Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Cənnət hardadır?

 tərəfindən  2 August, 2010 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bu yazıda Sizə maraqlı bir mövzunu təqdim edəcəyik. Araşdırmalarının nəticələrinə görə arxeoloqlar CAR sahillərində yerləşən Pinnakl poynt adlı kiçik bir yeri cənnət (behişt) adlandırırlar. Onlar araşdırmalar zamanı buradakı çoxsaylı geniş mağaralarda əcdadlarımızın qoyub getdiyi saysız-hesabsız izlərə rast gəliblər. Bu barədə yazını anspress.com saytından əldə etdik.

Tədqiqat rəhbəri, Arizona Dövlət Universitetinin İnsanın Mənşəyi İnstitutunun professoru Kurtis Marin inandırmağa çalışır ki, əcdadlarımız burada yerləşən mağaralarda 195 min əvvəl, qəfil başlanan Buzlaq dövrünün soyuğundan və aclığından gizlənərək məskunlaşıblar.

Bir çox alimlərin fikrincə, o vaxt Pinnakl poynt mağaraları bəlkə də Yer üzündə insanların məskun olduğu yeganə yer, özünəməxsus bir cənnət olub. Təzəcə dirçəlməyə başlayan bəşəriyyət məhv olmaq təhlükəsi ilə üzləşib. Cəmi bir neçə on min adam qurtula bilmiş və indiki CAR-ın sahillərinə yetişə bilib. Yalnız bundan sonra insanlar bütün Yer üzünə yayılmış və Avropaya köç ediblər.

Professor Marinin sözlərinə görə, sərt iqlim şəraiti Homo sapiens növünü məhv edə bilməyib. Cənubi Afrika sahillərinin unikal təbiəti insanların salamat qalmalarına şərait yaradıb.

Dünyanın başqa yerlərindən fərqli olaraq, Pinnakl poyntda bitki aləmi məhv olmayıb. Burada sonralar behişt haqqında miflərdə tərənnüm edilmiş bol alma ağacları bitirdi. Okean suları donmayıb.

Mağaralardakı tapıntılar da əcdadlarımız vitaminsiz qalmadığını sübut edir. Onlar balıq, molyusklar, sahilə atılmış balina əti ilə qidalanırdılar. Üstəlik, oddan istifadə etməyi, silah hazırlamağı hesab edildiyindən isə daha tez öyrəniblər. Belə vərdişlər sonradan Avropanı fəth etməkdə əcdadlarımıza kömək edib.

Tədqiqatçılar o vaxt Yerin bu cənnət guşəsinin nəinki Adəm və Həvvaları qorumuş, həm də təkamülə xidmət etdiyini bildirirlər. Yağlı turşularla zəngin zülallı dəniz məhsulları ilə qidalanan əcdadlarımızın beyni inkişaf edib. O qədər ağıllanmışdılar ki, onlara düşmən kəsilən təbiətə qarşı mübarizəyə başlayıblar.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.