Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Bal Ayı

 tərəfindən  3 July, 2009 tarixində və NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bal ayı

Evlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da  o qədər də yorucu, gərginlik yaradan  bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və bal ayı da bunun üçün əla fürsətdir.  

Bundan əlavə, bal ayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlanmasına, nəhayət ki, tamamilə baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir.

Nəzərdə saxlayın ki, bal ayını toydan həmən sonra etmək lazımdır, çünki sonra gecikmiş bir  bal ayı, bal ayı deyil, sadəcə tətildir. Ən azından toydan sonra bal ayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuzu evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq.

Nəyin bahasına olursa olsun bal ayınızı təxirə salmayın. Pulu bəhanə etməyin, bunun üçün toy pulundan da bir miqdar ayıra bilərsiniz. Unutmayın ki, bal ayı bir dəfə yaşanacaq və sizə unudulmaz dəqiqələr yaşadacaq ona görə də, bal ayınızı təxirə salmayın.

Bir məqamda var ki, indiki dövrdə çox az miqdarda pul xərcləyərək, bal ayınızı keçirə bilərsiniz.

Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz. Az da olsa özünüzə və sevdiyiniz insana vaxt ayırın.  

Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var.  

Bal ayının harada və necə keçirilməsini müəyyənləşdirmək üçün isə ilk növbədə hər ikinizin necə bir iqlim sevdiyinizlə bağlı bir ortaq fikrə gəlməlisiniz. Ancaq dincəlmək üçün xarici ölkələrə getmək istəsəniz bal ayınızı mütləq ən az 2-3 ay əvvəlcədən planlamaq daha qənaətli olacaqdır. 

Məsələn, elə insanlar var ki, onlar qışı, qarı, sərin havanı, ya payızı, onun qızıl yarpaqlarını, romantikanı, digərləri isə  günəşi, dənizi, əyləncəni, tropik iqlimi sevirlər. Seçdiyiniz məkan da bunlara uyğun olmalıdır. 

Bundan başqa, bal ayı keçirəcəyiniz məkanın xidmətləri, yeməkləri, yeni evlilər üçün təklif etdiyi sürprizlər,  məkanın mədəniyyəti, qarşılaşacağınız və heç yerdə görməyəcəyiniz, maraqlı məqamları da nəzərə alın ki, bal ayınızı unudulmaz və maraqlı keçirəsiniz. 

Bal ayı planınızda çətinlik yaşasanız bizimlə əlaqə saxlaya bilərsiniz.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

2 şərh on "Bal Ayı"

  1. Cesaret on Sat, 2nd Jan 2010 3:11 pm 

    Salam.Bayramlarinizi tebrik edirem.Menim bu yaxinlarda (Meherrem ayindan sonra)toyum olacaq.Men mart ayinda hara gede bilerem bal ayi uchun?Meslehet vere bileceyiniz bir yer varmi?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. vuqar on Fri, 26th Nov 2010 12:07 am 

    nevroza ne yxsi olar mende nevroz xesteliki var men evlandim amma bu xestelik qalir hele ne etsem yaxsi olar ?? bilen varsa yasinnn cox saqolun hormetle.VUQAR

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.