Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

2009-cu ildə Toy Qiymətləri

 tərəfindən  16 June, 2009 tarixində və NİŞAN, Şou-Biznes, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

müğənnilərDünyada gedən iqtisadi böhran hər sahədə özünü büruzə versə də,
Azərbaycan sənətçilərinin toy qiymətlərinə qəti təsir etməyib.

APA-nın 50-yə yaxın müğənni arasında apardığı sorğu nəticəsində məlum olub ki, böhranla əlaqədar müğənnilərinin qazancları heç də azalmayıb. Hər il olduğu kimi bu il də APA-nın sorğusunda ürəklə və çəkinmədən iştirak edən müğənnilərlə yanaşı, vergidən çəkinən, dilə-dişə düşməkdən qorxan sənətçilər də olub.

Bir il müddətində yerli şou-biznes nümayəndələrinin bəziləri toy qiymətlərini qaldırsa da, bəzilərinin toy qiymətində dəyişiklik olmayıb. Sorğu zamanı açıqlanacaq rəqəmlərin dərc olunacağı əvvəlcədən müğənnilərə söylənilib. Bunu eşidib qiymətini açıqlamaqdan imtina edən sənət adamları da az deyil. Ancaq etibarlı mənbələr vasitəsilə həmin sənətçilərin toy qiymətlərini öyrənmək mümkün olub. Bu ilki sorğumuzun özəlliyi bəzi sənət adamlarının Rusiyada keçirilən toy məclislərində iştirak üçün nə qədər qonorar tələb etmələrini əlavə siyahı şəklində dərc etməyimizdir. Biz sorğuda iştirak edən bütün müğənnilərdən Rusiyadakı toylar üçün tələb etdikləri qonorarla bağlı məlumat əldə etməyə çalışsaq da, sənət adamları üçün bu sual heç də ürəkaçan olmayıb.

Sorğuda iştirak edən sənətçilərdən Xumar Qədimova, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Elton Hüseynəliyev, Mətanət İsgəndərli, Nura toylara hansı qiymətə getdiklərini açıqlamaqdan imtina ediblər. Elariz Məmmədoğlu toylarda çıxış üçün tələb etdiyi qonorarı açıqlamamaq üçün “axı mənim çox toyum olmur, ayda, ildə bir dəfə qohum-qardaş toyuna gedirəm. Buna görə də hansısa qiymət açıqlaya bilmirəm” deyib. Bizdə olan məlumata görə isə, bəhs etdiyimiz müğənni hazırda toy məclisləri üçün ən tələbatlı müğənnilər arasındadır. Xumar Qədimova isə Elariz Məmmədoğludan fərqli olaraq bunları deyib: “Şükür Allaha ki, toylarım az olmur. Məni bu gün də öz şad günlərində görmək istəyən insanlar çoxdur. Deməli sevilirəm və bu məclislərdə canla-başla iştirak edirəm. Toy qiymətlərim fərqli olduğundan konkret qiymət deməyə çətinlik çəkirəm. Sadəcə çalışıram ki, arzu olunduğum məclislərdə iştirak edim. Bu toy yiyəsinin imkanına bağlıdır”. Son illər toylarda çıxışı çox arzu edilən sənətçilər sırasına daxil olan Elton Hüseynəliyevin prodüseri Anar Mədətov toy qiymətlərini gizli saxlamalarının səbəbini belə izah edib: “İnanın ki, qiymətləri açıqlayanda çox pis duruma düşürük. Vergi gəlir, siyahını qoyur qarşımıza, pul tələb edir. Bu nəyə lazımdır ki? Pis başa düşməyin, ancaq açıqlaya bilmərəm”. Ənənəsinə sadiq qalaraq sualımızı pessimist əhval-ruhiyyədə qarşılayan, hətta ağlamsınaraq cavab verən müğənni Nadir Qafarzadə “hamı bir parça çörək pulunun dalınca qaçır” deməklə kifayətlənib. Nura isə toylara çox nadir hallarda getdiyini əsas gətirərək tələb etdiyi qonorarı açıqlamaqdan imtina edib.

Hazırda Azərbaycanda ən bahalı toy müğənnisi, nə qədər qəribə səslənsə də, əməkdar artist Bilal Əliyevdir. O, bir toy üçün nə az, nə çox düz 100 000 avro tələb edir. Ən bahalı müğənnilərin siyahısında ötən illə müqayisədə o qədər də
fərq hiss olunmur. Belə ki, ötən il olduğu kimi bu ildə həmin müğənnilərinin adları ən bahalı toy müğənniləri siyahısındadırlar. Bilal Əliyevdən sonra siyahının ən bahalı toy müğənnisi apardığı bütün toyun müqabilində 15 000 manat tələb edən xalq artisti Aygün Kazımovadır.

Ən bahalı toy qiymətləri

Müğənni

2009-cu ilin qonorarı – bütün toyun müqabilində

30 dəqiqəlik ifanın qonorarı

Bilal Əliyev

100 000 avro

100 000 avro

Aygün Kazımova – Namiq Qaraçuxurlu

15 000 manat

4 500 manat tək, 5 500 manat Namiq Qaraçuxurlu ilə birgə

Nazpəri Dostəliyeva

15 000 -14 000 manat arasında

4 000 manat

Faiq Ağayev

15 000 manat

4 000 manat

Brilliant Dadaşova

12 000 manat

5 000 manat

Abbas Bağırov

10 000 manat

 8 000 manat və aşağı

Müğənni

2009-cu ilin qonorarı – bütün toyun müqabilində

30 dəqiqəlik ifanın qonorarı

Rəqsanə

8 000 manat

Yarım saat üçün 3 000, bir saat üçün 5 000 manat

Samir Piriyev

7 000 manat

3 000 manat

Zamiq

6 000 manat

2 500 manat

Könül Kərimova və Cabbar Musayev

6000 manat

1 000 manat

Lalə Məmmədova

6 000 manat

2 500 manat

İradə İbrahimova

6 000 manat

2 500 manat

Ayaz Qasımov

6 000 manat

2 000 manat

Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu

6 000 manat

2 000 manat

 5 000 manat və aşağı

Müğənni

2009-cu ilin qonorarı – bütün toyun müqabilində

30 dəqiqəlik ifanın qonorarı

Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu

5 000 manat

2 000 manat

Nurlan Növrəsli

5 000 manat

1500-2000 manat

Xuraman Şuşalı

5 000 manat

1 500 manat

Kərim

4 000-5 000 manat

1 000-1 500 manat

“Aşıqlar” qrupu

4 000 manat

1000 manat

“N brothers” qrupu

4 500 manat

1 500 manat

Cavanşir Məmmədov və Firuzə İbadova

3 000-3 500 manat

1 000 manat

Rüfət Axundov

3 000 manat

1 000 manat

“Yeni ulduz” yarışmasının iştirakçısı Elvin

3 000 manat

 

Hər il olduğu kimi bu ildə siyahımızda toy məclislərində ancaq 30 dəqiqəlik ifaya razılıq verən müğənnilər də var. Bu müğənnilər ötən ilki siyahı ilə eynilik təşkil edir. Adları sadalayacağımız sənət adamları bütün toyu aparmaq məsuliyyətini öz üzərlərinə götürmürlər. Artıq bir neçə ildir ki, eyni müğənnilər məclislərə ancaq yarım saatlıq ifa üçün gedirlər. Müğənnilərin bu addımı bütün toyu aparmaqla az pul qazanmaqdansa, gün ərzində bir neçə toya getməklə daha çox pul qazanmaq istəyi ilə izah olunur.

Yarım saatlıq ifalara görə:

Müğənni

Yarım saatlıq ifaya görə tələb etdikləri qonorar

Zülfiyyə Xanbabayeva

6 000 manat

Röya

4 000 -3500 arasında

Elnur

3 000 manat

Manana

3 000 manat

Natəvan Həbibi

3 000 manat

Namiq Qaraçuxurlu

2 500 manat

Ədalət Şükürov

2 500 manat

Samirə

2 500 manat

Sorğumuzun sonunda vergi verməkdən qorxmayan müğənnilərin Rusiyada çıxış etdikləri toyun müqabilində tələb etdikləri qonorarı açıqlayırıq. Sənətçilərlə söhbət əsnasında məlum olub ki, şou-biznes nümayəndələri Rusiya toylarında əsasən 30 dəqiqəlik ifaya razılıq verirlər. Elə təqdim etdiyimiz siyahıda da müğənnilərin yarım saatlıq ifaları üçün tələb etdikləri qonorar açıqlanıb. Eyni zamanda pul qazanmaq üçün Rusiyaya üz tutan müğənnilərimizin yol xərclərini də toy sahibləri ödəməlidir. Əks-halda müğənnilərin tələb etdikləri qonorarın məbləğində xeyli artım olur. Həm də müğənnilərimiz toy sahiblərinin qarşısına Rusiyaya təyyarədə ancaq “biznes-klass”da uçacaqları şərtini qoyurlar. Sorğu zamanı məlum olub ki, müğənnilərimiz Rusiyada yarım saatlıq ifalarına görə, Azərbaycanda  apardıqları toylardan üç dəfə artıq pul qazanırlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün şou-biznes nümayəndələrinin əksəriyyəti (bu siyahıda adları qeyd olunmayan sənətçilər də) Rusiyada keçirilən toy məclislərində iştirak edirlər.

Müğənnilərin Rusiyada apardıqları toyun müqabilində tələb
etdikləri qonorar:

Müğənni

Rusiya toyları üçün tələb etdikləri qonorar

Nazpəri Dostəliyeva

25 000-30 000 avro

Abbas Bağırov

25 000 manat

Aygün Kazımova

25 000 manat

Rəqsanə

15 000 manat

Namiq Qaraçuxurlu

10 000 manat

Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu

10 000 manat

Ədalət Şükürov

10 000 manat

Xuraman Şuşalı

10 000 manat

Kərim

Bütün toy 15 000 manat

30 dəqiqəlik ifa 10 000 manat

Lalə Məmmədova

ansamblsız 10 000 avro

Rüfət Axundov

8 000 manat

Xəyyam Nisanov

10 000 dollar

Sonda olaraq onu da vurğulayaq ki, Azərbaycanda hələ də qonorarsız, ancaq qohum və yaxın dostların toy məclislərində iştirak edən sənətçilər də var. Bu sırada xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Alim
Qasımov, Mənsum İbrahimovun adlarını çəkmək olar. 

Araşdırma üçün APA-ya təşəkkürlər!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

7 şərh on "2009-cu ildə Toy Qiymətləri"

  1. leyla on Tue, 7th Jul 2009 5:14 pm 

    lap qudurublare bunlar.hec onlara 1manatda vermerem

    Münasibətiniz: Thumb up 0 Thumb down 1

  2. gunka on Sat, 15th Aug 2009 11:53 pm 

    burda mugenni kimdir?????men heckesi taniya bilmedim

    Münasibətiniz: Thumb up 0 Thumb down 1

  3. evlenirikbiz on Mon, 17th Aug 2009 12:56 am 

    Haqlısız.. Bəzi tanınmış müğənnilər artıq yerini çox gənc müğənnilərə dövr ediblər.. Ancaq vurğulamaq istəyirik ki, Siz onları tanımadınızsa o demək deyil ki, onlar müğənni deyil:) Adları açıqca yazılıb.. İnternete Bakıdan daxil olsanız da, Azərbaycan şou-biznesinə çox uzaq birisi olaraq tanımaya bilərsiz.. Yəqin ki, tanıyanlar onların istədiyi pulları verirmiş.. Nə deyək..

  4. Cansel on Sun, 3rd Jan 2010 11:11 pm 

    bu mugennilerimiz lap ag eliyib cox baha qiymete gedirler toya,ozude eleleriki adam hec 1 manatda vermek istemez

    Münasibətiniz: Thumb up 1 Thumb down 1

  5. orxan on Tue, 26th Jan 2010 6:28 pm 

    eziz ve cox hormetli mugenniler,…aye eeeeee sizi biz mugenni elemiwiy eee…bizim tamawacilarin hesabina adam olmusuz…indi de 10 000e toya mi gedeyrsiniz/?????hele bu ayaza bax…dunene kimi sms dilenirdi indi 6000e toya gedir,,,bu millet yaziq deilll?????haram xowvuz olsun

    Münasibətiniz: Thumb up 0 Thumb down 1

  6. aytenka on Thu, 6th Jan 2011 3:53 pm 

    Aygun kazimovani cox beyenirem.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  7. ay-ishigi on Mon, 20th Feb 2012 12:42 pm 

    bu gedişnən toyu bəy-gəlin ozu aparacaq:))

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.