Dırnaq boyalarının uzun müddətli olması üçün…
charming tərəfindən 17 August, 2010 tarixində və Maraqlı və Faydalı, Qadınlara Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

Nə qədər bahalı olsa da bəzən çəkdiyimiz dırnaq boyaları uzun müddətli olmur. Bu da əsasən işgüzar xanımların şikayətinə səbəb olur.
Evlenirik.biz xanımları nəzərə alaraq dırnaq boyalarının uzunmüddətli olması üçün bəzi məsləhətləri onların nəzərinə çatdırır.
1 – Boyanı yarıyadek çekin:
Dırnaq uclarını gücləndirmək və boyanın daha çox uzun müddətli olması üçün birinci qat dırnaq boyasını dırnaqların dibindən ortasına qədər çəkin. Quruduqdan sonra isə ikinci qatı tam formada dırnaqınıza çəkin.
2- Dırnaq boyasından çox istifadə edin.
Hər iki qattı çəkərkən dırnaq boyasını qalın çəkin. Qurumaqı üçün biraz vaxt tələb olunsa da boyanın ömrü daha uzun müddətli olur.
3- Soyudun
Dırnaq boyasının çəkdikdən sonra daha tez quruması üçün əllərinizi soyuq su olan qaba salın və dayana bildiyiniz qədər gözləyin. 5 deqiqe erzində dırnaqlarınızı sudan çıxarıb təkrar suya salmaqla daha tez qurumuş və parlaq dırnaqlara sahib olarsınız.
4- Dırnaqlarınızı qoruyun
dırnaqlarınızı qorumaq üçün boyadan əvvəl dırnaq qoruyucu boya çəkə və ya yodla silə bilərsiniz. Bu zaman hem dırnaqlarınız möhkem olar hem de dırnaq boyasının zərərlərindən qaçmış olarsınız.
Həmçinin qadınlarımız dırnaqlarının ayrılmasından yəni ikiyə bölünməsindən şikayət edirlər. Bununla qarşılaşmamaq üçün hazır çay paketindən istifadə edə bilərsiniz. Əvvəlcə çay paketini dırnaqlarınızın formasında kəsin daha sonra birinci qat dırnaq boyasını çəkdikdən sonra qurumaqını gözləmədən kəsdiyiniz çay paketlərini dırnaqınıza yapışdırın ve ikinci qatı çəkin. Bundan sonra dırnaqlarınız güclənir və soyulmur. Və ən əsası dırnaqları asetonla sildiyiniz zaman paketlərdə silinir və heç bir çətinlik yaranmır.
DİGƏR MƏQALƏLƏR
Yüklənir…















Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !