Çimərlik geyimi necə olmalıdır?
evlenirikbiz tərəfindən 14 July, 2010 tarixində və Maraqlı və Faydalı, Qadınlara Özəl bölməsində yayımlanmışdır.
İstirahətdə çox şey çimərlik paltarının düzgün seçimindən asılıdır. Gözəl çimərlik dəsti, ona uyğun çimərlik donu, rahat səndəllər dənizdə əlvan obraz və rahat aura yaradır.
Sadə və dəbli – bu mövsümdə çimərlik geyimi məhz belə olmalıdır. Dəbli dəstlərdə incə və aqressiv fakturanın, mat və parıltılı çalarların, gündəlik və ziyafət üslubunun təzadı mövcuddur. Bu barədə Karvan jurnalında dərc olunmuş məqaləni Evlenirik.Biz öz oxucuları ilə bölüşür.
Hazırda çimərlik dəstinin üstündən geyinilən trikotaj tuniklər çox aktualdır. Tunik müasir dəniz ansamblını tamamlayan ən dəbli aksentdir.
Həmçinin tunik klassik pareo (iri şərf), ətək və ipək sarafandan çox rahatdır. Tuniki çimərlik dəstinin rənginə uyğunlaşdırmaq önəmlidir. Xüsusilə kəmərli tuniklər çox dəbdədir.
Yeni rənglər, rahat formalar və müxtəlif işləmələr – bütün bunlar 2010 yay mövsümü çimərlik çantalarının yeni kolleksiyasıdır. Çimərlik çantasının rəngi çimərlik dəstinə uyğun gəlməlidir.
Üzərində balıqqulağı olan səndəllər və digər aksesuarlar çox dəbdədir. Bəyaz səndəlin üzərindəki üç fərqli rəng geniş seçim imkanı verir. Qırmızı çimərlik dəstinə uyğun gələn səndəl. Belə səndəllə firuzəyi rəngdə bəzək əşyaları da taxmağı unutmayın.
Evlenirik.Biz Mətbuat Xidməti
DİGƏR MƏQALƏLƏR
Yüklənir…

Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !