Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dil ünsiyyət vasitəsidir

 tərəfindən  1 February, 2011 tarixində və Maraqlı və Faydalı, Sizdən Gələnlər, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share


Elmin dil haqqında əsaslandığı “Dil ünsiyyət vasitəsidir”-Dili öyrənən elm isə dilçilik adlanır kimi fikirlərin davamı olaraq bugün dilin bir danışıq vasitəsi kimi gündəmimizə daxil olması və onun hər bir insanın sosial həyatında oynadığı rolundan danışmaq istərdik. Bildiyiniz kimi dillərin yaranma tarixi, onların inkişaf dövrləri bir-birinə ilə sıx əlaqədə olmuş və bu isə müəyyən qədər dillər arasında oxşarlıqların yaranmasına gətirib çıxarmışdı, yəni bir əcnəbi dildə bildiyimiz söz ilə digər bir əcnəbi dildə rastlaşdıqda o dili bilməməyimizə baxmayaraq onu bildiyimiz dildə olduğu kimi tərcümə etmək ixtidarında ola bilirik. Bu isə bizim digər dillərə yanaşmamıza istiqamətçi olur.

Hər zaman eşitdiyimiz bir misal var – Çox dil bilən insan elə o qədərdə adamdır. Danılmaz faktdır ki, insan ölkəsindən kənara çıxanda və öz ana dilindən başqa dil biliyinə yiyələndiyinin müsbət keyfiyyətlərinə görə yuxarıda qeyd olunan fikirlə tam razılaşır və özünü yenidən kəşf etmiş kimi hiss edir. Bütün bunları nəzərə alıb gəlin dil haqqında məlumatımızı bir az təzələyək.

Nəticə etibarı ilə bildiririk ki, dilin öyrənilməsi müəyyən zaman və iradəli şəkildə qavrama tələb edir, lakin bunuda etiraf etməliyik ki, Hind-Avropa, Türk dillər qrupu qavrama tempinə və mənimsənilməsinə görə digərlərindən fərqlənir və onu elmi statistiki göstəricilərdə daha aydın şəkildə görə bilərik. Danılmaz faktdır ki, dilin genişlənməsi o dildə danışan insanların daha çox ərazilərə sahib olub öz dillərini yayması dilin daha geniş vüsət almasına səbəb olmuşdur. Bütün dünya xalqları tərəfindən asan öyrənilən dillər içərisində birincilik inglis dilinin üzərindədir. Daha sonra İspan, Fransız, Alman, İtaliyan, Rus dilləri öz stabil yerini qoruyub saxlayır. Bu dillər öz qrammatik quruluşuna, morfoloji sisteminə görə ahənglik təşkil etməsinə baxmayaraq tələffüz sisteminə görə biri-birilərindən fərqlənirlər. Ən çətin dillər qrupuna Ərəb, Fars, Çin, Yapon dilləri daxildir. Onlar qrammatik baxımdan qeyri oxşarlıq və tələffüzün yazılış formasından fərqli olmasına görə öyrənilməsi uzun müddət təlb edən və çətin qavranılan dillərdir.

Belə ki, asan öyrənilən dillər:

1. İngilis 2. İspan 3. Fransız 4. Alman 5. İtalyan 6. Rus

Çətin öyrənilən dillərə isə:

1. Ərəb 2. Fars 3. Çin 4. Yapon 5. Hind – göstərmək olar.

Yaşadığımız diyar Azərbaycan, ilk dil açdığımızda danışdığımız dil isə doğma Azərbaycan dilidir. Bu dildə danışa bilməyən azərbaycanlı ən azından müəyyən dərəcədə millətimizin ənənlələrindən uzaq olan biri hesab olunur, bu səbəbdən də kiçik yaşlarından körpələrimizə ilk növbədə öz dilimizi səlis bilməsini aşılamalıyıq. Ana dilini bilməyən insan başqa dilləri də mənimsəməsi yarımçılıq papaqçılığa bənzəyir.

Xülasə: Poliqlot olaq ki, Azərbaycanı hər zaman uzaq ölkələrdə bütün dillərdə təqdim etməkdən fəxr edib, qürur hissini duyaq.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

3 şərh on "Dil ünsiyyət vasitəsidir"

  1. sss on Sun, 15th Apr 2012 5:29 pm 

    beli beledir

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 4 Thumb down 0

  2. zaira on Wed, 26th Sep 2012 2:17 pm 

    basqa olkelerin dilleri haqda melumat vererdiz zehmet olmazsa

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

  3. Aysel Bayramova on Fri, 5th Oct 2012 11:44 am 

    Hormatli Zaira

    Sayti mutamadi izlayin yaxin galacakda istayiniz istiqamatinda yazilara rast galacaksiniz.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.