Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Belorus Simfonik Orkestri ilə konsert verdi

 tərəfindən  29 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Akademik Opera və Balet Teatrının solistləri, xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova Belorusdan qastrol səfərindən qayıdıblar.

Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, 28 May – Respublika Gününə həsr olunmuş konsert Minsk Dövlət Filarmoniyasında baş tutub. Musiqiçilər Belorus Simfonik Orkestrinin, eyni zamanda əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiətilə çıxış ediblər: “Biz keçən ilə də elə bu bayram ərəfəsində Minskdə konsert verdik. Həmin konsert proqramında Niyazinin “Rast” simfonik muğamını ifa etmişdik.

Bu dəfə isə konsert proqramı rəngarəng oldu. Fikrət Əmirovun “Kürd ovşarı”, “Şur” simfonik muğamı, “Kor ərəbi”, Niyazinin “Qara gilə” və sonda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” aratoriyasını səsləndirdik. Onu da deyim ki, orkestri tanınmış dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov idarə edirdi. Olduqca böyük maraqla qarşılandıq. Hətta son əsəri oxuyub qutarandan sonra hamı ayaq üstə alqışladı. Orkestrin öz musiqiçiləri də əsərlərimizə heyran qaldı. Bir sözlə, konsert çox yüksək səviyyədə keçdi”.

Mənsum İbrahimovun sözlərinə görə, tamaşaçılar arasında azərbaycanlılarla yanaşı, nazir müavinləri, rəsmi şəxslər, Belorusda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, məşhur musiqiçilər də olub. Konsert proqramı Azərbaycanın Belorusdakı səfiri Əli Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.