Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Brilyant seçimi

 tərəfindən  12 July, 2009 tarixində və Maraqlı və Faydalı, NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Brilyant (frans.«brillant» – «parıldayan») – işlənmə nəticəsində daşın optik xüsusiyyətləri maksimal aşkar olunmuş və «brilyant kəsim» adlanan xüsusi formaya salınmış almazdır. Əslində «brilyant» sözü material deyil, kəsim növünün adıdır. Adətən, almazdan kəsilmiş brilyant haqqında söz açıldıqda, materialın adı buraxılır. Bu halda «brilyant» həm maddə, həm də kəsim növünü bildirir. «Almaz» sözü material, maddə nəzərdə tutulduqda və ya xammal haqqında söz getdikdə işlənilir.

Keyfiyyətli bir brilyant seçmək istərkən, zəruri olan əsas özəllikləri, yəni 4C adlandırılan Karat ağırlığı (Carat weight), Təmizlik (Clarity),Rəng (Color) və Kəsim (Cut) əyarlarını nəzərə almağınız gərəkdir. Brilyantın dəyəri nadir olmasına, qiyməti isə qeyd olunan dörd özəlliyinə bağlıdır. Adi baxışda eyni görünsələr də, brilyantların dəyər və qiymətləri eyni deyil.

Eyni karat ağırlığındakı iki brilyantın qiymətinin fərqli olması onların karat agırlığının təmizlik, rəng, kəsim və bunların bir biri ilə birləşməsinə bağlıdır. Aşağıda göstərilən 4C özəlliklərinin təsviri brilyantın hansı meyarlara görə təsnif edildiyi və qiymətləndirdiyi haqqında sizlərdə müəyyən təsəvvür yaradacaq.

Kəsim. Kəsim bəlkə də, 4C özəlliklərinin ən önəmlisidir; çünki brilyantın gözoxşayan parıltısı kəsimin keyfiyyəti sayəsində üzə çıxır. Brilyantın digər özəllikləri onun təbiətindədirsə, kəsim özəlliyi brilyantın üzərində insan əli ilə yaradılan tək özəllikdir.Brilyant kəsimi daşın simmetriyası və ölçüləri ilə əlaqədar bir özəllikdir. Kəsim brilyanta işıltı və parıltı verir, onun işığı qırma qabiliyyətini təyin edir. Brilyant qüsursuz bir rəng və təmizliyə sahib olsa da, pis bir kəsim nəticəsində o, gözəlliyini itirə bilər. Ona görə də kəsim brilyantın ən vacıb özəlliyi hesab olunur. Brilyantın parıltısı onun özünə çəkdiyi işığı əksetdirmə qabiliyyətinə bağlıdır.

Kəsim brilyantın formasını və proporsiyalarını təyin edir. Gələcək brilyantın formasının seçimi işlənməmiş almazın formasından asılıdır. Fased (isığı əks etdirən açıq səth) parametrləri düzgün olan yaxşı bir kəsim brilyantın işıltısını və parlaqlığını üzə çıxarır. Texniki bir mövzu olan brilyant kəsimi ilə brilyant formasını qarışdırmaq lazım deyil. Forma insanın zövqünə bağlıdır. Yumru kəsim bilinən kəsimlər arasında ən geniş yayılmışdır. Digər kəsimlər arasında-baqet, damcı, markiz, prinses, oval və ürək formalı kəsimləri qeyd etmək olar.
[ad#468×60]
Brilyantın qiymətinə təsir edən kəsimin növbəti vacib aspektiv zəruri proporsiyaların gözlənilməsi və cilalama keyfiyyətidir. Yalnız bu şərtlər altında almazın optik xüsusiyyətləri maksimal dərəcədə aşkar olunur və onun parıltısı ortaya çıxır. Brilyantın ideal proporsiyalarında cüzi dəyişiklik onun qiymətinin düşməsinə gətirib çıxarır. Əgər ən parlaq və işıltılı brilyant almaq istəyirsinizsə, seçiminizi yumru kəsimə yönəldin. Digər kəsimlər yumru kəsim qədər çox parıldamayacaq.

Kəsimin əsas elementləri aşağıdakılardır:

  • Üst səth (table) –  brilaytın kəsim xəttinə perpendikulyar olan üst səth düz səkkiz bucaq formaya malikdir. Bu üst səth işığı cəlb edir və əks etdirir.
  • Kəmər (girdle) –   brilyantı üst (tac) və alt (pavilyon) hissələrə bölən hissədir. Kəmərin hündürlüyü kəsimin keyfiyyətinin göstəricisidir. Daş seçərkən nəzərə almalısınız ki, kəmər nə qədər nazikdirsə, kəsimin keyfiyyəti bir o qədər yüksəkdir
  • Tac (crown) – üst səth ilə kəmərin arasında yerləşən hissədir.
  • Pavilyon (pavilion) – kəmər ilə palet arasında olan brilyantın alt hissəsidir.
  • Kalet (culet) – alt tərəflərin cəmləşmə nöqtəsinə deyilir. Seçim zamanı minimal ölçülü paletə malik olan daşlara üstünlük verilir. Cilalanmış tərəflərin üzərində işləmə izləri olamamalıdır. Əks halda, briliyantın əksetdirmə qabiliyyəti və parıltısı zəifləyir.

Karat ağırlığı. Karat- brilyantın ağırllıq ölçüsüdür. Bir karat 200 milliqrama bərabərdir və 100 bərabər hissələrə bölünür. Yarım karat 50 sotdur və 0.50 ct şəklində yazılır. Eyni karat ağırlığındakı iki brilyantın qiyməti, kəsim, rəng və təmizlik özəlliklərinin fərqli birləşməsi səbəbi ilə fərqli ola bilər.

Bir daşın ağırlığı ilə böyüklüyünü qarışdırmaq lazımdır. Digər daşların təyinində istifadə olunan karat miqdarları ilə brilyantın karat ölçüsü fərqli olacaq. Çünku  fərqli minerallar fərqli ağırlığa malikdirlər.

Daşların ölçü vahidi olan karatı zərgərlikdə istifadə olunan qızılın təmizlik (əyar) ölçüsü ilə qarışdırmamaq lazımdır. Karat qızılın əyar ölçüsü kimi kütlə vahidini deyil, qızıl xəlitəsinin keyfiyyətini bildirir.

Rəng. İnsanlar müxtəlif rənglərə üstünlük verirlər: buna görə 4Clər arasında rəng özəlliyi də vacib olanıdır. Brilyantın rəngləri ağın müxtəlif  tonlarından ibarətdir. Brilyantlat rəngsizə nə qədər yaxın olmalarına görə qruplaşdırılır. Ən nadir tapılan və ən ağ olanlar D,E,F, və G-dir, ancaq brilyantların çoxu ağ və çox şəffaf rəngli ağ olaraq adlandırılan H-L rəngləri arasındadır. M rəngi və onun altındakılar gözlə görünə bilən sarımtıl rəng çalarına malikdirlər. Digər tərəfdən, çox nadir tapılan rənglərdə  «fantazi» adlanan brilyantlar da vardır. Bunlar çəhrayı, mavi, sarı və bir çox başqa rənglərdə olur. Rəngli brilyantlar arasında xüsusi yer tutan, ən nadir və qiymətli olanlar qara brilyantlardır. Onlar çox nadir tapıldığından, qiyməti digərlərinə nisbətən daha bahalı olur.

Təmizlik. Bir brilyantın təmizliyi ləkələrinə baxılaraq təyin edilir. Demək olar ki, bütün brilyantlarda onları təşkil edən karbon kristallarının kiçik izlərinə rast gəlinir. Lakin bu ləkələrin çoxu mikroskopik olduğu üçün adi gözlə baxdıqda görünmür. Ləkələr ancaq çox qüvvətli bir xüsusi alət altında seçilə bilər. Bir brilyantın ləkələri  nə qədər az olsa, deməli, o nadir tapılandır.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.