Evlenirik.BIZ Daima Sizinlə » Körpələrə Özəl

Uşaq bezləri zərərlidirmi?
10 il əvvəl ölkəmizə gündəlik “uşaq bezləri” adlanan möcüzə gəldi. Anaların təzəcə paltar yumaqdan canları qurtarmışdı ki, birdəfəlik bezlərin ziyanı haqqında xəbərlər yayıldı. Evlenirik.Biz “Aysel” jurnalında bezlərin zərərli olub-olmaması barəsində dərc olunmuş məlumatı nəzərinizə çatdırır.

Birdəfəlik bezlər 3 qatdan ibarətdir: birinci – uşağın dərisini nəmdən qoruyan materialdan olan daxili qatdır, ikinci – sidiyi kütlə halına çevirən sellüloz və geldən ibarət iç qatdır, üçüncü isə nəmi uşağın paltarına sızmağa qoymayan qoruyucu qatdır. Quru bezin çəkisi 50 qramdır.

Alimlərin elmi araşdırmalarından məlum olub ki, bezin daxili mikroiqlimi uşaq dərisi üçün zərərli deyil. Analar bilirlər ki, sidik və nəcisə toxunan uşaq dərisi tez zədələnir: qızartı və dermatit (dəri iltihabı) əmələ gəlir. Bezlərdən istifadə dermatitin əmələ gəlməsinin qarşısını alır.

Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alın! Keyfiyyətsiz bezlər dəri zədələnməsinə – dermatitə səbəb olacaq. Həmçinin qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlasanız, yenə də dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Xoşbəxtlikdən belə uşaqların sayı çox azdır.

Körpə dərisi çox incədir. Normalda uşaq dərisi ikitərəfli baryer rolunu oynayır: daxildən nəmi və zülalı saxlayır, xaricdən isə mexaniki və bakterioloji təsirlərdən qoruyur. Dəridə ümumi nəmin 17%-i qorunur. Dəri qorunmasa, incə qatı zədələnəcək və orqanizmi fiziki təsirlərdən qorumayacaq. Dəri örtüyünün formalaşması 2-3 yaşında tamamlanır. Ona görə bu vaxt ərzində dəri xüsusi qulluq tələb edir.

Birdəfəlik bezlərdən düzgün istifadə qaydaları:

Uşağa uyğun gələn ölçüdə bez almalı.

Bezləri hər 3-4 saatdanbir dəyişməli.

Uşağı bütün gün eyni bezdə saxlamamalı.

Yalnız keyfiyyətli bezlərdən istifadə etməli.

Gündə bir neçə saat uşağın yumşaq yerini havaya verməli.

Bəzən yumşaq yerə krem vurmalı.

Uşağı hər gün çimdirməli və ya yumalı.

Birdəfəlik bezlər oğlan uşaqlarının cinsiyyət orqanına mənfi təsir göstərir?

Belə fikirlər çox səslənsə də, faktlarla sübuta yetirilməyib. Prinsipcə kişilər arasında sonsuzluq statistikası artır. Amma bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində – qorşok) gec alışmasıdır. Əslində, bu, bezlərlə əlaqədar deyil. Düzdür, paltarının yaş olduğunu hiss etməyən uşaqda lazımi refleks sönür – o, sidiyə getmək istədiyi siqnalını verə bilmir. Amma bu o demək deyil ki, uşaq özünü idarə edə bilmir. Sadəcə, uşaq güvəcə normal vaxtından 2-3 ay gec öyrəşir. Əgər bu, valideynləri narazı salırsa, onda uşaqlara birdəfəlik bezləri yalnız axşamlar geyindirmək məsləhət görülür. Yəni gündüz vaxtı uşağı güvəcə alışdırmaq olar. Axşam isə uşaq rahat yatmalıdır. Bəzi valideynlər narahatdırlar ki, bezlər bağırsaq keçməməzliyinə və ümumilikdə həzm etməyə pis təsir göstərir. Bu da doğru deyil. Heç bir daxili orqan bezlərdən əziyyət çəkmir. Onu da qeyd edək ki, Amerika və Qərbi Avropada birdəfəlik bezlərdən 30-35 ildir ki, istifadə edirlər və heç bir zərərini görməyiblər.

Bələk dermatiti

İlk dəfə bu xəstəliyin adı eramızın 117-ci ilində çəkilib. O zamanlar uşaqları sidikdə, duzlu məhlulda, pivə qarışığında çimdirirdilər. Ötən əsrin 80-ci illərində bu xəstəliyin səbəbləri aşkarlandı. Bələk dermatitinin uşaq dərisinin sidiklə kontaktı zamanı nəmliliyin artmasından yarandığı müəyyənləşir. Bu yolla dəri yad maddələrə qarşı həssas olur və aktiv bakteriya çoxalması başlayır. Eyni zamanda nəcis fermentləri də dərini qıcıqlandırır. Dərinin müdafiə funksiyası zəiflədiyindən o, infeksiyalar üçün baryer rolunu oynaya bilmir. Və beləliklə dermatit davam edir.

Evlenirik.Biz Mətbuat Xidməti

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.  BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun ayının 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.

Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqları qoruyaq və onlara kömək olaq. Unutmayaq ki, uşaqlarımız gələcəyimizdir.

Evlenirik.Biz Mətbuat Xidməti

5 günlük balacalar fotosessiyada
Amerikalı bacılar Treysi Reyver və Kelli Riden 5-10 günlük körpələrin fotosessiyasını keçiriblər. Hər bir şəkilin çəkimi üçün onlar təqribən 4-5 saat vaxt sərf etmişlər.

Nəticədə şəkillər o qədər təbii alınmışdır ki, heç Photoshop-a belə ehtiyac qalmamışdır. Şəkillərin sirri çox sadədir. Körpələrin heç həftəsi belə olmadığı üçün onlara lazımlı pozanı vermək heç də çətin olmayıb.

Bu istəklərini həyata keçirmək istəyən bacılara Kanadadanolan fotoqraf Stefani Robin kömək etmişdir. Onun ixtisasca fizioterapevt olması körpələrin bədənini daha yaxşı hiss etməyə kömək etmişdir.

Fotosessiyanı sizlərə təqdim edirik.

Evlenirik.Biz Mətbuat Xidməti

TV uşaqlar üçün təhlükəlidir
Linda Paqaninin (Montreal University) rəhbərliyi ilə aparılan uzunmüddətli təcrübələr belə nəticə verib ki, kiçik uşaqlar televizora nə qədər çox baxırsa məktəbdə bir o qədər pis oxuyurlar.

Təcrübə 1,3 min uşaq üzərində aparılarkən aydın olmuşdur ki, bu uşaqlar həm zehni, həm də fiziki cəhətdən daha zəifdirlər.

Onların çəkisi də normadan artıqdır. Maraqlıdır ki, bu uşaqların ən zəif olduğu fənn riyaziyyatdır. Təcrübənin rəhbəri qeyd edir ki, məhz kiçik yaşlarda beyin əsas formalaşma periodunu keçir və davranış formalaşır. Bu zamantelevizor uşaqlarda pis vərdişlər yaradır.

Bu tip təcrübəni amerika alimləri (Michigan University) də keçirmişdir. Onlar belə nəticəyə gəliblər ki, uşaqlar 2 yaşına qədər ümumiyyətlə televizora baxmamalıdırlar, 3 yaşdan sonra isə  ən gün ərzində ən çox 1-2 saat baxa bilərlər.

Evlenirik.Biz Mətbuat Xidməti

Azərbaycanda süni mayalanma neçəyədir?
Təəssüf ki, son dövrlərdə ailəli cütlüklər arasında təbii yolla övlad sahibi ola bilməyənlərin sayı artır. Belə hallar artıqca, tibbdə də bəzi yeniliklər aşkara çıxır. Evlenirik.Biz “ANS”-ə  istinadən bildirir ki, 5-10 il bundan əvvəl nadir adamlar övlad sahibi olmaq üçün süni mayalanma metodunu eşitmiş və ümumiyyətlə bu üsülü tətbiq etmişdilər.

Terapevtik müdaxilənin effekt vermədiyi hallarda son çarə kimi ailələr “sınaq şüşəsində uşaq” sifariş verə bilər. “Sınaq şüşəsində uşaq” texnologiyası və ya süni mayalanma – qadın bətnində gedən proseslərin laboratoriyada həyata keçirilməsi deməkdir. Yəni, hər iki tərəfin cinsi hüceyrələrindən istifadə etməklə, laborator şəraitdə yaranmış embrion yenidən qadının bətninə yerləşdirilir.

Süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyevanın sözlərinə görə, yumurta hüceyrələri toplandıqdan sonra kənarda sperma ilə mayalandırılır və 2-3 gündən sonra müvafiq olaraq uşaqlıq boşluğuna embrion köçürülür. Bundan 12-14 gün sonra analiz verilir, yəni hamiləlik testi aparılır.

Avropada bu üsul çoxdan tətbiq olunur – ilk belə uşaq 28 il əvvəl dünyaya gəlib. Amma bizdə “sınaq şüşəsində uşaq” texnologiyasından çoxlarının xəbəri yoxdur. Bilənlər arasında bu üsuldan utananlar və ya ehtiyat edənlər də var. Həkimlər bunun sadəcə dərmanın işə yaramadığı halda, texnologiyaların köməyə gəlməsi kimi izah edir.

Mütəxəssis bəzən insanların süni mayalanma sözünü çox soyuq qarşıladıqlarını deyir. “Mənim uşağım olmayacaq deyirlər. Bu da maariflənməmədən irəli gəlir. Süni mayalanmadan doğulan uşaq həm atanın, həm də ananın genetik materiallarını daşıyan uşaq olur. El arasında belə söhbətlər olur ki, bu uşaqlar xəstə ola bilər, bu uşaqlarda hər hansı bir genetik patologiya ola bilər. Onu qeyd edim ki, bu cür hamilə qalan xanımların digər hamilələrdən heç bir fərqi olmur”.

Məsələnin hüquqi tərəfinə gəldikdə, Sevinc Sevdimalıyeva bildirir ki, əgər müraciət edənlər 18 yaşından yuxarıdırsa və aralarında rəsmi nikah varsa, onda onların bu prosesə tam hüquqları çatır. Bu məqsədlə klinikaya müraciət edənlərə süni mayalanma haqqında ətraflı məlumat verilir və onlara prosesin müsbət və mənfi tərəfləri izah edilir. Bundan əlavə, proses haqqında ətraflı məlumat razılıq ərizəsində, yazılı şəkildə də onlara təqdim edilir. Yalnız bu ərizə ilə tanış olub onu imzaladıqdan sonra süni mayalanma həyata keçirilə bilər.

Qeyd edək ki, bu metodla dünyaya gələn uşaqların çoxu əkizlərdir. Həkimlər bunu təbii sayır. Bu mərkəzlərdə uşağın cinsini də sifariş vermək olar. Doğrudur, uzun müddətdən sonra uşaq tapan ailələr qız və ya oğlan üçün eyni dərəcədə şad olur. Amma bəzi hallarda, məsələn, valideynlərdən biri talassemiya xəstəsi olanda, uşağın oğlan olmasını istəyirlər. Çünki qız xəstəliyin daşıyıcısı olur. Onu da qeyd edək ki, bu proses valideynlərə ən azından 3000-4500 manata başa gəlir.

Evlenirik.Biz Mətbuat Xidməti

Öldürməyən Allah öldürmür!
Ürəyi dayanan körpəni həyata döndürmək üçün göstərdiyi səylər  nəticəsiz qalmadı.

Türkiyədə Ağrı bölgəsinin Doğubayazıt rayonunda təcrübə keçən həkimin səyi 2 yaşlı oğlanı həyata qaytarıb.

Evlenirik.Biz-in “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ağrı rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Subeşiyi kəndində yaşayan 2 yaşlı Səməd Aydəmir evlərinin yaxınlığındakı çay kənarında oynayarkən ayağı sürüşüb  suya düşüb.

Körpənin suya düşdüyünü görən atası Oqtay Aydəmir və ətrafdakı insanlar suda bir müddət sürüklənən uşağı çıxararaq Doğubayazıt Dövlət Xəstəxanasına aparıblar. Xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq, Səmədin ürəyi dayanıb. Həkimlər bu acı xəbəri uşağın ailəsinə çatdırıblar. Uşağı tibbi ekspertizadan keçməsi üçün meyitxanaya aparan zaman 3 aydır xəstəxanada həkim kimi təcrübə keçən Kurt soyadlı həkim onu bir daha müayinə etmək istədiyini söyləyib.

O bildirib ki, içində körpənin yaşadığına dair bir hiss var. Daha sonra 45 dəqiqə ərzində Səmədə ürək masajı edilib, süni nəfəs verilib. 45 dəqiqəlik səydən sonra uşaq həyata dönüb. Bu uğurlu müdaxilədən sonra Kurt deyib ki, uşağın yaşamasına çox sevinir.

Evlenirik.Biz Mətbuat Xidməti

Uşaq oyuncağı Barbinin tarixcəsi
Uşaqların ən sevimli kuklası olan Barbie (Barbi)  Barbi bütün dünya körpələrini əsrarəngizliyi ilə heyrətə salmışdır.

Barbie Holivud səhnəsinin məşhur simalarından biri olduğu kimi evlərimizində uşaqlar tərəfindən müxtəlif adlar ilə çağrılan kuklası simasına çevrilmişdir. O, öz bədən quruluşunun, simasının insana bənzərliyi ilə hər kəsin heyrətinə və maraq dairəsində olmuşdur zamanla. Bu sima yetərincə tanınmış və geniş yayılaraq  dəyişikliyi ilə insanların illər uzunu səbirsizliklə bir daha yenilik gözlədikləri kukla simvoluna çevrilmişdir. Bütün yer kürəsi bu kuklanın ezackarlığını görərək ailələrinə, balaca balalarına bunu hədiyyə etmişdilər. Əvvələr yalnız Barbi kuklaları mövcud idisə sonralar inkişaf edən texnologiya nəticəsində Barbi sıralarını genişləndirmiş, bir ailə yaradaraq öz evini belə qurmuşdur, biz bunlara uşaq oyuncaqlarının baş ucunda duran Barbi evində daha mükəmməl görə bilərik.

Barbinin adı çəkilərkən Ruth Handleri yada salmamaq mümkün deyil, çünki dünyaya Barbini tanıdan məhz elə o olmuşdur.Barbi Amerikanın Mattel oyuncağ şirkəti tərəfindən Ruthun sifarişi ilə hazırlanmışdır.

Amerikalı  iş xanımı Ruth Handler qızı Barbaranın kağız kuklalarla oynadığı görüncə övladı üçün yetkin bədənə sahib olacaq kuklanın necə yaradılması haqqında düşünür və bu  fikri Mattel oyuncağı şirkətinin həmtəsisçisi olan həyat yoldaşı Elliot ilə paylaşır.

Ailənin Avropaya səyyahəti zamanı Ruth Bild Lilli adlandırılan Alman kuklası ilə qarşılaşır. Bu onun diqqətini çəkir və oyuncaqdan övladına və əlavə alaraq Mattel kompaniyasına təqdim etmək üçün alır. Oyuncaq dizayneri olan Jack Ryan ilə  məsləhətləşərək kuklanı yenidən işləyirlər və Ruth onu qızı Barbaranın şərəfinə “Barbie” (Barbi) adlandırır. Oyuncaq öz debutunu  1959-cu ilin mart ayının 9-da qoyur. Bu tarix Barbinin ad günü hesab olnur. Mettel şirkəti 1964-cü ildə Bild Lilli oyuncağının hüquqlarını qazanır və Lillinin istehsalı dayanır. Ilk Barbi qara və ağ zebra  zolaqlı şəkildə,  sarisaç, qara saçlı olur. Və Barbinin libası Mattel dizayneri Charlotte Johnson  tərəfindən  hazırlanır. İlkin Barbi kuklası Yaponiyada istehsal olunur.

Bu tarixdən sonra Barbi bütün dünya bazarlarına yol açır, insanların ailələrinə daxil olur, uşaqların isə məhəbbətinə. Geniş tirajda satılan kuklalar daha sonra simalarında, geyimlərində dəyişikliklə qarşılaşırlar.

Uşaqlarınız üçün 35 qızıl qayda!
1. Uşağın suallarına səbrlə və doğru cavab verin.

2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.

3. Uşağa məxsusi onun işləri üçün otaq və ya künc ayırın.

4.Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.

5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.

6. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.

7. Uşağa gücü çatan işləri və qayğıları tapşırın.

8. Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.

9. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.

10. Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.

11. Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.

12. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.

13. Uşağınızı alçaltmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.

14. Uşağınızı sərbəst düşünməyi öyrədin.

15. Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.

16. Uşağı əhvalatlar qoşmağa və fantaziyasını işlətməyə həvəsləndirin.

17. Az yaşlarından uşağınızı müntəzəm mütaliə etməyə həvəsləndirin.

18. Uşağın tələblərinə diqqətlə yanaşın.

19. Ümumi ailə işlərinin birgə müzakirəsinə uşağı da cəlb edin.

20. Səhvlərinə görə uşağa təhqir edərək kimi gülməyin.

21. Səy və zəhmətinə görə tərifləyin.

22. Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin.

23. Uşağınızı daha çox öyrənməyə, müşahidə etməyə həvəsləndirin.

24. Uşağa “lazımsız əşyalarla” oynamağı qadağan etməyin. Bu onun təxəyyülünü stimullaşdırır.

25. Problemləri aşkar edib, həll etməyə uşaqda həvəs oyadın.

26. Uşağın konkret əməllərinə tərifləyin ( bunu səmimi edin)

27. Uşağın müzakirə etdiyi mövzulara sərhəd qoymayın.

28. Uşağa sərbəst qəbul etdiyi qərarlara görə məsuliyyət daşımağa imkan verin.

29. Uşağa şəxsiyyət olmağa kömək edin.

30. Maraqlı televiziya və radio verilişlərini tapmağa kömək edin.

31. Uşağın bacarıq və istedadlarını aşkar edib inkişaf etdirin.

32. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin.

33. Uşağınızın sağlam şüuruna inanın və etibar edin.

34. Çalışın ki, başladığı işin əsas hissələrini uşaq özü yerinə yetirsin, hətta müsbət nəticəyə tam inamınız olmasa belə.

35. Uşağınızın inkişafı ilə bağlı müşahidələrinizi gündəliyə yazın və beləliklə, onun inkişaf prosesini təhlil edin.

Ağlayan Körpənin Dili
Araşdırmalar, körpələrin sıxıntı və ehtiyaclarına görə müxtəlif şəkillərdə gün ərzində ortalama 1-4 saat ağladıqlarından xəbər verir.

Yenə araşdırmalara görə körpələrin ağlamalarının da özünə məxsusluğu var. “Ağlamanın dili” olaraq adlandırılan bu özünə məxsusluq analarına xəbərdarlıq verir. Ümumiyyətlə körpələrin ağlamalarının həddindən artıq olmaması ağ ciyərlərinin inkişafı üçün əhəmiyyətlidir.

Ancaq ağlamanın həddindən artıq olması halında körpənin qan təyziqi artır və nəbzi sürətlənir. Beləcə körpənin qanındakı oksigen azalır. Araşdırmalar körpələrin gün ərzində 1-4 saat olaraq ortalama ağladıqlarını və problemli doğulan körpələrin isə daha çox ağladığını göstərir. Həkimlərə görə körpə çox səssiz isə bu hal onun hər hansı bir xəstəliyinin də olabiləcəyini göstərir. Pedyatrlara görə körpələr acdıqlarında, yorulduqlarına başqa cür ağlayırlar. Körpələrin bu ağlama növlərini bilən anaların işləri daha da rahat olur. Ağlama növləri qısaca belə sıralana bilər:

[ad#468x60]

İncindiyində (acı çəkdiyində): Kəskin bir fəryad, nəfəs almadan davam edən qısa periyodlu bır qışqırıq, içi çəkilərək ağlayış tərzi.

Acdıqda: Azalan və artan səs tonuyla qısa ağlama tərzi. Körpələr barmaqlarını əmər, yanaqlarına vurar və anasının qucağına götürənə qədər bu ağlamaları kəsilməz.

Yorulduqlarında:Yuxusu gəldiyi zaman yavaş şəkildə, sanki melodik şəkildə və ritmlə ağlamaqdadır.

Sıxıldıqda: Exo verən bir tonla ağlayar. Bu ağlama da qucağa alıncaya qədər davam edər.

Narahat olduğunda: yaramaz və ya tər bir tonla ağlama tərzi. Bundan körpənin altını islattığını, üşüdüyünü ya da tərlədiyini anlaya bilərik.

Qız gələcəyin anasıdır!
Bildiyimiz kimi bu yaxınlarda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yaxın gələcəkdə Azərbaycanda demoqrafiq təhlükənin yaranacağından narahat olduğunu bildirib. UNİCEF- lə birgə aparılan araşdırmalar göstəriri ki, ailələr 1-2 uşağa meyillidirlər.

Buna səbəb sosial problemlərdir. Araşdırmalar eyni zamanda Qadınların qız uşaqlarını dünyaya gətirməkdən imtina etdikləri və beləcə oğlan uşaqlarının sayının artması, qız uşaqlarının isə sayının azalması ilə əlaqədar millətin genetik fondunun təhlükə qarşısında olduğu bildirilir. Qız uşaqlarının doğulmamışdan məhv edilməsi eyni zamanda gələcəkdə oğlanların başqa millətdən evlənməsinə gətirib çıxara bilər ki, bu da millətin get-gedə zəifləməsi deməkdir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədəki vəziyyətin parlament səviyyəsində müzakirə edilməsini istəyir.

“Lider Qadınlar” ictimai Birliyinin sədri, Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsini bu məsələni qaldırdığı üçün alqışladığını qeyd etdi.

Azəri-Türk Qadınlar Birliyinin Sədri Tənzilə Rüstəmxanlı “Bu artıq qadınlara qarşı soyqırımdır. Bunu dərhal araşdırıb, qarşısını almaq lazımdır” deyir.

Həkim ginekoloqların məlumatına əsasən deyə bilərik ki, xanımlarımızın evdə bir qızı varsa, ikinci dölün qız olduğunu müəyyənləşdirən kimi, hətta öz sağlamlıqlarını təhlükə altına ataraq əməliyyat nəticəsində hamiləliyi yarımçıq saxlamalı olurlar. Buna səbəb isə əsrlərdən bəri şərq aləmində qız uşaqlarına qarşı formalaşmış təfəkkürün hələ də dəyişməz olaraq qalmasıdır. Xanımları bu əməliyyata vadar edən səbəb ailədə ikinci qız uşağının istənilməməsidir. Qeyd edim ki, bu tendensiya yeni deyil.

Hələ qədim zamanlarda ərəblər yeni doğulan qız uşaqlarını diri-diri basdırırdılar. Bəziləri isə qız uşaqlarının Allahın onlara göndərdiyi bəla hesab edərək, onlara ailənin kor bağırsağı kimi yanaşırdılar. Şərqdə erkən nigahların səbəbi də budur. Şərq ailəsi qız uşaqlarından mümkün qədər tez yaxa qurtarmağa çalışır, onlara əlavə yük kimi baxırlar. Hətta indi “Qız yükü, duz yükü” deyimi öz aktuallığını saxlamaqdadır.

[ad#468x60]

Yalnız islam dini yaranandan sonra qız uşaqlarına münasibət nisbətən dəyişməyə başladı. Quran qadınlara xeyli hüquqlar verib onların diri-diri basdırılmasını yasaqladı. Ancaq Quranda qadına münasibət dəyişsə də şərq təfəkkürü dəyişməz olaraq qaldı. Bu gün də əksər şərq, o cümlədən Azərbaycan ailələrinin əksəriyyətində qız uşaqlarının dünyaya gəlməsini bədbəxtlik rəmzi kimi dəyərləndirənlər də vardır. Bəkə də çoxları etiraz edə bilər, ancaq fakt faktlığında qalır.İndi 21-ci əsrdir və qız uşaqlarını diri-diri basdırmağa ehtiyac yoxdur. Tibb və texniki imkanlar qız uşağının hələ rüşeym halında ikən  məhv edilməsinə imkan verir.  Mahiyyət dəyişməyib, dəyişən yalnız formadır…

Bir çox inkişaf inkişaf etmiş ölkələrdə hamiləliyin yarımçıq saxlanılması cinayət məsuliyyətinə səbəb olur. Bu əmələ hamiləliyi saxlayan həkim də, əməliyyata daxil olan qadın da məsuliyyət daşıyır. Bəs Azərbaycanda necə, bu əməlin cinayət hesab edilməsinin vaxtı gəlməyibmi?

Unutmayın ki, əməliyyatla məhv etmək istədiyiniz bu günün fidanları gələcəyin analarıdır.. .Övlad isə bizə Allahın hədiyyəsidir…

Həzrət Məhəmməd (s.a.s.) Peyğəmbər buyurmuşdur:

” Cənnət anaların ayaqları altındadır”

” Qadınlara yaxşılıq insanı cəhənnəm odundan qoruyan pərdə kimidir.”

” Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsə idi, mən qızları üstün tutardım.”

” Övladlarınızla xoş rəftar edin, onlara qarşı ədalətli olun, birini o birindən üstün tutmayın.”