Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dəvətnamə seçimi

 tərəfindən  14 June, 2009 tarixində və NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Toyun ən vacib məqamından biri də dəvətnamə seçimidir. Dəvətnamənin kiçik bir element olduğunu düşünürsünüzsə səhv edirsiniz. Kiçik element hesab etdiyiniz bu dəvətnamə vasitəsilə toy  və səbəbkarlar haqda kifayət qədər təsəvvür yaratmaq olar.

Hazırkı dövrdə dəvətnamələr  yüksək keyfiyyətli  kağızlardan hazırlanır və onlar  klassik dəvətnamələrdən həm dizayn, həm də keyfiyyət baxımından çox fərqlənir.

Dəvətnamələri hazırlarkən hər şeyi dəqiq nəzərə alsanız daha yaxşı görünüş əldə edə bilərsiniz.   Məsələn dizayn zamanı əl çiçəyinizi, gəlin paltarının üzərindəki naxışları (güllər varsa onları), toy keçirilən məkanın xüsusiyyətləri, tortun üzərindəki naxış, bəzəkləri, rəngləri və naxışları nəzərə alsanız dəvətnaməniz daha gözəl olacaq. Amma dəvətnaməni də seçməmişdən qabaq büdcənizə uyğun seçim etməyi unutmayın. Həmçinin nəzərə alın ki, uzaqda yaşayan qohum ya dostlarınız varsa, onlara ilk olaraq dəvətnamələri göndərməlisiniz. Bu səbəbdən məsləhətdir ki, toyun dəvətnamələrini ən az 2 həftə əvvəlcədən paylayıb qurtarmış olun.

Dəvətnamənin üzərindəki yazılara gəldikdə isə bunu özünüz əl ilə yazmasanız daha yaxşı olar, çünki diyircəkli qələmlə yazmaq elə də məsləhət deyil. Yazı ya ucu qalın qələmlə yazılmalıdır, ya da ən optimal variant olaraq dəvətnaməni əldə etdiyiniz şirkətdə  xüsusi metodla yazılmalıdır (lazer printer və ya ofset çap).

Digər məqamlardan biri isə dəvət olunan qonaqların siyahısının tutulmasıdır. Toy qabağı çox qarışıqlıq olduğundan  və sonra peşman olmamaq üçün bu işi təqribən 1 ay  əvvəlcədən başlamaq lazımdır, çünki bəzi dost, qohumlarınızı unuda bilərsiz.

Dəvətnamələrinizi eyni zamanda internet vasitəsi ilə də dostlarınıza göndərə bilərsiniz. Toydan sonra isə internetdə foto qalereya yaradaraq bütün dostlarınıza təşəkkür emaili göndərə bilər və qalereyanızdakı xatirə rəsimlərini təqdim edə bilərsiniz.

Bu növ xidmətdən faydalanmaq üçün Evlenirik.BİZ rəhbərliyi ilə əlaqə saxlayın.

İnternetdən bir araya topladığımız dəvətnamə çeşidlərini sizə təqdim edirik.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

1 şərh on "Dəvətnamə seçimi"

  1. Mira Davetiye on Sun, 8th May 2016 12:51 am 

    Merhaba;
    Sitenizi ve yazılan yazılarınızı ilgiyle takip ediyoruz. Türkiye’den tüm Azeri Kardeşlerimize selam olsun. İşbirliği içerisinde olabileceğimiz veya yardımlaşabileceğimiz her konuda sizde bize ulaşabilirsiniz.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.