Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Britaniyada şokoladla işləyən maşın!

 tərəfindən  7 May, 2009 tarixində və Avtodünya bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

MaşınKuzovun sağ və sol tərəfindəki güzgülərdə kartof nişastası istifadə edilib. Oturacaqlar isə soya lobyasındandır.

Benzinə alternativ təbii yanacaqlarla işləyən avtomobillərin ən xoşagəlməz cəhəti onların sürətinin azlığıdır.
Lakin Britaniyadakı Vorvik Universitetindən olan təhqiqatçılar bildiriblər ki, tərəvəzdən, təbii liflərdən və təkrar emal edilmiş materiallardan ötüş maşını düzəltmək olar. Bu maşının yanacağı kimi həm də şokolad qalıqlarından istifadə etmək olar.

BBC-yə istinadən verilən xəbərə görə, “Formula 3” avtomobili kimi hazırlanacaq bu avtomobilin sürəti saatda 200 kilometrə çatmalıdır.

Layihənin arxasında duran dəstə ötüş maşınının hər komponentini nəzərdən keçirib.

Onlar daha davamlı variantın mövcud olub-olmadığını öyrənmək istəyiblər. Dünyanın ilk “Formula 3” maşını bilolji baxmdan parçalana bilən və təkrar istehsal oluna biləcək materiallardan düzəldilib.

Maşının kuzovu təbii və ya təkrar emal olunan liflərdən, ya da şüşələrin təkrar emalı nəticəsində əldə edilən rezindəndir. Kuzovun sağ və sol tərəfindəki güzgülərdə kartof nişastası istifadə edilib. Oturacaqlar isə soya lobyasındandır. Yanacaq əvəzinə isə bioloji dizel yanacağı istifadə edilir.

Layihənin lideri olan Vorvik Universitetinin dəstəsinin başçısı James Meredit deyir:

“Bilolji yanacağı hər bir piydən əldə etmək olar. Bizim istifadə etdiyimiz piy isə şokolad istehsalında istifadə olunur. Bu bərk halda olan kokos yağıdır. Amma əsas istifadə etdiyimiz tərəvəz yerköküdür. yerkökü şirəsi çəkəndən sonra yerdə bərk halda olan qalıq qalır. Bu qalıqdan sellyulyoz lifləri əldə etmək olar. Bu liflərdən isə biz sükan düzəltmişik.”

Son qlobal böhran avtomobil idmanına da təsir edib. Əsas sponsorlar indi geri çəkilirlər və büdcədə ixtisarlar barədə söhbətlər də dolaşır. Amma bu idman növü ətraf mühitə təsirinə görə də tənqidə məruz qalıb.

James Meredit: “Biz həqiqətən də yarışa və rəqabətə dözümlü ola biləcək, eləcə də ətraf mühiyə ziyan vurmayacaq avtomobil istehsal etmək üçün ciddi səylər göstərmişik. İndi bizim avtomobil saatda 135 mil hərəkət edə bilər. Bu isə Formula 3 avtomobili üçün orta sürətdir.”

Beləliklə, bu avtomobil tərəvəz və təkrar emal edilmiş materiallardan düzəldilib. Görəsən, belə olan halda bu avtomobil çürüyə bilərmi?

“Çox güman ki, müəyyən vaxt keçəndən sonra çürüyəcək. Amma bu avtomobil idman yarışlarında bir mövsüm iştirak edə bilər.”

Vorvik Universitetinin araşdırma dəstəsi deyir ki, məqsədləri ötüş maşınlarının yığılması dəyərini maliyyə cəhətdən azaltmaq və ekoloji cəhətdən ziyansız olan maşınların sürətli olmaması barədə deyilənləri puç etməkdir.

Nigar Atakişiyeva, QayNar

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.