Evlenirik.BIZ Daima Sizinlə » MƏSLƏHƏTXANA

Xatirələrim
Həyatımızın ən unudulmaz, ən gözəl, keçdiyi kimi geri qaytarılması mümkünsüz olan günləri vardır yaşamımızda, hansı ki, xatirələrə köçürürük zamanla o anları. Çəkdirdiyimiz fotolar, video çarxları o günlərin necədə əvəzsiz olduğunu hər dəfə onlara baxarkən bizə qısa xatırlatma edir. Lakin günlər vardır ki, qədrini belə bilməmişik və o anları nə çəkilişlərə, nə də kadrlara köçürmüşük və hər zaman o günlərin unudulacağı təhlükəsi ilə yaşamışıq. Amma varlığından asılı olmayaraq yaddaşımıza xatirə tək həkk olunan hadisələr baş verdiyi yeri və vəziyyəti ilə üstündən illər keçməsinə rəğmən qarşımıza canlı şahid kimi çıxır.

Sıralarımızda çoxları oldu keçmiş günlərini unutmaq istəyən və yaşadığı xatirələri həyatından silmək istəyənlər, çoxları oldu bir zamanlar canlı şahidi olduğu ən xoş hisslər keçirdiyi o yerlərdən indi gözü yumulu keçib getmək istəyənlər, çoxları oldu o yerlərdən keçərkən göz yaşlarına hakim ola bilməyənlər, çoxları oldu o yerlərə nifrətlə baxıb bugünkü həyatına şükür edənlər. Amma insanıq, güclü iradəmizə, həyat eşqimizə və sınmayan qürurumuza güvənib qəddimizi əymədən keçib getdik o yerlərdən və bir zamanlar canlı şahidimiz olan o yerlər indi cansız xatirəmizə döndürmüşük.

Sıramızda çoxları oldu həyatında keçmiş adlandırdığı və xatirəyə çevirdiyi o anlarda bu gün yaşayanlar, çoxları oldu ötən zamanını əhəmiyyətli itki adlandırıb o anları əbədiləşdirənlər, çoxları oldu xatirələrinə hörmətlə yanaşıb cansız məkanları sınaq məkanına çevirənlər.

Nə yaşadıqsa, nələr gördüksə bu gün, o dünənin xatirəsini əks etdirdiyi halda sabahın yeni ümmanı oldu. Bizi xatirələrimizə daima hörmətlə yanaşırıq və itirdiyimiz günlərin ən azı xatirəsi ilə yaşamağı bacarırıq. Xoşbəxtik ki, bunu bacarırıq.

Sən də xatirəni qoru saxla çünki öz-özünlə tək başına qaldığında təsəlli olacağın xatirən var olsun!

Toy qabağı qripdən qorunma yolları
Qış bu il gözləniləndən daha tez gəlmiş oldu. Bu da bərabərində bir çox problemləri özü ilə gətirdi. Payız və qış aylarında gəlinlərimizə özlərini soyuqdəymədən qorumaq üçün bəzi məsləhətlər verəcəyik.  Əlbəttə ki, heç kim toy günündə xəstə olmaq istəməz. Əslində immun sistemi zəif olan, tez-tez soyuqlayan adamlar bəzi ölkələrdə çox sevilən yolu seçib qrip və soyuqdəymə əleyhinə peyvəndlərdən istifadə edə bilərlər. Ancaq nəzərə alsaq ki, bu ən az 1 ay əvvəldən olmalıdır (peyvənddən 10-15 gün sonra immun sistemi inkişaf etməyə başlayır) və siz bunu etməmisinizsə o zaman Evlenirik.Biz məsləhətləri ilə tanış olmaq üçün məqaləmizin ardını oxumağa davam edin.

Ən başlıcası geyiminizə fikir verin. Havanın dəyişkən olduğunu nəzərə alıb geyiminizi elə seçməlisiniz ki, nə tərləyəsiniz, nə də soyuq olmasın. Havanı mülayim görüb yüngül geyinməyə tələsməyin, çünki axşama yaxın hava təmamilə dəyişə bilər.

Ayaqlarınızı soyuqdan ve yaş olmaqdan qoruyun. Əgər ayaqlarınızda soyuqluq hiss etsəniz axşam yatmazdan öncə pəncə altına yod məhlulu ilə xəttlər çəkib pambıq corab geymək lazımdır. Bu 2-3 gün davam etməlidir. Yatmazdan öncə südlə bal içmək və ya bir qaşıq bal yemək də mübarizədə köməyinizə çatar. Ümumiyyətlə təbabətdə baldan çox istifadə edilir. Balı artıq xəstələnmiş insan içdikdə belə səhər özünü gümrah hiss edir.

Yuxunuzu tam alın və vaxtında qidalanın. Hər gün yatıb yuxunuzu almağınız, düzgün qidalanmağınız da vacib ünsürlərdən biridir. Epidemiya zamanı orqanizm təzə meyvə, tərəvəz, təbii şirələr, ağartı məhsulları daha çox qəbul etməlidir. Əks halda orqanizmin mikroblarla mübarizəsinə gücü yetməz.

Yaxın təmaslardan uzaq durun. Xəstəliyə yoluxmanın digər növü başqa xəstə ilə təmasda olmaqdır. Əgər evinizdə yaşayan qohumlarınızdan kimsə xəstələnibsə çalışın ona bütün təhlükəsizlik tədbirlərini yerinə yetirən bir nəfər qulluq etsin. Həmin adam təhlükəsizlik maskasından istifadə etməlidir ki, digərlərini yoluxdurmasın. Xəstəyə isə birdəfəlik dəsmallar (kağız salfetlər) versin və mütəmadi olmaqla istifadə olunmuş dəsmalları atsın.

Yadınızda saxlayın ki, zəif orqanizm bu xəstəliyə hava yolu ilə daha tez yoluxur. İctimai və qapalı yerlərdə çox olursunuzsa, nəqliyyat vasitələrindən çox istifadə edirsinizsə ağzınızda mixək, portağal və ya limon qabığı saxlayın – bu üsulla da bir çox mikroblardan qorunmaq olar. Bu zaman əlinizlə burnunuza, ağzınıza, gözünüzə toxunmayın. Evə gəldikdən sonra mütləq əllərinizi yuyun. C vitamini ilə zəngin olan itburnu dəmləməsi və ya zoğal mürəbbəsiylə isti çay içsəniz soyuqlama canınızdan çıxar. Bunu ana və nənələrimizdən də eşitmiş olarsınız.

Evlenirik.Biz məsləhətlərinə əməl etsəniz xəstələnməzsiniz və toy gününüzü arzuladığınız kimi unudulmaz keçirərsiniz.

Hər zaman sağlam olun!

Stressi tez ve qısa zamanda necə aradan qaldırmaq olar?
Stress yaşadığımız zaman əhval-ruhiyyəmiz getdikcə enməyə doğru gedir. Stress- “sevincin əsl düşmənidir”! Onunla necə mübarizə aparmaq olar? Dəyərli Evlenirik.Biz oxucularına ən effektiv antistress metodlarını sadalayacağıq.:

Bir neçə dəqiqəniz var?

Əgər siz məhz indi ruhdan düşüb, kədərlənirsinizsə aşağıda sadalanan metodlardan istifadə etməklə əhval-ruhiyyənizi bərpa edə bilərsiniz.

- Şokalad yeyin. O ağızda yavaş-yavaş əriyərkən orqanizmdə rahatlıq yaranır: məmnunluq hiss yardan serotoninin; fiziki və ürək ağrısını sakitləşdirən endorfinin; sevincin təbii mənbəyi- enkefalinin,yüngül eyforiya keçirməyə təsir edən-anandamidanın səviyyəsi artır. Məncə gün ərzində hər birimiz 25 qramlıq bir hədiyyəni özümüzə edə bilərik.

- Xoşbəxtliyi 1-2-3 sayında təqlid edin. 1-ci başınızı qaldırın. 2-ci çiyinlərinizi düzəldin. 3-cü gülümsəyin: dodaqlarınızın kənarlarını yuxarı qaldırın, yüngülcə gözlərinizi qıyın. Eyni zamanda həyatınızın ən xoş anının detallarını(əhəmiyyətli olsa belə) xatırlamağa çalışın. Bu zaman təkcə hadisənin özünü deyil, onu müşayət edən ətir, taktil duyğular, rəng və s. xatırlamağa çalışın. Bir neçə saniyədən sonra sünii yaradılmış sevinc həqiqi sevinclə əvəzlənəcək.

- Xoşagəlməz məsuliyyətlərdən qaçın. Məktuba cavab verin, diş həkiminin qəbulu üçün qeydiyyatdan keçin. “60 dəqiqə qaydası”na istinad edin: bugünün işini heç vaxt sabaha saxlamayın. İşləri gördükcə qeydiyyat dəftərçənizdə üstündən xətt çəkin. Bunu etdikcə o qədər rahatlanacaqsınız ki, özünüzdə təəccüblənəcəksiniz ki bunu əvvəllər niyə etməməmisiniz.

- Pəncərəni açın. Təbii ki, ekologiya və hava buna imkan verirsə .Bu kiçik səy böyük nəticələr verir.  Aləm sanki tam açılmış olur!

10-15 dəqiqəniz var?

- Enerjini “aldatmaq”: ayağa qalxıb tədricən addımları sürətləndirərək harasa gedin. Telefonla danışaraq dəhliz boyu gəzin. Ən yaxşısı isə təmiz havada gəzməkdir. Bu üsul nəzərə çarpacaq dərəcədə, hətta pis havada belə, əhval-ruhiyyəni qaldırmağa səbəb olur.

-Xeyirxah iş görməyə çalışın. Qiyabi də olsa bir-birinə ehtiyacı olan iki insanları tanış edin. Tanış, faydalı informasiyaya qulaq asın. İşindən bir dəqiqə olsa belə ayrıla bilməyən kolleqalarınıza kofe, şirniyyat gətirin. İstənilən xoş təsir bağışlayan işlər görməyə çalışın. Ətrafınızdakılara mehribancasına yanaşın. Bu zaman ətrafdakıların sizə münasibətinin dəyişdiyini görəcəksiniz.

-Musiqi dinləyin. Sevimli mahnının artıq ilk sədalarını eşidən zaman əksəriyyət insanların əhval-ruhiyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Bundan əlavə musiqi stressə demək olar ki, fiziki məşq qədər effektiv təsir edir. Müvafiq reaksiya sevimli kitabın oxunması zamanı da müşahidə olunur. Bunu eksperimental olaraq Virdjin universitetinin professoru Maykl Kubok sübut etmişdir.  O, həm də musiqi və əsər oxumaya marağın təmin olunması kimi də yanaşır. Əlbəttə müsiqi dinlərkən əhval ruhiyyənizi aşağı salacaq və Sizi kədərləndirəcək növlərindən qaçın.

Evlenirik.Biz-dən hər kəsə stressiz gün arzusuyla..

İmtahandan əvvəlki həyəcan
İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan keçirir. Bu həyəcanı insanların sinir sistemindən asılı olaraq kimisi az kimisi isə çox keçirir. Hal hazırdakı imtahan mövsümünü də nəzərə alaraq Evlenirik.Biz oxucularına faydalı tövsiyyələrimizi çatdırırıq.

Bundan əlavə imtahana hazırlaşan insanlarda həyəcanın az yada çox olmağı onun ətrafında olan insanlardan da asılıdır. Belə ki, imtahana hazılaşmağa başlayan andan imtahanı verib qurtarana kimi həmin insana valideyinləri, dost – tanışları, yaxınları arasında inam olmalıdır, ona rahat olan mühit yaratmaq lazımdır. Bu həmin şəxsdə öz güvənini artırar və imtahana daha yaxşı hazırlaşmasına imkan yaradar.

İmtahana hazırlaşan hər bir kəs imtahan qabaqı həyəcanını boğmaq üçün bəzi bir neçə şərtlərə əməl etməlidir ;

- Öz söz – söhbəti ilə sizi həyəcanlandıran insanlarla ünsiyyətdə olmaqdan qaçın

- İmtahana hazırlaşan dövrdə əsasəndə imtahana az müddət (bir həfdə) qalan vaxda sizə müsbət enerji verən insanlarla ünsiyyət qurun

İmtahana az bir müddət qaldıqda isə

- İmtahana bir həftə qalmış təzə material öyrənməyin.

- İmtahana bir gün qalmış heç nə oxumayın. Son günü ancaq istirahətə həsr edin

- İmtahanın gedişini çalışın öz xəyalınızda hər xırdalıqına kimi canlandırasınız.

- İmtahandan sonra əgər istədiyiniz nəticəni əldə etməsəniz necə reaksiya verəcəyinizi və nə edəcəyinizi mütləq planlaşdırın ki, nəyi necə edəcəyinizə qabaqcadan hazırlıqlı olasınız.

- İmtahana lazım olan əşyaları axşamdan hazırlayıb imtahan günü rahat tapa biləcəyiniz bir yerə qoyun

- İmtahanı verəcəyiniz yeri qabaqcadan öyrənin ki, imtahan günü axtarmayasınız.

- İmtahana gedən vaxt sizə rahat olan paltarı geyinin və sizə uğur gətirəcəyinizə inanacağınız aksesuarlardan istifadə edin.

Unutmayın ki, imtahana hazırlaşan andan imtahanın verilib qurtarmasına qədər məsuliyyət təkcə imtahana hazırlaşanın üzərinə yox həmin inasanların valideyinlərinin də məsiliyyəti var. Alınacaq hər bir nəticədə imtahana hazırlaşanın payı qədər imtahana hazırlıq dövründə ona valideyinləri tərəfindən göstərilən münasibətin də payı var. Unutmaq olmaz ki, imtahana hazırlıq ilk öncə ailədən, imtahana hazırlaşan insana yaradılmış mühittən və ona olan inamdan başlayır. Bunlar nə qədər mükəmməl, imtahana hazırlaşan üçün rahat olarsa alınacaq nəticədə bir o qədər yaxşı olacaq.

Müəllif: Aynur Qurbanqızı

Hər birinizə həyat imtahanında uğurlar arzu edirik!

Kişilər diqqət! xanımınız çox qısqancdır??
Dünya sevgi üzərində qurulduğu üçün bəzən insan sevgidən əzab da çəkir, başqa-başqa həyat tərzinə sahib olan insanlar sevgi alovu ətrafında pərvanə kimi dolanırlar və bir gün toqquşurlar. Yaxınlıq onlarında həyatını alovun istisini hiss etməyə gətirib çıxarır.

Evlenirik.Biz sevgidən yaranan bir hissdən danışaraq, bu gün qısqanclıq daşıyan xanımları hədəf almışdır.

Boş yerə deməyiblər ki, qadın zərif varlıqdır. Nə qədər güclü olsa belə kövrək qəlbə sahibdir, tək təsəlisi ağılı məsləhət və şirin sözlərdir. Qısqanclıq səhnələrinin əsas baş rol ifaçısı xanımlar olduğu üçün bəylərimizin diqqətinə bir sıra təkliflərimizi çatdırırıq.

Əgər xanımınız sizi hər şeyə qısqanırsa, bütün hərəkətlərinizdə sizi sorğu sual edirsə, hər dəqiqə sizin harda olduğunuzu soruşub sizi incidirsə bunu anlayışla qarşılayın çalışın hər bir şeyi ona düzgün şəkildə başa salın. Ən əsasıda odur ki, qısqanc keyfiyyətlərə sahib olan birinə heç bir zaman yalan danışmağa çalışmayın çünki bu halda daha çox etibarınızı itirmiş olursunuz və çox getməz siz sevdiyinizidə itirmək təhlükəsi ilə üzləşərsəniz. Ona heç nəyi izah etməyə çalışmayın çünki o sizi dinləməyəcək sadəcə olduğu kimi yaranan anlaşılmazlığın səbəbini söyləyin və onun sizin ən zəif nöqtənizin nə olduğunu tapmasına imkan verməyin əks halda o hər zaman onun üstünə basaraq keçəcək və bu vəziyyət sizi bezdirmək halına gətirib çıxardacaq.

Qısqanc xanımla mülayim tonda danışın, yüksək ton onun alovlanmasın səbəb olacaqsan alçaq ton onu özündən çıxaracaq. Telefonla zəng edib sizin nə işlə məşğul olduğunuzu, harda olduğunuzu soruşarsa ona bunu gizli şəkildə ifadə etməyin aydın formada və normal sən tonu ilə “mən indi məşğulam sonra sənə zəng edərəm” deyərək adını çəkib sagollaşın, o hiss etsin ki sizin yanınızda əks cinsin nümayəndəsi olsa belə siz yalnız ona dəyər verirsiniz.

Qısqanc sevgilisi və ya həyat yoldaşı olan bəylərin ilk növbədə inam hissini qazanmaları vəziyyətdən çıxış yolundan biridir çünki bunu duyan xanım müəyyən müddət keçdikdən sonra qısqanclıq hisslərini inam hissi ilə əvəz etməyə başlayacaq, daxilən əzab çəksə belə lakin sevdiyinə olan inamdan onu başqa şeylər düşünmək fikrindən çəkindirəcək. İnam və sübut olunmuş sevgi ən yaxşı metodlardır. Bu proses uğurla nəticələnərsə demək olar ki, bundan sonra bəyləri rahat həyat tərzi gözləyir.

Qısqanc xanımlar daima diqqət tələb edirlər, onlara olan diqqət azaldıqda düşünürlərki, bəylərinin həyatında başqa xanım var və bu zaman onlarda qıcıqlanma hissləri yaranır, hər bir vəziyyətdə bəhanələr uydurub dava dalaş edirlər. Sonra özlərinə qapanıb göz yaşı axıdırlar. Lakin həyat yoldaşınız yanınızda ağlayarsa ona yaxınlaşıb ülvi hisslərinizdən söz açın, onun gözünün yaşına qıymadığınızı dilə gətirin, nə olursa olsun ondan ayrılmazsınız kimi sözlərlə onu ovundurun, əks halda çırpılan qapılar, dönük sifətlər, səs küy onları depresiyaya sala bilər.

Qısqanc xanımlar sevdikləri ilə məlumat mübadiləsi etməyi sevirlər, hər hansı bir mövzu ətrafında müzakirələr apararlar sonu isə əks cinsin ona olan diqqətini yoxlamaq üçün fikirlər irəli sürüb onun reaksiyasını öyrənməyə çalışırlar, çalışın onu unutmayasınız və sizdə onun qısqanclıq hərəkətləri qarşılığında özünüzü çəkmədən ona qarşı tələbkar olduğunuzu vurğulayasınız “sənə olmaz”, “sən mənə tabesən”, “sən artıq azad deyilsən həyatında mən varam”, “sən tək deyilsən bir yerdə həll edək” kəlmələrindən istifadə edin, icazə verin ki onlar sizdən istədikləri sevgi reaksiyasını ala bilsinlər.

Qısqanc xanıma sahib olan bəylər hər zaman səbirli, təmkinli olsalar bu onların həyatlarını düzgün nizmalamağa böyük təsir göstərəcək. Hörmətli bəylərimiz unutmayın ki Qısqanclıq hissləri sevgidən yaranır və bu hissi də qiymətləndirməyi bacarın ki sonra onu itirdikdən sonra yaralı ürəyiniz ilə axtarmayasınız.

Evlenirik.Biz

İstirahətdə təhlükəli 4 oğlan tipi
İstirahət üçün hər şey hazırdır. Hələ bir də yay eşqi yaşayım deyə fikirləşirsinizsə, bilməyinizin vacib olduğu bəzi şeylər var! Yay ayı oğlanların da ova çıxdığı bir vaxt olduğu üçün ovlanmadan əvvəl gələ biləcək təhlükələrə nəzər salın! Evlenirik.Biz-in bu sahədəki məsləhətlərinə mütləq qulaq asın!

1) 3-lükdə gəzənlər:

Bu oğlanlar tamamilə  el dilində desək qız bişirmək yəni  qız ovlamaq üçün gəzən silahdaşlar kimidirlər. Bir yox, iki yox amma üç rəqəmi ehtiyat edilməsi vacib olan sayıdır. Bir-birlərindən qətiyyən ayrılmazlar. Gündüz yatıb gecələri gəzərlər. Biri qız tapan kimi digərləri də qızın rəfiqələri ilə əlaqə yaradırlar.

2) Gitaralı oğlanlar:

Gitaranı bir alət olaraq deyil qız ovlamaq vasitəsi kimi istifadə edən oğlanlardan söhbət gedir. Bu oğlanlar qışda gözəl bir repertuar hazırlayıb yayda sahillərə hücum edənlərdir. Qızların arxasınca gəzməzlər və özlərini rahat göstərməyə çalışarlar. Gecələr sahildə gitarada ifa edərlər, sadəcə romantik ifalar və qızları özlərinə çəkərlər. Tələyə düşməyin, əsasən ürəyinizi oğurlayıb sonrada yoxa çıxarlar.

3) Ağ şalvarlı oğlanlar:

Bu oğlanlar yay gələn kimi açıq rənk geyinmək lazım olduğunu nə vaxtsa, hardasa eşidiblər. Və cazibəli görünmək üçün ağ şalvar və qara köynək geyinməyi üstün tutarlar. Hələ hələ bu şalvar kətandırsa. Diqqət edin bu tip oğlanlar bəsitdirlər və çox kobud ola bilirlər.

4) Şəmsiyyə oğlanlar:

Bu oğlanlar pilyaja səhər saatlarında gəlib, kölgəlik yerləri tutar, günəş eynəklərin taxıb ovlarını gözləməyə başlayırlar. Qəzet oxuyaraq  ətrafla maraqlanmırlarmış kimi göstərirlər. Sahildə insanların çoxalmağa başladığı bir vaxtda “bağışlayın bura boşdur” deyən qızlara məmnuniyyətlə yer verərək diqqət çəkərlər. Bəyənmədikləri qız yaxınlaşan zaman isə xeyir doludur deyərlər. Bəzən isə küləkdən çevrilən  şəmsiyyələrə kömək edərək söhbət açarlar.

Evlenirik.Biz Mətbuat Xidməti

“Gün vurma” nədir? Göstəriciləri, təcili yardım, qorunma..
Yay günlərimizin çox isti başlaması ilə problemləri də bərabərində gətirdi.  Radio xəbərlərindən paytaxtda gün vurma hadisələrinin artdığını eşidib bu sahədə Evlenirik.Biz olaraq araşdırma edib Sizlərlə bölüşmək istədik. Xəbəri oxuyub dostlarınızla mütləq bölüşün!

Gün vurmasının göstəriciləri nələrdir?

Yüksək dərəcəli istilik və nəm nəticəsində bədən istiliyinin tənzimlənə bilməməsi nəticəsində bəzi problemlərin yaranmasına xalq dilində “gün vurma” deyilir.  Bu zaman müşahidə olunanlar:

Əzələ yığılması,

Halsızlıq,

Yorğunluq,

Baş gicəllənmə,

Hal hərəkətdə pozulmalar, əsəbilik

Solğun və isti dəri

Həddindən çox tərləmə (daha sonra azalır)

Mədə ağrıları, qusma, bulantı

Şuurunda pozulma, xəyal görmə

Nəbzin yüksəlməsi

Gün vurarkən ilk təcili tibbi yardım necə olmalıdır?

Xəstə sərin və havalanan bir yerə aparılır,

Paltarları çıxarılır,

Arxa üstü uzadılır,

Əl və ayaqlar yüksəldilir,

Bulantısı yoxsa və şuuru açıq isə tuz itkisini tənzimləmək üçün 1 litr su-1 çay qaşığı soda, 1 çay qaşığı duzlu məhlul içilir.

Gün vurması kimlər üçün daha risklidir?

Gün vurması müəyyən xəstəliyi olan və ya yüksək həssaslığı olan insanlar üçün daha tez özünü biruzə verir. Bu insanlar;

Ürək xəstələri,

Təyziq xəstələri,

Şəkər xəstələri,

Xərçəng xəstələri,

Normal kilonun çox altında və çox üzərində olanlar,

Psixoloji ya da ruhi əsəb xəstəliyi olanlar,

Böyrək xəstələri,

65 yaşından yuxarı insanlar,

5 yaşından aşağı uşaqlar,

Hamilələr,

Tez-tez düzgün olmayan diyet tətbiq edənlər,

Kifayət qədər su içməyənlər

İsti yay günlərində gün vurmasından qorunmaq üçün nələr etmək məsləhətdir?

Xüsusilə şapka, günəş eynəyi və çətir kimi günün işığından qoruyacaq aksesuarlardan istifadə edilməlidir,

Mövsümə xas açıq rəngli tərlətməyən yüngül geyimlər geyinilməlidir,

Bol mayə qəbul edilməlidir,

Bədən təmiz saxlanmalıdır,

Hər yemək vaxtı kifayət qədər kalorili qida yeyilməlidir,

Lazımsız və diqqətsiz dərman içilməməlidir,

Bir başa günəş aldında qalınmamalıdır,

Bağlı məkanların tez-tez havalandırılmasını təmin etmək gərəkir.

Evlenirik.Biz Mətbuat Xidməti

Münasibətinizi xilas edəcək 5 ağ yalan
Sevdiyiniz insana güvənməyiniz və hər şeyi onunla paylaşmaq istəməyiniz çox gözəldir… Lakin bu hər zaman çox da düzgün yol deyil; bəzi şeyləri deməməyiniz və ya yalan deməyiniz (daha doğrusu söhbəti fırlatmağınız) münasibətləriniz üçün daha yaxşı olar! Evlenirik.Biz məsləhətlərini oxuyub münasibət bildirin.

Düşünün ki, bir-birinizi çox sevirsiniz, hər şey yolunda gedir və ailə qurmağa hazırlaşırsınız. Bu mərhələdə özünüzü güvəndə hiss edib sevdiyiniz insanla hər şeyi paylaşmaq istəyə bilərsiniz.

Dayanın! Çünki bu əlaqələrinizin əvvəlində sizin haqqınızda olan əlçatmaz və sirli fikirləri öldürə bilər. Bu mərhələdə bəzi şeyləri özünüzdə saxlamağınız sizin xeyrinizə olacaq. Heç olmasa müəyyən bir vaxta qədər…

Yalan 1

Əlaqə yaratdığınız oğlanların sayı iki əlin barmaqlarının sayını keçməz!

Sevdiyiniz insanın ondan əvvəl maraqlı bir əlaqəniz olduğunu bilməsi münasibətlərinizi dəyişə bilər və onu əvvəl həyatınızda olan insanla müqayisə edəcəyinizi fikirləşə bilər.

Bəs sevdiyiniz insan belə bir sual verərkən nə etməlisiniz? Suala sualla cavab verərək sualdan yayına bilərsiniz. Əgər bütün cəhdləriniz alınmazsa barmaqlarınızı göstərərək sayın, ürəkdən gülün və söhbəti dəyişdirin.

Yalan 2

İş yoldaşlarınızdan birini bəyənirsiniz…

Getdiyiniz yerlərdə və ya iş yerinizdəki oğlanları bəyənməyiniz təbi haldır. Lakin sevdiyiniz insan sizinlə eyni fikirdə olamaya bilər. Əgər sevdiyiniz insan belə məlumatları bilməkdən narahat olan biridirsə, belə şeylərdən danışmaq münasibətinizdə güvəsizlik yarada bilər. Bizə ünvanlanan təcrübələrdən sizinlə bölüşürük. Məsələn; 28 yaşındakı Günay, “çox yaraşıqlı bir oğlanın bizimlə işləməyə başladığını dedim. Bunu zarafatla dedim amma o bunu belə qəbul etmədi. İndi işlə bağlı harasa gedəndə, şüpələnirmiş kimi o oğlanında gəlib gəlmədiyini soruşur” deyərək peşmançılığını dilə gətirir. Bəyəndiyiniz insana olan marağınız sərhədi aşmadıqca, bu barədə özünüzü günahkar hiss etməyinizə ehtiyac yoxdur.

Yalan 3

Problemləri özüm həll edə bilərəm!

Yaşadığınız müəyyən problemləri onunla bölüşməyiniz çox gözəldir, amma bir yerə qədər. 26 yaşındakı Aytən “Keçən il işdə müəyyən problemlərim oldu. Bu problemləri həll etmək yerinə hər axşam sevdiyim insana şikayət etdim və bunu ona necə təsir etdiyini belə fikirləşmədim. Bir gün problemlərim olduğu üçün ehvalımın pis olmasını başa deşdünüyü, lakin deyingən bir insan olmağımdan xoşu gəlmədiyini dedi. O gün müəyyən şeyləri ona danışmaqla onun mənim haqqımdakı fikirlərini dəyişdirdiyimi anladım”.

Yaxşı bunu necə həll etmək olar? Hər zaman hər şeyin mükəmməldirmiş kimi görünsün demirik. Burada sirr, minimalist olmalısınız. Problemi həll etməyə çalışdığınıza lakin ondan kömək gözlədiyinizi açıqca bildirin.

Yalan 4

Bədənimi çox sevirəm…

Baldırlarınızın böyüklüyü, və ya köklüyünüzlə bağlı sıxıntılarınızı ona deməyiniz, onda nə qədər səhv bir seçim etdiyi fikrini yaradar. Bəlkədə bədəninizlə əlaqəli heç bir probleminiz yoxdur, amma sevdiyiniz insanın bədəninizi bəyənmədiyini fikirləşirsiniz. Amma yenə də bunu onunla bölüşməyin. Kişilər, mükəmməl olmasa da öz bədənlərini bəyənən qadınları sevirlər.

Yalan 5

Qarışıq keçmişim keçmişdə qaldı…

Bəzi insanlar əvvəl yaşadıqları sevgiləri danışmaqdan çəkinməzlər. Lakin hər dəfəsində səhv və uğursuz sevgi yaşadığınızı deməyiniz qarşınızdakı insanda sizin haqqınızda səhv fikir yarada bilər və sonradan bu fikirləri dəyişməyiniz çətin ola bilər.

Əgər bu barədə məlumat vermək fikirinizdəsinizsə də, bunu danışandan sonra mütləq yaşadıqlarınızdan dərs çıxartdığınızı vurğulayın.

Evlenirik.Biz

Qətiyyən bu səbəblərə görə evlənməyin!
Həqiqətən də həyatınız boyu bir yerdə olmaq istədiyiniz biri ilə, yaxşı-pis hər şeyi bölüşmək üçünmü ailə qurmaq istəyirsiniz, yoxsa bu 6 səhv səbəblərə görəmi? Evlenirik.Biz Sizə ciddi tövsiyələr edir.

1. Səhv səbəb: Sevirəm, Ölürəm

Sevgi; əsaslı izah edilə bilən bir ruh halı deyil. Sevirsiniz, ölürsünüz bunu ürəkdən yaşamağı sadəcə tövsiyə edə bilərik. heç bir sevgi bir neçə ildən çox çəkməmişdir.  Müəyyən bir müddətdən sonra bitər. Diqqət edin o sevgi dediyiniz öz yerini çox istəməyə, mütləq yanında olmaq istəməyə, bir-biri ilə yaxşı anlaşmağa, dostluğa buraxırmı? Vurulmuşsunuzsa ailə qurmaq qərarı almaq üçün o vurğunluğun sona çatmağını gözləyin.

2. Səhv səbəb: Tənhalıqdan sıxıldım

Bilinir ki, sıxılan insansınız. Tənhalıqdan olduğu kimi bərabərlikdən də sıxılacaqsınız. Üstəlik ondan daha tez sıxılacaqsınız. Çünki tənhalığın əvvəl-axır sizin nəzarətinizdə olması  ehtimal edilən bir şeydir. Tənha olan zaman istədiyiniz vaxt harasa gedə bilər, istədiyiniz vaxt televizorun istənilən kanalına baxa bilərsiniz. Lakin bərabərlik heç vaxt tamamilə sizin nəzarətiniz altında olmur. Və tənhalıqdan sıxıldığınızdan daha çox biri ilə birlikdə olmaqdan və bir evdə yaşamaqdan sıxılacaqsınız.

3. Ailəm sevgili olmağa icazə verməz

Bir müddətdir bir sevdiyiniz insan var ailənizin bu vəziyyətdən xəbərdar oldu. Bu vəziyyətdə ailəniz daha çox sizi töhmət etməsinlər deyə  hər hansısa bir yolla sevdiyiniz insana təsir edərək artıq ailə qurmaq istədiyinizi deməyə, ima etməyə başlayırsınız. Lakin sevgililik sevgililikdir, ailə qurmaq isə tamamən fərqlidir. İki insan ən azından müəyyən bir müddət bir yerdə yaşamadan ailə qurmağa qərar verməməlidir, idealı budur, amma coğrafiyamızda bu nadir hallarda mümkün olduğu üçün sizə tövsiyəmiz; heç olmasa biraz böyüməyi gözləyin.

Böyüdükcə həyatdan nə istədiyinizi biləcəksiniz. Sırf  ailəniz belə istəyir deyə bir insanla 50 il bir evdə yaşamaq sazişi bağlamağın necə bağlayıcı bir sözləşmə olduğunun fərqinə varmaqdan ötəri biraz daha gözləyin.

4. Səhv səbəb: Çətin bir mərhələdən keçməkdə mənə köməklik etdi

Çətin bir mərhələdən keçməkdə sizə kömək edən şəxslərə dost, qohum və ya psixoloq deyirlər. Və bunlar sonradan o şəxslərin həyat yoldaşınız olması üçün kifayət edəcək  qədər şərt və yaxınlıq deyil. Həmin çətin mərhələ bitdikdən sonra sizinlə ailə qurmaq istədiyini deyən insan, onsuzda o mərhələdən əvvəl bunu  beyninə yeritmiş deməkdir. Yəni sizə o köməkliyi və dəstəyi əvəzsiz etməmişdir. Yaxşı deyək ki, həqiqətən də o yaxşı niyyətli biridir və sizə əvəzsiz olaraq köməklik etmiş olsa belə bir insanın köməksevər, yaxşı və pis gün dostu olması onunla eyni evdə və xoşbəxt bir cinsi həyat yaşaya biləcəyiniz mənasına gəlmir. O yaxşı bir insandır; bu qədər… Digər kriteriyaları dəyərləndirmək lazımdır!

5. Səhv səbəb: maddi vəziyyəti yaxşıdır

Pul heç bir xoşbəxtçiliyin açarı deyil, ola bilməz. Bir insanla bölüşəcək xoşbəxtlik, sadəcə yaxşı maşın və restoranlarda keçirilən günlərdən ibarətdirsə, ona xoşbəxtlik yox istifadə deyirlər. Sizin və özünün rahat, fikirləşmədən xərcləməsini təmin edən kişiyə yalnız sponsor deyilər. Həyat yoldaşı yox.

Xoşbəxtlik, bir birini yaxşı başa düşmə, birlikdə nələrdənsə zövq almaq, pulun gücü ilə edilən birşey deyil. Pul sadəcə seçimləri çoxaldır. Lakin olmayan birşeyi əvəz edə bilməz. Amma vaxt aşırı keçdiyini fikirləşdirəcək qədər aldadıcı ola bilər. Sonunda isə “hərşeyim var, mən niyə xoşbəxt deyiləm?” deyə fikirləşməmək üçün vaxtında bunları fikirləşmək lazımdır.

6.  Səhv səbəb: Artıq özümə aid bir evim olsun istəyirəm

Xüsusilə də bizim mentalitetimizə aid bir şey. Gənc qızlar rahat-rahat gəzib, əylənə bilmədikləri üçün özlərinə aid bir dünya yaratmağın yolunun bir evdə yaşamaq olduğunu fikirləşirlər. Cəmiyyətimizdə ailələr qızlarının ayrı yaşamaqlarına icazə vermədikləri üçün onlar da ev sahibi olmağı ailə qurmaqda görürlər. Qızların vəziyyətini başa düşməyə çalışırıq əlbəttə çətindir. Amma nə olursa olsun özünüzə aid bir evin olması üçün ailə qurmaq doğru deyil. Yəni sadəcə bu səbəbə görə ailə qurulmaz. Unutmayın ki, o həyatda sadəcə sizə aid olmayacaq. Sərbəstliyinizin daha da az olduğu həyat ailə həyatıdır. Doğru insanlar seçilmədiyi müddətcə ata evi daha rahatdır.

Evlenirik.Biz

Dünyanın ən seksual çimərlikləri
“Gecə macərasına” görə cərimə ödəyən və ya polisə düşən turistlərin arasında həmvətənlərimizin də olması istisna edilmir.

İnsanların məhəbbətlərini dəniz kənarında izhar etməsi dünyanın bütün ölkələrində heç də birmənalı qarşılanmır.

Bu yaxınlarda “Forbes” jurnalının tərtib etdiyi siyahıda ən seksual çimərliklər arasında dünya liderliyi Karib dənizi ətrafı və Latın Amerikası çimərliklərinə verilib. Bu yazıda biz Avropanın 5 ən seksual çimərliyi barədə məlumat vermək istərdik.

Birinci yerdə İspaniyanın Kosia Del Sol regionundakı çimərliklər gəlir. Gecə saat 1-dən sonra bütün diskotekalar və xidmət obyektləri bağlanır. Bundan sonra cütlüklər dənizin ləpələrinə qulaq asaraq ehtiraslarını söndürə bilərlər (aylı gecə, dəniz kənarı, xəfif meh. Ardını sizin təxəyyülünüzə buraxıram – müəl.). Lakin hava açılanadək hər şey bitməlidir.

İspaniyanın digər çimərliklərində isə bu işlə məşğul olanı bir neçə min avro cərimə gözləyir.

İkinci yer yenə də öküz döyüşdürənlərə aiddir. İbiza adasının çimərliklərində hər kəsin gözü qarşısında sevişən cütlüklərlə yanaşı, xəlvəti guşələri (qayalıqlar) seçənlərə də çox rast gəlinir.

Üçüncü yerdə isə keçmiş sosialist ölkəsi Bolqarıstan gəlir. Bu yaxınlarda ölkə rəhbərliyi çimərlikdə seksə görə cinayət məsuliyyətini ləğv etdi. İndi çimərlikdə sevişənlərə ən pis halda şifahi xəbərdarlıq edilə bilər. Polislər isə bir qayda olaraq “yanıq” cütlərə fikir vermirlər. Bolqarıstan çimərliklərində reportaj hazırlayan alman jurnalisti açıq seks səhnələrindən dəhşətə gəldiyini yazmışdı.

Dördüncü yerdə isə dəniz suyunun temperaturu 17 dərəcəni keçməyən Hollandiya gəlir. 2008-ci ildə hökumət çimərliklərdə seksə rəsmən icazə versə də, soyuq su insanların “fəaliyyətini” çətinləşdirir.

Nəhayət, top 5-in sonuncusu – Xorvatiya. Azərbaycanla təxminən eyni dövrdə müstəqillik əldə etmiş bu ölkənin çimərliklərində sekslə məşğul olanı ağır cərimə gözləyir. Burada yalnız Dubrovnik vilayətinin şimalındakı Lopud adası istisnadır. Burada qanunvericilik digər bölgələrlə eyni olsa da, polislər və yerli hakimiyyət sadəcə olaraq “gecə ovçuları”na göz yumurlar.

P.S. Əziz həmvətənlər. Artıq bütün dünyada çimərlik mövsümü başlayıb. Xarici ölkələrdə istirahət edərkən diqqətli olun. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Vüqar Ələsgərov ( vy_aleskerov [at] mail.ru )

Evlenirik.Biz Mətbuat Xidməti