Evlenirik.BIZ Daima Sizinlə » Kulinariya

Yeyim – Yeməyim?
Qurani-Kərimdə haram qida məhsulları barədə üstüörtülü məlumat verilir.

“Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (“Bəqərə” surəsi, ayə 172).

Qurani-Kərimdə haram qida məhsulları barədə çox qısa və üstüörtülü məlumat verilir. Bu təbiidir. Çünki Quran insanların yemək rasionunu təyin etmək üçün deyil, onların haqqa hidayət olunmaları üçün göndərilib. İnsanların məişəti, əxlaq və tərbiyəsi ilə əlaqəli olan məsələlər barədə isə Peyğəmbər (s.ə.s) öz həyat tərzində onlara ən gözəl şəkildə təlim verib.  ”Karvan” jurnalında dərc olunan məqaləni Evlenirik.Biz oxucuları ilə bölüşür.

Quşlar

Caynağı olan yırtıcı quşlar (şahin, qartal, kərkəs, çalağan və. b.)

Uçan vaxt qanad çalması, qanad saxlamasından çox olan quşların əti halal, uçanda əksər hallarda qanadlarını saxlayıb çalmayan quşların əti isə haramdır.

Çinədanı, yaxud (insanın baş barmağı kimi) ayrı barmağı olan quşların əti halal, olmayanların əti isə haramdır.

Su heyvanları

Su heyvanları arasında yalnız pullu balıqların əti halaldır. İlan balığı, delfin kimi heyvanların əti isə haramdır.

Halal balığın kürüsü halal, haram balığın kürüsü haramdır.

Əti halal olan pullu balıqları yalnız sudan kənarda, quruda öldüyü təqdirdə yemək olar. Tora düşən balıqlar istisna olmaqla, suda ölən balıqların əti haramdır.

Əti halal olan heyvanların bəzi hissələri haramdır.

Heyvanın cinsiyyət orqanı (ağ ət)

Dalaq

Donbalan deyilən toxum

Öd kisəsi

Dalaq

Sidik kisəsi

Bəbək

Onurğa sümüyünün kənarlarında olan piy

Balalıq

Dırnaqların arasında olan vəzi

Əti halal olan heyvanların əti dörd halda haram olur:

Adəti üzrə insan nəcisini yesə. (Bu halda onun əti və südü haram, təri də nəcis olur).

İnsan onlarla cinsi əlaqədə olarsa (Bu halda onun əti, südü, ümumiyyətlə, bütün nəsli haram olur).

Donuz südü ilə qidalanan və qidalanma nəticəsində ətə-cana gələn quzunun, çəpişin və buzovun əti.

Şəri qayda ilə kəsilmədikdə.

Nəcis yeyən heyvanın ətinin halal olması üçün ona bir müddət nəcis yeməyə imkan verməmək lazımdır. Buna şəriətdə istibra deyilir.

Dəvə – 40 gün,

inək – 30-40 gün,

qoyun – 10-14 gün,

su quşları – 5-7 gün,

ev quşları – 3 gün,

balıq – 1 gün istibra edilməlidir.

Evlenirik.Biz Mətbuat Xidməti

Badımcanın bilmədiyimiz faydaları
Bir çox tərəvəzlə bərabər, badımcanın da faydalarını saymaqla bitmir.

Evlenirik.Biz-in araşdırmalarına görə badımcan tərəvəzinin bilinməyən faydaları ilə yaxından tanış olacaqsınız. Bitkinin vətəni tropik Hindistan olsa da isti olan bütün ölkələrdə yetişdirilən badımcanın bilinməyən faydaları olduqca çox imiş. Belə ki, 100 qram kalori dəyəri 24 olan badımcanda 1.1 q. protein, 2 q. yağ və 5.5 q. karbohidrat vardır. Vitamin tərkibinə görə isə 30 IU A vitamini, 04 mq B1 vitamini, 05 mq B2 vitamini və 5 mq C vitamini təşkil edir.

Dünyada ən çox badımcan istehsal edən ölkələr, 84.5% ilə Çin, 30.1%-lə Hindistan və 3.8% ilə Türkiyə yer almaqdadır.

Trombun əlacları arasında badımcan xüsusi olaraq göstərilir.

Xolestrolu düşürən badımcan həm də qan azlığından əziyyət çəkənlər üçün faydalı bitki  sayılır. Çeşidli şəkildə yeməklər hazırlanan badımcanı yay mövsümünün gəlişi ilə mütləq qəbul etdiyimiz qidaların siyahısına salmaq bizim üçün faydalı olacaqdır.

Qurman.Az saytında yer alan badımcanla quyruq kababını manqal sevənlər üçün təqdim edirik.

Evlenirik.Biz Mətbuat Xidməti

Çay sevənlərin nəzərinə
Azəbaycanlı olaraq hamımız çayı çox sevirik. Çox insanlar üçün bu susuzluq ehtiyacını qarşılamaq üçün bir tələb olsa da, bir çoxları üçün qarşılaşmada hörmət əlaməti olaraq da servis edilir. Nəticədə çay, Azərbaycan mədəniyyətində çox özəl yerə hakimdir.

Evlenirik.Biz, qarşıdan gələn yay fəsilində çay içilmə nisbətinin yüksəlməsini nəzərə alaraq, dəyərli oxucularına çayın içilmə qaydasını izah etməyi özünə vəzifə sayır.

Təzə və gözəl dəmlənmiş çaydan imtina edilməz amma yenə də çay içərkən çox vacib məqamlara diqqət edilməsi gərəkir. Çünki yeməkdən sonra içilən çay zövq versə də sağlamlıq üçün zərərlidir. Əlbəttə bu çayın kimyəvi tərkibi və hətta isti olması ilə əlaqəlidir.

Hər zaman evdə, işdə, bir qonaqlıqda bu vərdişimiz təkrarlanır. Yeməkdən dərhal sonra təzə dəmlənmiş çay servisi əslində xoş təəssurat bağışlasa da zərəri daha çoxdur. Məsələn yemək əsnasında tərkibində dəmir olan qida qəbul edilibsə, yeməkdən dərhal sonra içilən çay dəmirin orqanizm tərəfindən mənimsənməsinə mane olur.

Tərkibində yüksək miqdarda dəmir olan qırmızı ətdən hazırlanmış bir yemək yemisinizsə, yeməkdən sonra içəcəyiniz çay yediyiniz yeməkdəki dəmirdən vücüdunuz faydalana bilməyəcək. Qəhvə üçün də nəticə eynidir.

Odur ki, sağlamlığınızın keşiyində olmaq üçün, bu növ yeməklər yediyinizdə ən az yeməkdən sonra 1 saata qədər səbr edib gözləməyiniz kifayətdir. Qan azlığı olanlar, xüsusilə bu vaxta riayət etməlidirlər. Həkimlər anemiya xəstəliyi olanlara yeməkdən təqribən iki saat sonra çay içməyi məsləhət görürlər.

Ayrıca çayı açıq içmək, zövqə görə də limonla içmək C vitamini qəbul etməyiniz üçün faydalıdır. Bütün bunlardan əlavə çayın isti içilməməsi qırtlaq və bağırsaq yolunda yanıqlar yaradmasına səbəb ola bilər və bu da öz növbəsində xərçəng riski yaradır.

Evlenirik.Biz Mətbuat Xidməti

6 tonluq paxlava
Gəncədə 90 kv.m-lik 6 ton ağırlığında paxlava hazırlanır!

Paxlava martın 19-da kəsiləcək.

Hər il olduğu kimi, bu il də Gəncədə Novruz bayramı münasibəti ilə nəhəng paxlava hazırlanır. Gəncə şəhər İcra Hakimiyyətindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, paxlavanın uzunluğu 15 metr, eni 6 metr, çəkisi isə 6 ton olacaq.

Martın 19-da səhər saatlarında Heydər Əliyev adına meydanda Novruz bayramı şənlikləri keçiriləcək, nəhəng paxlava kəsiləcək. Bayram şənliklərində minlərlə insanın iştirakı gözlənilir.

Evlenirik.Biz Mətbuat Xidməti

Qurmanlar Sosyallaşır ;)
Yeni start alan qardaş layihəmiz barəsində Weboxu saytında yayımlanan məqaləni sizlərlə bölüşürük.

Sözə başlarkən bir neçə gün əvvəl qoşulduğum Buzz ağlıma gəldi… Elə bu saytdakı bloqlarda da bu baradə bir xeyli bəhs edilir. Google Dünyanın İT nəhənglərindən olduğu halda rəğbət göstərdiyi sosial şəbəkələr sırasına Azərbaycan üçün yeni platformda bir sosial şəbəkə sisteminə biz də öz tövhəmizi vermək qərarına gəldik. Bu təqribən 2-3 ay əvvəldən başlayan bir layihə olsa da testləşdirmək bir neçə gün əvvəlinə qismət oldu.

Təqribən 2 həftəyə yaxındır açılan Qurman.Az yemək reseptləri portalına interaktiv dəstək məqsədilə yeni bir platform əlavə etdik. Sizi işin məğzi ilə yaxından tanış etmək istərdim.

Qurman.az Azərbaycanda ilk dəfə peşəkar yemək ustalarının və yemək hazırlanma qaydalarının yer aldığı müstəqil saytdır və qurman.az, qurman.net, qurman.org, qurman.biz, qurman.info, qurman.co.cc ünvanlarında fəaliyyət göstərməkdədir.

Hal hazırda isə Qurman.Com interaktiv qurmanların bir araya gəldiyi platform olaraq fəaliyyətə başlamışdır. Bundan əlavə social və sosial sub domenləri ilə .az, .com, .net, .org, .biz, .info qurman domenlərindən istənilən biri ilə avtomatik sosial şəbəkəyə qoşulma imkanı var. Məs: sosial.qurman.az, social.qurman.biz olaraq qoşula biləcəklər.

Niyə Sosial Qurman?

Hər gün hər birimiz bir səbəblə bir yerlərdə yemək yeyirik… Belə ki, dostlarımızla, tanışlarımızla ya da sevdiklərimizlə hər hansı bir məqsəd üçün bir yerlərdə yemək yemək istərkən ağlımıza gələn ilk sual: «Hara gedim?» ya da «Hansı restorana dəvət edim?» olur.

Əlbəttə bu sualların altında bir çox faktorlar var. Məsələn, gedəcəyiniz restoranın ekonomik olması, yeməklərinin sağlıqlı,təmiz və ləzzətli olması, restoranda siqaret çəkilməməsi, yüksək səs küydən uzaq olması, xidmətlərinin gözəl olması və s. Qısaca ifadə etmək gərəkirsə bilirik ki, nə yemək üçün hara getmək daha məsləhətlidir. Zövqümüzə uyğun harda nə yeməklər bişirilir. Bütün bu təcrübələrimizi, iradlarımızı, təkliflərimizi və fikirlərimizi bölüşəcəyimiz yeni portalımız Qurman.Com -a hamınız dəvətlisiniz!

Limon şərbəti
Yayın istisində sərinlənə biləcəyiniz gözəl bir şərbətin hazırlanma üsulunu təqdim edirəm.

Ehtiyaclar:

1 Limon

2 L qaynar su

Şəkər

Bir az zəfəran

Hazırlanması:

Limonu qabığından ayırıb xırda doğrayın,bir qaba qoyub üzərinə qaynar su tökün. Amma yoxlayın limon acı olmasın Sonra şəkəri qatın(Şəkəri qatdıqda dadına baxın.). Dəsmalla üzərini örtüb 8-10dəq.saxlayın.

Fincana bir qədər zəfəran töküb üzərinə qaynar su əlavə edin, nəlbəki ilə üstünü örtün (ətiri qaçmamaq üçün).Səhər qarışığı qarışdırıb süzün.  ( limon xırdaları içində olmalıdır).Zəfəran şirəsini əlavə edin.

Daha sonra isə soyuducuya qoyun.  Süfrəyə şərbət buz parçası və limonla verilir.

Firni
Ehtiyaclar:

Süd 1 st (200 ml),

Düyü unu 2,5 xörək qaşığı (40-45q),

Şəkər 1,5 xörək qaşığı,

Yağ,

Darçın

Bir az duz.

Hazırlanması:

Südü, şəkəri, duzu və düyü ununu yaxşı qarışdırıb, yanan qazın üstündə bəkiyənədək daima qarışdırmaq lazımdır. Firnini boşqaba töküb üzərinə yağ töküb, darçınla bəzəmək lazımdır. Firni isti-isti yeyilir.

Nuş olsun!

Hotdog-un hazırlanması
Operativ və ləzzətli (fast food) dadı ilə məşhur olan Hotdog-un ev şəraitində hazırlanma qaydasını sizlərlə bölüşürəm.

Lazım olanlar:

1 bulka,

10 q sosiska,

1 parça kahı,

50 q mayonez,

Ketçup,

1 ədəd duzlu xiyar,

Duz, istiot

Hazırlanma qaydası:

Əvvəlcə sosiskanı bişirmək lazımdır. Sonra bulkanı ortasından kəsib, sosiska ilə birlikdə içinə mayonez, ketçup sürtmək və üstünə kahı, sosiska, duzlu xiyar əlavə etmək lazımdır.

Nuş olsun!

Lahmacunu evdə bişirin
Əziz yemək bişirmə həvəskarları, Sizə Türk mətbəxindən bir çoxumuzun sevərək yediyi lahmacunun hazırlanma qaydasını anlatacağam.

Xəmiri üçün.

1 kq un,

1 paket yaş maya,

1desert qaşığı şəkər tozu,

1/2 çay stəkanı duru yağ,

Duz

Xəmirin yoğurulması  üçün ehtiyac qədər su

İçi üçün.

½ kq dana qiyməsi,

½ dəstə cəfəri,

4 ədəd pomidor,

7 ədəd soğan,

1 xörək qaşığı qırmızı istiot

3 q duru yağ

3 qaşıq tomat pastası

Hazırlanma Qaydası:

Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Daha sonra xəmiri yarım saat acımağa qoyun.  Sonra içi hazırlayın. ½ kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə qarışdırın. Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra sobada (və ya kürədə) bişirin. Süfrəyə ayran və zövqə görə cəfəri, incə dilimlənmiş soğan, limon, pul bibər ilə təqdim etməyi unutmayın.

Nuş olsun!

Kısır yeməyi
Bu gün sizlərə kürd mətbəxindən olan Kısırın hazırlanma qaydasını təqdim edirəm…

Ərzaqlar:

Bulqur (yarma) – incə küftəlik.

Yağ

Qırmızı kələm

Xiyar

Pomidor

Cəfəri

Göy soğan

Kahı

Kök

Limon

Duz

Pomidor və bibər pastaları (tomatları)

Hazırlanma qaydasından öncə qeyd edim ki, bulqur türk mətbəxində çox istifadə olunur. Azərbaycanda da bulquru böyük marketlərdən əldə edə bilərsiniz.

Kısırı kürdlər çay süfrəsinə təqdim edirlər. Lakin, düşünürəm ki, azəri xalqı hər zaman çay süfrəsində şirniyyatlara daha çox üstünlük verdiyindən, kısırı çayla birgə təsəvvür etməyənlər də ola bilər. Bunun üçün qeyd edim ki, kısırın yanında çay əvəzinə ayran daha gözəl olar.

Hazırlanma qaydası: 2st bulquru dərin bir qaba qoyub üzərinə duz əlavə edin. (Onu da qeyd edim ki, 2 st bulqur 3-4 nəfərə kifayət edər və çox doyumludur.) Sonra bulqurun üzərinə çox az miqdarda çıxacaq qədər qaynar su tökün. Qabı kip qapaqla bağlayıb, bulqurun suyu tamamilə özünə çəkməsini və şişməsini gözləmək lazımdır. Təxminən 15dəq.

Həmin vaxt ərzində isə tərəvəzləri xırda-xırda doğramaq lazımdır. Zövqdən asılı olaraq pomidoru doğramaya bilərsiniz, çünkü sululuğu artırır. Hətta,kahını da doğramaya bilərsiniz. Çünkü  bir müddət qaldıqdan sonra solub, büzüşməsinin şahidi olacaqsınız. Kısırı hazır etdikdən sonra kahının arasına qoyub yemək daha ləzzətlidir..

Bulqurlar suyu tam özünə çəkdisə, üzərinə yağ əlavə edin (gəzdirin). Daha sonra pomidor və bibər pastalarını əlavə edib, əlinizlə yaxşıca qarışdırın. Ədviyyatlardan azacıq istiot və pul bibər əlavə edə bilərsiniz.

Hazırlarkən dadına baxın, əgər damaq zövqünüzə uyğundursa, o zaman doğradığınız tərəvəzləri əlavə edin və qarışdırın. Üzərinə bol limon suyu sıxıb, yanına marinada qoyulmuş kələmlə və ya xiyarla dadına doymayacaqsınız   Kısır artıq hazırdır. Yanında ayran təqdim etməyi də unutmayın..

Nuş olsun!