Evlenirik.BIZ Daima Sizinlə » idman

Ağır atletika üzrə Azərbaycan çempionatı
Ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Bu barədə “anspress.com”dan aldığımız məlumatları nəzərinizə çatdırırıq.

İkinci yarış günü ağırlıq qaldıranlar 4 çəki dərəcəsində bacarığını nümayiş etdirir. Çəkisi 105 kiloqrama qədər olan atletlərin yarışında son Avropa çempionatının gümüş mükafatçısı Rövşən Fətullayev də mübarizə aparır.

Yığma komandamızın digər üzvləri İntiqam Zairovla Nizami Paşayev müvafiq olaraq 94 və ağırlığı 105 kiloqramdan artıq olan idmançılar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq.

Qeyd edək ki, budəfəki ölkə çempionatında Bakı idmançıları ilə yanaşı 8 rayonu təmsil edən 80-dən artıq iştirakçı qələbəyə iddialıdır.

Evlenirik.Biz Mətbuat Xidməti

Armudabənzər vücudunuzu necə mükəmməlləşdirə bilərsiniz?
Tanışlarınızı arıqladan diyetlər sizə təsir göstərmirsə, öz vücudunuza uyğun tərz tapmağınız gərəklidir.

Armudabənzər vücud növlərində kilonun çox hissəsi bud nayihəsində toplanmışdır. Bu halda bel və qarın nayihəsi dar olur. Təbii olaraq da bu halda çiyin hissəsi də bud nayihəsindən daha dar olur. Evlenirik.Biz oxucularına çox faydalı məlumatları təqdim edir.

İdman planı:

Qadınlar genetik olaraq yağı, bud və ayaqların ön tərəfinə toplamağa meyillidirlər. Bu səbəbdən bu bölgələrdəki yağlardan qurtulmaq bir xeyli çətindiur və bunun üçün qətiyyətli olmaq şərtdir.

Armudabənzər vücuda sahib olanlar velosipedə çox minməkdən uzaq qalmalıdırlar. Çünkü bu idmanla vücudun alt hissəsində əzələ əmələ gəlməsinə kömək edir. Bu vəziyyətdə qaçış ən uyğun idmandır. Sadə plates hərəkətlər, özəlliklə də yana uzanaraq edilən ayaq idmanı ayaq əzələlərini uzadacağı üçün çox faydalıdır.

Armudabənzər vücuda sahib olanların çiyinləri adətən dar və əyri görünür. Duruşunuzu düzəltmək və çiyinləri açmaq üçü yoqa hərəkətlərindən faydalana bilərsiniz. Beləcə çiyin nayihəniz genişləyəcək və bud nayihənizlə nisbətində anormal görünüş aradan qalxacaqdır.

Çiyin nayihənizi jim edərək, müəyyən ağırlıq alətləri ilə əzələlərinizi inkişaf edərək daha tez inkişaf etdirə bilərsiniz.

Bu növ xanımlar daha çox idman hərəkətləri etməlidirlər. Buna görə “dincələrək” idman eləmək daha yaxşı yoldur. Məsələn 5 km. sürətlə iki dəqiqə qaçın və ardından iki dəqiqə yeriyin  (Normal nəfəs alacağınız sürətlə yeriyin). Bu qaçış və yerimə hərəkətini 20 dəqiqə davam etdirin. Beləcə həm sürətli həm yavaş hərəkət edən əzələləriniz daha sürətli yağ yandıracaq və nəticələri daha tez görəcəksiniz.

Nələrdən Uzaqlaşmalı?

Əsla əl çəkməyin! Armudabənzər vücuda sahib olanlar idmana başlarkən ilk zaman yağlar vücudun üst hissəsindən əriməyə başlayır. Bu sizi aldatmasın. İstədiyiniz bölgədəki yağları əritmək bir az vaxt tələb edəcəkdir. Siz də bu vaxt ərzində səbrli olmalısınız.

Qidalanma planı

Bu növ şikayəti olan xanımlar üçün ideal diyet, balıqdır. Kırmızı ət və doymuş yağlardan fərqli olaraq, balıqların omeqa tuşulu yağları vücudda toplanmaz və tam tərsinə istifadə olunur.

Qida qəbulunuzu tamamilə dəyişmənizə ehtiyac yoxdur. Sadəcə kiçik şeylərə diqqət yetirməniz gərəklidir. Məsələn tam yağlı krem pendir yerinə az yağlısını seçin. Yağlı ətlər yerinə yağsız közdə bişirilmiş ət yeyin.  Salat souslarınızı özünüz sirkə, limon, zeytun yağından hazırlaya bilərsiniz, duzlu yeməklərdən uzaqlaşa bilərsiniz.

Nələr içməməli?

Kafein sizin üçün fəlakəttir. Çünkü bir başa bud nayihəsində yağlar toplanır və selülitə də meydana gəlir. Bunun yerinə yaşıl çay içə bilərsiniz. Beləcə metopolizmanın daha sürətli işləməsinə köməkçi olarsınız.

Evlenirik.Biz Mətbuat Xidməti

İdman üçün pulunuz yoxdursa, üzülməyin!
İdman üçün pulunuz yoxdursa, üzülməyin!

Evdə özünüz də edə biləcəyiniz məşqlərlə artıq çəkidən xilas ola bilərsiniz.

Evlenirik.Biz Sizlərə artıq çəkidən qurtulmağa köməkçi olacaq evdə özünüz edə biləcəyiniz məşqləri təqdim edir.

Qarın məşqi: Hər kəs bu məşqin necə edildiyini bilir. Qarın məşqi, qarın bölgənizdəki əzələləri inkişaf etdirməyə və qüvvətləndirməyə köməkçi olacaqdır. Bunun üçün arxası üstü yerə uzanaraq, ayaqlarınızı düz olaraq açın. Əllərinizi başınızın arxasına qoyun və çiyinlərinizi yerdən uzaqlaşana qədər qalxmağa çalışın. Bir iki saniyə bu şəkildə qalın və təkrar uzandığınız vəziyyətə qayıdın. Bu zaman özünüzü tam buraxmayın və əllərinizi əsla başınızdan çəkməyin. Bu, boynunuzu incidə bilər. Eyni prosesi tam uzanaraq ayaqlarınızı birləşdirib yerden 20-25 sm yuxarı qaldıraraq da edə bilərsiniz. Bu da qarın əzələlərinizin dartılmasına gətirib çıxaracaq.

Oturub durmaq məşqi: Bu ilk baxışdan çox asan səslənsə də, bir o qədər də faydalıdır. Siz bu zaman dik durub ayaqlarınızı yaxınlaşdırırsınız və əllərinizi belinizə qoyaraq oturub-durursunuz. Bu zaman onurğa sütununuzun dik olmasına diqqət yetirmək üçün bu hərəkəti güzgü qarşısında etməyiniz və bir az daha əzələlərinizi gərginləşdirməyiniz üçün dabanlarınıza 2-3 sm qalınlığında bir cism (evdə məsələn başmaqları) qoymanız məsləhətdir. Beləcə dikdabanlı ayaqqabı geyinmiş kimi əzələniz gərgin olacaq və eyni zamanda heç nə geyinmədiyiniz üçün daha sərbəst olacaqsınız.

Bu hərəkəti edərkən, hər səfərində 10-15 dəfə oturub-durmaqla 1-2 dəqiqəyə qədər dincəlib 3 dəfə təkrarlamağınız məsləhətdir.

Piyada gəzmək: Ən sadə üsullardan biri də piyada gəzməkdir. Bu, hər hansı bir avadanlıq tələb etmir və istədiyiniz hər yerdə rahatlıqla edə bilərsiniz. Piyada gəzmək ürəyiniz üçün fayda verməklə yanaşı ayaqlarınızı da qüvvətləndirməyə də köməkçi olacaqdır. Gəzərkən telefon ya da playerinizdən də musiqi dinləmək sizə xususi zövq verəcəkdir. Ancaq bu zaman bir az daha sürətli yeriyiş faydalı olacaqdır.

Piyada gəzərkən üzü yoxuşa doğru yerimək,  evinizə gedərkən üst mərtəbədə yaşayırsınızsa liftdən istifadə etməmək də çox faydalı olacaqdır. Oturaq iş həyatınız varsa mütləq pilləkənlərdən istifadə etməyə çalışın.

Evlenirik.Biz Mətbuat Xidməti

3 saniyəyə ermənini məğlub etdi
Rusiyanın paytaxtı Moskva şəhərində qarışıq təknövçülük üzrə Şərqi Avropa çempionatı keçirilir.

AzerTAC-ın verdiyi xəbər görə, mübarizənin ikinci mərhələsinin 84 kq çəki dərəcəsində yarışlarında Azərbaycan idmançısı Şəhriyar Abbasov və “Anapa” komandasını təmsil edən İşhan Zakaryan qarşılaşıblar.

Moskvada keçirdiyi mixfight M-1 kateqoriyasında görüş Şəhriyar Abbasovun debütü olub. Görüşün əsasən parterdə keçən birinci raundunda rəqiblərdən heç biri təsirli fənd işlədə bilməyiblər. İkinci raundda isə idmançımız rəqibini 3,31 saniyəyə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, Şəhriyar Abbasov cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Cüdo və sambo üzrə Azərbaycan çempionu, pankration üzrə Avropa çempionatın finalçısı (2007), açıq Asiya çempionatının qalibi, dünya çempionudur (2008). Keçirdiyi 22 görüşdən yalnız birində məğlub olub.

Evlenirik.Biz Mətbuat Xidməti

İdmanla məşğul olanlar necə qidanlanmalı?
Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur. Bəzi qidaların çoxluğu və ya əskikliyi bizim fiziki performansımızda, inkişafımızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır. Lent.az “internethaber.com” saytına istinadən idmanla məşğul olan zaman qidalanmada nələrə diqqət yetirmək lazım olduğunu yazır.

Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz.

Xəmir, düyü, çörək, kartof, manna yarması ağır qidalardır və qlüsit qaynaqlarıdır. Əgər qlikojen yığımı kafi olmazsa, orqanizm ehtiyac duyduğu enerjini amino asitdən (yəni zülaldan) və yağlardan almağa başlar. Beləcə həm əzələ inkişafınız, həm idman performansınız geriləməyə başlar.

Süd məhsulları kalsium və zülalla zəngindir və təməl sümüklərimizin möhkəmləşməsinə köməkçi olar. Süd məhsullarından mütləq daim istifadə olunması məsləhətdir. Yağ qəbulunu minimuma endirmək üçün ümumiyyətlə yağsız süd və qatığa üstünlük vermək tövsiyə olunur. Krem və qaymaqlı məhsullar kalsium baxımından zəif, kalori baxımından zəngin olduqları üçün çox istifadə edilməməlidir.

Meyvə və tərəvəzlər lif, vitamin, mineral “anbarıdır”. Tərkibindəki şəkər, yəni fruktoz, qaraciyərdə qlikojen yığılmasına köməkçi olar.

Qandakı dəmir çatışmazlığı qırmızı qan hüceyrələrinin oksigeni daşıya bilməməsinə və dolayısıyla yorğunluq, halsızlıq və gücsüzlük yaranmasına gətirib çıxarar. Bir çox qidanın içində olan dəmiri iki kateqoriyada izah edə bilərik. Birincisi mərcimək, göy noxud, taxıl və yumurtada olan, amma təxminən 5 faiz miqdarında olan, ikincisi isə ət və balıqda olan və dəmiri 25 faiz nisbətində saxlayan qidalar. Eyni zamanda C vitamini kimi bəzi vitaminlər də qırmızı qan hüceyrələri üçün çalışar və anemiyaya qarşı yaxşı gəlir.

İdman edərkən su və mineral itiririk. Bu səbəbdən idmanla məşğul olanların su içməsi bədənin su nisbətini qoruya bilməsi baxımından çox əhəmiyyətlidir. İdman edənlərin susamadıqları zaman belə iş əsnasında, hətta gün boyu su içməsi vacibdir. İdman edərkən susamaq etdiyiniz idmanın performansını da sala bilər.

Ümumiyyətlə mütəxəssislər idmandan tam 3 saat əvvəl həzmə asan gedən, yüngül yeməklərlə bəslənməyi təklif edirlər. İdmanı bitirdikdən təxminən 2 saat sonra isə əzələləriniz qidaya ehtiyac duyar. Mütəxəssislər idmandan təxminən 2 saat sonra qoz, qatıq kimi yağsız zülal və ya meyvə yeyərək sağlam bir şəkildə tox qala biləcəyinizi deyir.

Evlenirik.Biz Mətbuat Xidməti

Dünyanın ən uzun basket atışı
Dünyanın ən uzun basket atışı ABŞ-da bir universitet tələbəsi tərəfindən atıldı.

Hal-hazırda dünyada ən çox izlənmə rekordu qıran video görüntünü sizə təqdim edirik.

Bu qeyri-adi bacarığı olan gənc videonu izləyən hər kəsi heyrətə salır.

Biz də görüntüləri dəfələrlə izləyərək, bu bacarığı və səlisliyi nümayiş etdirən gəncin məharətini sizlərlə bölüşmək qərarına gəldik.

Şərhlərinizi bildirməyi isə unutmayın..

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="425" height="344" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowScriptAccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/ZDNJxodKrZY&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=ru&feature=player_embedded&fs=1" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="425" height="344" src="http://www.youtube.com/v/ZDNJxodKrZY&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=ru&feature=player_embedded&fs=1" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

Azərbaycan marafonda qızıl medal qazandı
Türkiyənin İstanbul şəhərində qitələrarası Avro-Asiya marafonu keçirilib.

31-ci dəfə təşkil olunan yarışda Azərbaycanı 5 atlet təmsil edib.

Komandamız marafonu 1 qızıl medalla başa vurub. Qadınların mübarizəsində 15 km məsafəni 50 dəqiqə 56 saniyəyə qət edən Mare İbrahimova 1-ci yeri tutub. Efiopiya əsilli atletimiz qələbəsi müqabilində 4000 dollar mükafata da sahib olub.

Digər atletlərimiz Layeş Abdullayev, Tilahun Əliyev, Hayle İbrahimov və Gezaşin Səfərova isə mükafatçılar sırasına düşə bilməyiblər.

lent.az

Müğənni Bagira: “Yaxşı pul buraxan olsa…” – MÜSAHİBƏ
“Çəkdirdiyim şəkillərdən evdəkilərin xəbəri yoxdur”

Azərbaycan şou-biznesinin qalmaqallı nümayəndələrindən olan müğənni Bagira apasport.az saytına müsahibə verib.

- Dostlarınız arasında idmançılar var?

- Əlbəttə var! Hüseyn Məhəmmədovla yaxın dostam. Yaşca məndən böyük olsa da, xasiyyətimiz tutur.

- Harada tanış olmusunuz?

- Bu, çoxdan olub. Dəqiq xatırlamıram. Bir ara yoxa çıxmışdı, sonra yenə telefon nömrəsini tapdım.

- Aranızda ancaq dostluq münasibəti var?

- Hüseyn məndən 10 yaş böyükdür. Onu “müəllim” çağırıram. Xətrimi istəməsəydi, bu gün də münasibət saxlamazdım.

- Futbolçuların əksəriyyəti xəsis olur…

- Hə, orası düzdür. Pul xərcləməyə əlləri gəlmir. İmkanım olmayanda bəzən Hüseyn borc verir. Heç sonra geri də istəmir. Hüseyn belə oğlandır da.

- Qorxmursan ki, birdən evlərində bunu bilərlər?

- Biz neyləyirik ki?! Hüseynin ailəsi, uşaqları var. Mən bunların hamısını bilirəm. Vaxt olanda görüşürük, söhbətləşirik. Vəssalam!

- Futbolçulardan başqa kimisə tanımırsınız?

- Elələri var ki, üz vermək olmaz. Zəng edən çoxdur, tanımadığım nömrə olanda götürmürəm. Bəzilərini üzdən tanıyıram, restoranlarda görmüşəm. Biri də var, deyəsən, “Xəzər-Lənkəran”da oynayır… Braziliyalıdır. Üzügülər, buruq-buruq saçlı oğlandır.

- Juninyo?

- Adını bilmirəm. Restoranda gördü məni, oturub söhbət elədik.

- Niyə stadionlara gəlmirsiniz?

- Çağırsınlar da! Hüseynə demişəm ki, oyundan əvvəl xəbər ver, gəlib oxuyum. O da buna fikir vermir. Axırıncı dəfə nə vaxt stadiona getmişəm, yadımdan çıxıb. “Neftçi” oynayırdı, bir az baxdım, sonra getdim. Futbola həvəsim var. Özüm aerobikaya getmişəm. İstəyirəm ki, bədənim gözəl olsun. İdman etməkdən qalmıram. Hər səhər məşq edirəm. İdman məni formada saxlayır. Orta məktəbdən beləyəm, özümə baxıram. İki qardaşım var, onlar da idmançıdır. Hər ikisi karateçi olub.

- Bəs indi?

- İkisi də başqa işdə çalışır.

- Çəkdirdiyin şəkillərdən xəbərləri var?

- Evdə bilmirlər. Anam xəstədir, ona deməyə qorxuram. Sonra fikir edər. Şəkillərim ancaq internetdədir. Ona da bizimkilər açıb baxmır. Mən də demirəm.

- Seçim imkanı olsaydı, hansı futbolçuya “hə” deyərdin?

- Kriştianu Ronaldoya! “Mançester Yunayted”də oynayan portuqaliyalı üçün lap ölürəm. Gülər üzü, maraqlı baxışları var. Yerişi çox xoşuma gələr. Tanış olmaq istəsəydi, fikirləşmədən razılaşardım.

- Evlənmək təklif eləsə, necə?

- Qaça-qaça gedərdim (gülür). Qaraşın idmançılardan xoşum gəlir. Şirin olurlar.

- Amma saçlarınız sarı rəngdədir…

- Bu da yeni imicimdir. Mənə belə də yaraşır. Türkiyədə də bunu görüb, bəyəndilər.

- Nə mənada?

- İstanbulda futbolçuların əlindən telefonum susmurdu. Birinə cavab verib qurtarmamış, o biri zəng vururdu. Bezdirdilər məni.

- Nə istəyirdilər?

- Deyirdilər ki, gəl tanış olaq, dost olaq. Restorana şam yeməyinə dəvət edirdilər.

- Getmədin?

- Vaxtım yox idi, öz işimi güclə çatdırırdım.

- Həmin futbolçuların adlarını xatırlamırsan?

- Demişdilər, yadımdan çıxıb.

- Futbol haqda klip çəkdirmək istəmirsiniz?

- Yeri var. Mən tez-tez klip çəkdirmirəm. Gərək səviyyəli olsun hər şey. Yaxşı pul buraxan olsun, mən də klip çəkdirim. Axır vaxtlar vəziyyətim onsuz da aşağıdır. Neçə vaxtdır öz başımı güclə dolandırıram.

APA

Tanınmış futbolçu:“Bagiranı heç vaxt yaxına buraxmaram”-MÜSAHİBƏ
Evlenirik.BIZ Azərbaycanın ən titullu qapıçısı, Bakının “Standard” klubunun kapitanı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsiniixtisarla təqdim edir.

- Bildiyimizə görə, dostlarınız arasında qeyri-futbol adamları, konkret olaraq, müğənnilər də var…

- Doğrudur. Tək bir müğənni yox, çoxdur.

- Onlar kimdir ki?

- Adlarını açıqlamaq istəməzdim. Deyə bilərəm ki, onlarla səmimi dostuq.

- Hər halda, onlardan birinin müğənni Bagira olduğunu bilirik. O, saytımıza müsahibəsində sizi tərifləyib, xoş sözlər deyib…

- Olan şeyləri söyləyib də…. Hər bir futbolçu belə olmalıdır. İnsanın ilk növbədə gözü tox, qabiliyyətli, diqqətli olmalıdır. Futbolçu öz hərəkəti, davranışı ilə seçilməlidir. Jurnalistlərlə də dostluq etmək olar. Şəxsən sizə, həmkarlarınıza böyük hörmətim var. Heç kəs deyə bilməz ki, Hüseyn Məhəmmədov mətbuat işçilərinə qarşı pis hərəkət edib. Hərdən jurnal da oxuyuram. Görürəm ki, dünyanın tanınmış futbolçuları maneken və müğənnilərlə dostluq edirlər. Bu, insana heç bir zərər gətirməz. Əksinə, normal haldır. Fikrimcə, tanınmış futbolçu belə də olmalıdır.

- Hətta bəzi müğənnilər məşhur futbolçularla yaxından tanış olmağı, dostluq etməyi özləri üçün şərəf bilirlər…

- Elə də olmalıdır. Niyə başqa ölkələrdə olur, amma azərbaycanlı futbolçular üçün yox? İstərdim ki, futbolçularımız dünyada tanınmış həmkarları səviyyəsində olsunlar. O dərəcədə sevilsinlər, xeyli fanatları olsun.

- Bagira ilə ailəvi dostluq edirsiniz?

- Yox. Sadəcə, dostuq da. Bu, yalnız belədir.

- Bəs xoşagəlməz söz-söhbətlərin yaranmasından çəkinmirsiniz?

- Əsas odur ki, məsafəni saxlayasan. Qadınla dost olmaq o demək deyil ki, xoşagəlməz şeylər, fikirlər yaransın.

- Belə çıxır ki, Bagira ilə münasibətləriniz yaxın deyil?

- Bundan söhbət gedə bilməz. Münasibətlərimiz ancaq “salam, sağ ol” səviyyəsindədir.

- Maraqlıdır, onunla tanışlığınız necə yaranıb?

- Məclislərin birində tanış olmuşuq.

- Dostluq etdiyiniz müğənnilərin yaradıcılığınızı izləyirsinizmi?

- Pis çıxmasın, buna marağım da olmayıb. Heç bir müğənninin fanatı olmamışam. Düzdür, gözəl müğənnilərimiz və əla ifaları var. Bunun söhbəti yox. Amma musiqi ilə dərindən maraqlanmamışam.

- Bagira ilə tez-tez görüşürsünüz?

- Ayda, ildə bir dəfə. İmkan düşəndə bir yerdə oluruq. Amma yenə də deyirəm ki, özüm heç vaxt onu yaxına buraxmaram.

APA

Azərbaycan milli komandasının sabiq futbolçusu borc içindədir!
“Karvan” rəhbərliyi bizi komandadan çıxardığı üçün istənilən səbəb göstərə bilər. Ancaq əslində hər şeyin kökündə pul durur. “Karvan”da maliyyə problemi var və çoxdan, hələ ötən ilin dekabrından maaş almırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubundan kənarlaşdırılan Ruslan Qafitullin deyib.

30 yaşlı müdafiəçi bildirib ki, klub rəsmiləri onlara yaxşı münasibət göstərməyiblər: “Pulumuzu vermədilər, bizə uzun müddət borclu oldular, sonda da günahkar biz çıxdıq. Əlbəttə, bu, ədalətsiz qərardır. Futbolçuya pulunu verəndən sonra o, sevimli işini niyə görməsin ki!? Hansı futbolçu pulunu vaxtı-vaxtında alandan sonra oynamaz? Çox acınacaqlı vəziyyətə düşdük və mövsümü başa vurmağı düşünürdük. Ancaq bizi sona 5 tur qalmış komandadan kənarlaşdırdılar. Özü də mənimlə Vitali Kovalyovu cari mövsümün gedişində artıq ikinci dəfə haqsız yerə çıxarırlar”.

Ruslan Qafitullinlə yanaşı, “Karvan”dan qovulan qapıçı Vitali Kovalyov və kapitan Kamal Quliyev də son turda səfərdə “Turan”a böyük hesablı məğlubiyyətin (0:4) əsas günahkarları sayılıblar. Amma Qafitullin adlarına ləkə gətirilməsinə qarşı çıxır: “Qərarlarını “Turan”la görüşdə zəif çıxış etməyimizlə əsaslandırırlar. Bunu qəbul edirəm. Bəli, həmin matçda zəif oynamağımızla razıyam. Ancaq bunun səbəbin nə olduğunu deyən yoxdur. Axı biz futbolçular tək deyilik. Bizim ailəmiz var. Maddi amillərlə bağlı olan məsələlər var. Sənin pulunu verməsələr, bunu necə ödəyə bilərsən? Axı insanı həmişə aldatmaq olmaz. Biz də neçə vaxtdır dözürdük, sonda da belə aqibətlə üzləşdik. Belə vəziyyətdə səni zəif oyunda günahlandırmaq, yaxud adını futboldan kənar şeylərdə hallandırmaq doğru deyil”.

Qafitullin pul almadıqları dövrdə dolanışığının ağır olduğunu, hətta borc aldığını gizlətməyib: “Komanda yoldaşlarımı deyə bilmərəm, amma borcum var. Maaşını ala bilməyəndə, borc götürməyə məcbur olursan. Səhvi də həmişə bizdə axtarırlar, günahı yalnız bizdə görürlər. “Karvan”la müqaviləmin başa çatmasını gözləyirəm. Onsuz da indi “transfer pəncərəsi” bağlı olduğundan, başqa kluba keçə bilmərəm. Formamı itirməmək üçün cari mövsümün sonunadək hansısa bir klubda məşq edəcəyəm. Mövsümlərarası fasilədə isə özümə yeni komanda tapacağam”.

Qeyd edək ki, Ruslan Qafitullin də Kamal Quliyev kimi vaxtilə milli komandamızda oynayıb.

APA