Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

“Bütün ölkələrdən 12 xal gözləyirəm”-müsahibə

 tərəfindən  26 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Səfurə Əlizadə: “Azərbaycan mənim təmsilçiliyimlə birinci olmalı və qələbə çalmalıdır”

Azərbaycanı “Eurovision-2010” Mahnı Müsabiqəsində təmsil edən Səfurə Əlizadənin APA-nın Norveçə ezam olunmuş müxbirinə müsahibəsini sizə təqdim edirik.

– Sabah “Eurovision-2010” yarışmasının II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqsan. Yarımfinal öncəsi özünü necə hiss edirsən?

– Özümü çox gözəl hiss edirəm. Hər şey yerindədir və heç bir problem yoxdur. Çox sevinirəm ki, hazırlıq prosesi çox maraqlı və şən keçir. Keçirilən hər bir məşqdə özümü səhnədə çox gözəl hiss edirəm. Hər bir səhnə prosesi və məşq mənim üçün çox maraqlıdır. Səhnə çox gözəl və yüksək səviyyədə hazırlandığı üçün özümü çox rahat və əla hiss edirəm.

– Bilirik ki, “Eurovision” müsabiqəsində iştirak etmək ən böyük arzularından biri idi. Artıq bu yarışmadasan və müsabiqədaxili hər bir prosesin içindəsən. Bu proses əsnasında şahidi olduğun hər hansısa bir durum olubmu ki, xəyallarını alt-üst edib?

– Bəli, uşaqlıqdan bəri arzu etmişəm ki, Vətənimi bir çox xarici müsabiqələrdə təmsil edim və uğur qazanım, Azərbaycanımın adını ucaldım. Üç il bundan öncə Azərbaycan ilk dəfə “Eurovision” müsabiqəsində iştirak edəndə qarşıma məqsəd qoydum ki, bu müsabiqədə mən nə zamansa iştirak edib, öz ölkəmi təmsil etməliyəm. Ümumiyyətlə mən çox güclü insanam, hər zaman qarşıma qoyduğum hər bir məqsədə mütləq çatmalıyam və bu zaman kimi də çatmışam. Başqa cür ola da bilməz.

– Azərbaycanın “Eurovision-2010” müsabiqəsi ilə bağlı milli seçimlərində mübarizə aparanda təmsilçinin məhz sən olacağını əminliklə deyirdin. Çıxışlarında ürəyinin səni heç zaman aldatmadığını belə bəyan etmişdin. İndi isə müsabiqənin qalibi olmaq arzusundasan. Necə bilirsən, ürəyin bu dəfə səni aldatmır?

– İlk dəfə seçim turunda iştirak edəndə milli seçimin yarımfinalında qarşıma məqsəd qoydum ki, əgər təmsilçilik mənə həvalə olunsa, o zaman Azərbaycan mənim təmsilçiliyimlə birinci olmalı və qələbə çalmalıdır. Mən verdiyim sözə əməl etmək istəyirəm və bunun üçün hər bir çətin mübarizəyə hazıram.

– Baxmayaraq ki, artıq uzun müddət keçib və sənin dosyen xarici və yerli televiziya verilişlərində, eləcə də internet səhifələrində təsdiqini tapıb, ancaq bu günün özündə belə çoxsaylı insanlar sənin 17 yaşında olmana şübhə ilə yanaşır. Bu halı sənin səhnədəki sərbəst duruşun və ya səs diapazonunla əlaqəsi ola bilərmi?

– Bəli, bu sualla mənə də bir çoxları müraciət edib və indi də edir. Söhbət əsnasında bildim ki, onların motivləri mənim məhz səhnədəki çıxışım və səs diapozumla əlaqədardır. Çoxları deyir ki, “səhnədəki duruşun və səs diapozun uzun illərdir səhnədə olan birini xatırladır, elə bil ki, uzun illərdir artıq ifaçılıqla məşğulsan”. Bu maraqlı bir faktdır, çünki əgər qısa müddət ərzində yaşımın az olmasına baxmayaraq, tamaşaçılar tərəfindən uzun illərin sənətçisi kimi qəbul olunuramsa, bu, mənim uğurumdur. Hətta bir çoxları mənim özümə deyiblər ki, uzun müddətdir gözlərini mənə zilləyirlər, lakin davranışlarımda, cəmiyyətdə özümü idarə etməyimdə heç bir xoşagəlməz hərəkətin şahidi olmayıblar.

– Artıq bütün ölkə təmsilçiərinin mahnısını dinləmək imkanın olub. Bu mahnılardan hansını dinləyəndə düşünürsən ki, bu ifa və musiqi səni öncələyə bilər?

– Mən bütün mahnıları eşitmişəm. Ancaq kimisə məni öncələyə biləcəyi barədə düşünümürəm. Mənim düşündüyüm ancaq səhnədə yaxşı perfomans nümayiş etdirmək və ölkəmi layiqli təmsil etməkdir. Düşünürəm ki, mən hamı üçün yetəri qədər güclü rəqibəm.

– Müsabiqədə favorit ölkə təmsilçilərindən biri sənsən. Bu səndə özünə inamı atırırmı? Qalibiyyət qazansan nəsə xüsusi istəklərin olacaqmı?

– Müsabiqənin nəticəsi məlum olmamış artıq çoxsaylı insanların favoriti olmaq çox gözəl bir hissdir. İnam hissi özü də insanı qələbəyə aparan yollardan biridir. O demək deyil ki, mən artıq favoritəmsə və çox sevilirəmsə, əlimi-qolumu yanıma qoyub hər şey qazandığımı düşünüm. Əksinə inam hissi insanda məsuliyyəti də artırır. Qaldı ki, qalib olsam, nə isə istəyimin olmasına… Yox, bu barədə düşünümürəm. Hazırda ən çox düşündüyüm qalib olmaqdır. Bu qələbənin üzərindən nələrsə əldə etmək fikrində deyiləm. Sadəcə istəyim müsabiqədə qalib olmaqdır.

– Sən tamamilə qalibiyyətə köklənmiş durumdasan…

– Qalibiyyətə köklənməmişəm, sadəcə bunu istəyirəm. Tez-tez də təkrar edirəm ki, elə belə də olsun. Axı bunun üçün bütün komanda ilə birgə çox əziyyət çəkirik. Qalibiyyət bizə yaraşacaq, buna əminəm.

– Artıq Avropada yetəri qədər tanınırsan, müxtəlif ölkələrdən işbirliyi qurmaq təklifləri gəlirmi?

– Əlbəttə, çox təkliflər gəlir. Bu cür müraciət və təkliflər çoxdur, ancaq bu təkliflərə hələlik çox vaxt ayıra bilmirəm və bununla başqaları məşğul olur. İyunun 17-də İsveçdə albomum işıq üzü görəcək. Bu işbirliyi isə müqavilə əsasında həyata keçiriləcək.

– Adətən bu cür beynəlxalq və məşhur yarışmalarda iştirak edəın sənətçilər, əsasən qələbə qazanandan sonra xasiyyətlərində müəyyən dərəcədə dəyişikliklər olur. Qələbə qazansan bu xasiyyətində nəyisə dəyişəcək?

– Bu sualla mənə “Yeni ulduz” müsabiqəsindən bəri ünvanlyırlar. O zamanlar deyirdilər ki, bu yarışmada qalib gəlsəm və birinci olsam ulduzlaşacaq, özümdən razı olacağam. Sonradan dediklərini özləri də təkzib etdilər, çünki bu, belə olmadı. Deyirdilər ki, “Eurovision” müsabiqəsinin milli seçimlərində təmsilçilik hüququ qazansam, tamamilə dəyişiləcəyəm. Ancaq elə olduğum kimiyəm. Əgər indiyə qədər xasiyyətim dəyişməyibsə, “Eurovision” qalibiyyətinin də xasiyyətimi dəyişəcəyini güman etmirəm.

– Belə fikirlər səslənir ki, Azərbaycan öz qalibiyyətini finalda təsdiqlədib. Bu cür fikirlər əhval-ruhiyyəndə dəyişiklərə səbəb olmur ki?

– Ümumiyyətlə, mən heç zaman əsası olmayan bu xaraklterli fikirlərə və dedi-qodulara fikir vermirəm. Bu cür halların mənim üzərimdə basqı yaratmasına və mənim əhval-riuhiyyəmə mənfi təsir göstərməsinə imkan vermirəm. Bu xarakterli fikirlərin heç bir təsdiqi yoxdur və haqqında düşünüdüyüm yeganə istəyim “Eurovision-2010” səhnəsində Azərbaycanımı layiqli təmsil etməkdir ki, qalibiyyət qazandığım təqdirdə hamı bir ağızdan “bu ifa birinciliyə layiq idi” desin.

– Finala vəsiqə qazandıqdan sonra 12 xalı hansı ölkədən gözləyirsən?

– Əslində bütün ölkələrdən 12 xal gözləyirəm, bunu ürəkdən istəyirəm. Əgər mahnım müsabiqədə favoritdirsə, bu niyə də olmasın? Həl halda bunu tək mən yox, bütün Azərbaycan xalqı istəyir. Mən burada özümü yox, bütün Azərbaycanı təmsil edirəm. Hər bir uğur Azərbaycanın adı ilə bağlıdır.

– Müsabiqə ərəfəsində digər ölkə təmsilçilərindən dostluq əlaqələri qurduğun kimlərsə varmı?

– Çoxları ilə xoş münasibətdəyəm. Bir-birimizə simpatiyamız var və hər dəfə üz-üzə gələndə bir-birimizə uğurlar diləyirik. Türkiyə, Gürcüstan, Almaniya, Ukrayna, Belarus və digər ölkələrin təmsilçiləri ilə müsbət əlaqələrimiz var və ümidvaram ki, bu əlaqələr müsabiqədən sonra da davam edəcək.

– “Telenor Arena”da bütün Avropa xalqı qarşısında çıxışdan bir gün əvvəl Azərbaycan xalqına ürək sözün varmı?

– Sadəcə mənə dəstək olun! Sizin dəstəyinizə ehtiyacım var, çünki sizinlə birgə özümü daha inamlı hiss edirəm. Azərbaycanın qalib olması üçün əlimdən gələni edəcəyimə söz verirəm. Vətənimə qələbə ilə qayıtmaq ən böyük arzumdur…

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.