Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Bəyin cildə qulluğu

 tərəfindən  15 June, 2009 tarixində və Kişilərə Özəl, NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Kişi cild baxımı

“Mən azərbaycanlı kişisiyəm! Cildə qulluq, salona getmək  nədir?!”deməyin. Heç olmasa  həyatınızın bu vacib günündə gözəl görünməyə çalışın, özünüzə qulluqdan sonra necə yaraşıqlı göründüyünüzə əmin olacaqsız və bu xoşunuza gəlməyə başlayacaq.

Dərinin də toy günü təravətli görünməsi vacib məsələdir, dəriniz yaxşı vəziyyətdə olmasa siz istədiyiniz kimi yaxşı görünməyəcəksiniz. Nəzərə alın ki, toya hazırlıq  stresli  bir iş olduğundan bu dərinizə təsir etməyə bilməz. Stress dərinin rənginin tutulmasına, elastikiliyinin itməsinə, hətta civzə, xırda səpgilərin, komedonların əmələ gəlməsinə səbəb ola bilər.

Əgər  dəriniz həssasdırsa, onda ona daha diqqətli qulluq etməlisiniz. Dərinizin həssas olub- olmadığını bilmək üçün onu müəyyən vaxt ərzində müşahidə etməlisiniz. Məsələn, əksər insanın işlətdiyi kosmetik vasitələr sizə reaksiya verirsə, dərinizdə qızartı, şişkinlik, ləkələr ya yanıqlar, qaşınma, üzünüzü qırxdıqdan sonra səpgi, qaşınma əmələ gəlirsə bu dərinizin həssas olduğunu göstərir. Buna görə də aşağıdakı qaydalara riayət etməniz məsləhətdir:

Üzünüzü çox yumayın.

Tərkibində sabun olmayan, həssas dəri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən istifadə edin. Həssas dəri üçün nəmləndirmənin böyük əhəmiyyəti var. Nəmləndirici vasitənin keyfiyyətli olmasına diqqət yetirin.

Üzünüzü qırxdıqdan sonra tərkibində spirt olan məhsullardan istifadə etməyin. Həssas dərilər üçün üz qırxılandan sonra istifadə olunması nəzərdə tutulan vasitələr var, onlardan istifadə edin.  Yay aylarında isə mütləq ən azı 15 dərəcəli günəşdən qoruyucu kremdən istifadə etməlisiniz.

Əgər  fikrinizdən dönmədinizsə ya salona getməyə vaxtınız yoxdursa, onda öz dərinizin hansı tipə aid olduğunu və nəyə ehtiyacı olduğunu bilməlisiniz. 

Qeyd edək ki, 4 müxtəlif dəri  tipi var: quru, yağlı, kombinə olunmuş(qarışıq) və normal. Hər bir tipin müxtəlif xüsusiyyətləri var və buna görə də qulluq müxtəlif cür olmalıdır. 

Ən çox diqqət tələb edən dəri quru və yağlı dəridir. Piy vəzilərinin miqdarı azlıq təşkil etdiyindən quru dəri daima quru və gərgin olur, çox vaxt qabıqlanır. Hava dəyişikliyinə tez reaksiya verir (soyuğa, istiyə),nəticədə qızartılar və çatlar əmələ gələ bilir. Belə  havalarda mütləq dəri qidalandırıcı və nəmləndirici kremlər vasitəsi ilə qorunmalıdır. Bundan əlavə, gündəlik olaraq da nəmləndirici  gündüz kremlərindən istifadə edilməlidir.  Gecələrsə  mütləq nəmləndirici təmizləyici vasitə ilə üz təmizlənməli və krem çəkilməlidir. 25 yaşından gec olmayaraq güclü bir nəmləndiricidən istifadə etməyiniz  məsləhətdir, çünki dəri quru olduğundan tez qırışlar əmələ gəlir və dəri tez qocalır. Həftə ərzində isə nəmləndirici, qidalandırıcı maskalardan istifadə olunmalıdır.  

Normal dəri ən az rast gəlinəndir, bu tip dəri hər zaman canlı, yumuşaq, təravətli, sağlam görünür. Bu növ dəriyə qulluq zamanı isə normal dərilər üçün nəzərdə tutulmuş krem, losyonlardan istifadə edilməlidir. Çox isti və çox soyuq havalarda dəridə bir qədər quruma qeyd  oluna bilər. Bu zaman isə normada istifadə olunan nəmləndiricidən daha güclüsü istifadə olunmalıdır.

Bir az yağlı dəri barədə. Bu tip dəridə piy vəziləri normadan artıq işləyir. Dəridə məsamələr daha böyük olur, hər zaman yağlı və parıltılıdır, çox vaxt səpgilərlə müşahidə olunur. Buna görə də dərini daima təmizləyici gel ya skrabla  yumalı, sonra təmizləyici losyonla silmək lazımdır, sonda isə yağsız bir nəmləndiricidən istifadə olunmalıdır. Məsamələrin yağla dolmamasına xüsusi diqqət yetirmək lazımdır. Həftədə iki dəfə isə məsamələri daraldan  və dərini tam təmizləyən maskalardan istifadə olunması məsləhətdir.

Ən çətini isə kombinə olunmuş dərilərə qulluqdur. Belə ki, bu tip dərilərdə alın, burun, çənə nahiyəsi yağlı, digər nahiyələr isə quru olur. Yağlı və quru nahiyələrə müxtəlif qulluq tələb olunur. Burada təmizləyici gel və losyon əsas yer tutur. Bundan əlavə isə kombinə olunmuş dəri üçün nəzərdə tutulmuş nəmləndirici kremdən istifadə olunmalıdır.

Qeyd: Dəriyə qulluqla bağlı suallarınız olarsa, saytımızın forumunda kosmetoloqumuza müraciət edə bilərsiniz.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.