza baxmayaraq daima qəlbimizin ən dərin küncündə əbədi olaraq unudulmamağa məhkum edilmişdilər. Gəzdiyimiz şəhərlərdə, küçələrdə, məclislərdə həmişə gözümüz  axtarışdadır, bəlkə görüşərik deyə. Bir gün həyatımızda olmayan lakin bizim üçün daima xatirəsi əziz olan Dostlarla qarşılaşmaq ümidi ilə…….

 

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

3 şərh on "Dostluq"

  1. sukru saygili on Fri, 20th Jul 2012 1:31 am 

    merhabalar adim sukru ingilterede calismaktayim yasim 45 durust ve evlenmek arzu eden bir azerbaycanli hanimla tanismak istiyorum sadece durust olanlar ile tanismaktan memnunluk duyacagim selamlar

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

  2. ilahe on Wed, 25th Jul 2012 1:34 pm 

    oglanla qiz hec bir vaxt dost ola bilmezler

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  3. Aysel Bayramova on Wed, 25th Jul 2012 4:50 pm 

    Ilaha xanim agar har iki cinsin numayandalari bir-birilarina eyni muasibati baslayirlarsa bu zaman onlardan yaxshi dost va ya yaxshi hayat sirrdashi cixar

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.