Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Çöpçü yoxsa həkim məsləhəti?

 tərəfindən  28 June, 2009 tarixində və Ailəyə Özəl, Həkim Məsləhəti, Körpələrə Özəl, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

mədə endoskopiyası

Hal hazırda havanın isinməsi ilə uşaqların daha çox aktivləşməsi nəticəsində çöp udma hadisələri olduqca yayğınlaşmağa başladı. Saytımız Milli Onkologiya Mərkəzinin həkimi,  qastroentroloq, həkim – endoskopist  Dr. Hacıyev Əsəd ilə görüş keçirdi.

Dr. Hacıyevin çöpçülər barəsində dedikləri son dərəcə düşündürücü olmaqla yanaşı, yaşadıqları təcrübələri sayt əməkdaşımızla bölüşürkən hər kəs tərəfindən eşidilməyə alışılmış terminlə qısaca olaraq işin ciddiyyətinə diqqət çəkdi.

Çöpçünün işi “qaranlıq gecədə iynə axtarmaq” kimidir.

Doktor onlara gələn müraciətlərdə çeşidli yad cisimləri endoskopiya vasitəsilə tam güvənli şəkildə çıxardıqlarını anlatdı.

Dr. Hacıyevin çöpçü məsələsi barəsində anlatdıqları:

Yad cismlər (qəpik, sümük, dəmir qırığı, iynə, batareya və s,) burunda, qulaqda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda, mədədə və tənəffüs yollarında ola bilər.

Belə hallarda mütləq peşəkar həkim müdaxiləsi lazımdır. Bu cur xəstəlik zamanı çöpçü adı ilə fəaliyyət göstərən ara həkimlərinin müdaxiləsi yolverilməzdir. Əgər hansı formadasa bu işi bacaran varsa da, bu o demək deyil ki, o bədəndə olan bütün yad cismləri çıxara bilər. Elə nahiyələr var ki, məsələn, bronxlara, qida borusuna, mədəyə düşən yad cismləri təbabətdən xəbərsiz ara həkimi əsla götürə bilməz.

Müasir dövrdə endoskoplar vasitəsilə yad cismin düşdüyü yeri işıqlandırıb ekranda baxmaq və xaric etmək mümkündürsə, tibb təhsili olmayan adamların bu işə əl qatması nə dərəcədə düzgündür? Obrazlı desək, çöpçünün işi qaranlıq gecədə iynə axtarmaq kimi bir işdir.

Bundan əlavə bu cür adamların insan orqanizminə müdaxiləsi fəsadlara gətirib çıxarır. Məsələn, adi bir misal gətirmək olar : Çöpçü burundakı yad cismi üfürüb onu tənəffüs yoluna sala bilər, ani olaraq boğulma yaradar. Yaxud çöpçü əlini xəstənin boğazına salıb qırtlağı zədələyə bilər. Bu növ xəstə müraciətləri ilə sıx qarşılaşdıqlarını vurğulayan Dr. Əsəd bunu valideynlərin bu sahədə bilgisinin olmamağı ilə əlaqələndirdi.

Bəzən qızdırma zamanı çöpçülər valideyni arxayın salır ki, yad cismi götürdüm, halbuki qızdırmaya səbəb bağırsaq infeksiyası, başqa xəstəlik də ola bilər.

Ona görə də ara həkiminə müraciət edərək xəstənin başına daha böyük iş açmaqdansa, birbaşa ixtisaslı həkimə müraciət etmək lazımdır.

Editor: Hörmətli sayt oxucularımız, daha əvvəl də yayımladığımız məqaləmizdə yer aldığı kimi (http://www.evlenirik.biz/v3/usagin-copu-qalmisdi-copcu-cixartdi/ )ağılın yolunun bir olduğunu xatırladır, bu növ rahatsızlıq və hadisələr qarşısında ara həkimlərə yox ixtisaslı və bu sahədə təcrübəli həkimlərə müraciət etmənizi tövsiyə edirik.

Unutmayaq ki, övladlarımız bizim gələcəyimizdir!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.