Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Azərbaycanlıların soyqırımı!

 tərəfindən  30 March, 2010 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 30-da Muzey Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi keçiriləcək.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir. Bu ekspozisiyada 90-dan artıq müəllifin 100-dən çox əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi, Xocalı genosidi və 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş bu əsərləri bu ilin yanvar ayında Nazirlik tərəfindən ilk dəfə verilmiş xüsusi elan nəticəsində toplanıb. Həmin əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inam hissi açıq ifadə olunur.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.