Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Doğuşun ilk duet ortağı

 tərəfindən  20 June, 2009 tarixində və Şou-Biznes bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share
YeganəTürk şou-biznesində uğurlu addımlarla irəliləyən azərbaycanlı sənətçi Yeganə ötən həftə çəkdirdiyi klipinin ilk xəbərini yerli mətbuat işçiləri ilə bölüşmüşdü. Qısa zamanda daha bir yaradıcılıq işinə başlayan sənətçinin sorağı türk şou-biznesinin sayılıb-seçilən ulduzlarından olan Doğuşla birlikdə gəldi. Onlar duet hazırlayıblar.
Xəbərin maraqlı tərəfi bundan ibarətdir ki, əməkdaşlıq təklifi Doğuşdan gəlib. Yeni yazdığı “Bana da evet” mahnısını azərbaycanlı sənətçi ilə bölüşən Doğuş bu və digər nüanslara bu həftə qonağı olduqları Seda Sayanın “Sabahların sultanı” proqramında aydınlıq gətirib. Lakin onun proqramın qonağı olacağını əvvəlcədən nə Yeganə xanım, nə də aparıcı Seda Sayan bilib.
Seda Sayan və Yeganənin şirin söhbəti zamanı səhnəyə çıxan Doğuşun sürprizi maraqla qarşılanıb. O, müəllifi olduğu mahnı ilə özünə duet ortağı seçdiyi azərbaycanlı ifaçının sənətinə hörmətindən danışıb.

Doğuş

Seçimdə yanılmadığını vurğulayan Doğuş duet ortağı ilə mahnını ilk dəfə sözügedən proqramda səsləndirib. Yeganənin bildirdiyinə görə, bu, onun yaradıcılıq həyatında ilk duet hesab olunmur. Lakin Doğuş müğənni Yeganəni seçməklə ilk duet əməkdaşlığına başlayıb.
Tezliklə duetin ekran versiyasının hazırlanması nəzərdə tutulub. Artıq klipin çəkilişi ilə bağlı ilk addımlar atılıb.
Yeganə danışıqlar prosesinin başa çatdığını və çəkiliş gününün dəqiqləşdiyini bildirir: “Klipin süjet xətti məhəbbət üzərində qurulub. Rejissorluq işini Türkiyənin tanınmış isimlərindən birinə həvalə etmişik. Artıq ssenari yazılır və tezliklə Doğuşla mən tərəf-müqabil kimi bir səhnəni bölüşəcəyik”.
Son olaraq Yeganə vurğuladı ki, tezliklə bir sıra yeni layihələrə imzasını atacaq.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.