Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Azərbaycanda saç əkimi neçəyədir?

 tərəfindən  23 April, 2010 tarixində və Kişilərə Özəl, Maraqlı və Faydalı, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Tük tökülmə, yəni keçəlləşmə günümüzün ən aktual problemlərindən biridir.

Bu barədə Evlenirik.Biz  anspress.com saytına istinadən faydalı məqaləni sizlərə təqdim edir. Əlbəttə saç tökülmə problemi bir sıra amillərlə bağlıdır. Bunların arasında stress, vitamin çatışmazlığı və sairə var. Başdakı keçəlləşmə problemini müalicə etmək mümkündür. Ancaq bu mümkün deyilsə, müasir estetik və plastik cərrahiyyə bunun iki yolla həllini təklif edir. İndi saçın tək-tək əkilməsi və transplantasiya edilməsi yolu ilə keçəlləşməni aradan qaldırmaq mümkündür. Saçın tək-tək əkilməsi zamanı başın daha sıx tük olan ənsə nahiyəsindən saç kökündən çıxarılaraq keçəl hissəyə əkilir.

Plastik və rekonstruktiv cərrahiyə üzrə mütəxəssis Vaqif Qələndərlinin sözlərinə görə, tamam tükü tökülmüş, saçı az olan insanlara saç əkməyin əhəmiyyəti yoxdur. Çünki saç ənsə nahiyəsindən alınır. Orada da saç azdırsa onda bu iş yaxşı alınmır.

“Amma tam təpə nahiyədə saç yoxdur, qıraqda qalındırsa, onda orda saçlar tək-tək kökündən alınır, kiçik dəliklər açılır, yeni əkiləcək yerə transfer edilir. Bir dəfəyə 1400-1600 saç əkmək mümkündür”, deyə V. Qələndərli bildirib.

Plastik cərrahiyyə üzrə mütəxəssis əkilən tüklərin cüzi hissəsinin bitməyə biləcəyini deyir. Qalanları isə normal inkişaf edir və uzanır. Ənsə nahiyəsindəki tüklərin genetik baxımdan uzunömürlü olduğunu bildirən Vaqif Qələndərli əkilən saçların da tez müddətə tökülmə ehtimalının az olduğunu söyləyir. Plastik cərrah bir vaxtlar geniş yayılan süni saçların əkilməsini məsləhət görmür. Onun sözlərinə görə bu, başın dərisində infeksiyalaşmaya səbəb olur.

Əgər başın dərisində saç tamamilə azdırsa və əkmək üsulu ilə problemi aradan qaldırmaq mümkün deyilsə, onda transplantasiya yolu məsləhət görülür. Bu zaman saçlı dərinin qalın hissəsi ekspander adlı xüsusi cihazla böyüdülərək keçəl dərinin üzərinə köçürülür:

“Tələbə məktəbə gedəndə avtobusda qapılar bağlananda saçı orada qalmış və saçlı dəri qopmuşdu. Dəri mikrocərrahiyə üzrə yerinə transplantasiya edilib. Ekspander toxuma genişləndiricini dərinin altına yerləşdiririk. 45 günə yavaş-yavaş iki misli qədər böyüdə bilirik. Sonra transfer edirik. Hardaki keçəllik, yanıq nahiyəsi var ora köçürürük”, deyə mütəxəssis bildirib.

Ekspertin sözlərinə görə, transplantasiya edilmiş saç asanlıqla daranır, qırxılır və uzanır. Amma hər bir halda, həm saçın tək-tək əkimi, həm də transplantasiyası zamanı xəstənin sağlamlıq durumu ciddi şəkildə analiz edilməlidir. Bəzi xəstəliklərdə, diabetə meylli insanlarda saçı tək-tək əkmək düzgün deyil: “Yaranın sağalması gec olur. İnfeksiya riski yüksəkdir. Saç əkilən insanlarda qan xəstəliyi olmamalı, qanın laxtalanması normada olmalıdır. Çünki qanama çox ola bilər. Əlbəttə, ciddi ürək problemi, infarkt keçirmiş insanlarda da bu cür əməliyyat etdirmək olmaz”.

Belə plastik əməliyyatların qiymətinə gəlincə, ölkədə saç əkilməsi prosesi zamanı əkilən bir tükün qiyməti 1 manatdır. Saçın transplantasiyası isə ən azı 2000-2500 manata başa gəlir. Baha qiymətə olsa da, müasir plastik cərrahiyyə keçəlləşməni özünə dərd edənlər üçün çıxış yolu sayılır.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Azərbaycanda saç əkimi neçəyədir?"

  1. filman on Fri, 1st Jun 2012 8:10 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    salam menim sac tokulme problemim var ustunde biraz kecellesme var bunun mualicesi nece gune basa gelir diqqetinize gore sag olun

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. dogan on Thu, 25th Oct 2012 3:50 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    mən istanbulda estepera saç əkilməsi etdirdim çox gözəl oldu

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.