Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Azərbaycan toylarının bəzəyi

 tərəfindən  29 April, 2009 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

evlenirik-masin

Azərbaycan toylarının bəzəyi
 
Bayrağımızın bu sırada yeri hələ də boşdur. Xalqımızın gözəl toy adətləri var və zaman keçdikcə bu adətlərin yerini müasir adlandırılan, əslində isə keçmişdən yaxşı heç nəyilə fərqlənməyən adətlər tutsa belə, toy hər bir azərbaycanlının həyatındakı önəmini əsrlərdir qoruyub saxlayır. 

Toy adətlərinin dəyişərək indiki hala gəlməsinə etiraz edənlər çoxdur, ancaq bu etiraz doğuran səbəblər toylara ulduz axınından tutmuş gəlinlik paltarlarına qədər ən müxtəlif məsələləri əhatə etsə də, mənim nəzərimdə bütün bunlardan daha vacib olanı unudulur.

Ailə kiçik bir dövlətdir, bu dövlətin də öz qayda-qanunları var, onlardan biri pozulduğu təqdirdə dövlətin bütövlüyünə də xələl gələ bilər. Ancaq nədənsə bizlər bu kiçik dövlətimizi qurarkən süfrənin üzərindəki yeməklərin çeşidindən diskotekaya qədər ən kiçik ayrıntıları belə diqqətdə saxladığımız halda başımızın üzərində dalğalanan, indi müstəqil yaşamamız üçün canlarından keçən şəhidlərimizin al qırmızı qanına boyanmış ay-ulduzlu bayrağımızı ən xoşbəxt günümüzüdə də başımızın üstündən asmağı unuduruq. Azərbaycan bayrağının ən uca yerdən asıldığı, iki gəncin bu bayraq altında şad gündə də, bəd gündə də bir yerdə olacağına dair and içdiyini söyləmək olarmı?

Bu yaxınlarda bir-birinin ardınca 3 güneyli soydaşımızın toyunda iştirak etdim. Bir-birini bəlkə də, heç tanımayan bu azərbaycanlılardan biri İsveç, digəri Almaniya vətəndaşı idi, həyatlarını quzeyli xanımla birləşdirməklə özləri demiş, Bütöv Azərbaycanın daşının üstünə daha bir daş qoyurdular. Üçüncüsünün heç vətəndaşlığı da yoxdu, Azərbaycanda qaçqın statusu ilə yaşayırdı. Amma hər üçünü əqidələri və bir də toylarında başlarının üstündən, ən uca yerdən asdıqları Azərbaycan bayrağına olan sevgiləri birləşdirirdi. Toyu da məhz “Azərbaycan” mahnısının sədaları altında bayrağımızı məclis boyu başlarının üzərindən əldən-ələ ötürməklə başladılar. Deməli, həm də vətən sevgilərini, bayrağımıza olan hörmət və məhəbbətlərini bildirmiş oldular. Yaşadılması vacib olan ənənədir, deyilmi? Azərbaycan bayrağı altında qurulan bir ailə bu bayrağın yüksəlib bir daha enməməsi üçün canlarından keçən şəhidlərin ruhunu da şad etmiş olardılar.

Toy məclislərindən dövlət bayrağının asılması kimi bir ənənə Türkiyədə illərdir ki, yaşayır. Ən kiçik, gözdən-könüldən uzaq bir kənddə belə beş-üç nəfərin iştirakı ilə keçirilən toy mərasimində çalğı olmaya da bilər, amma bayraqsız toy mümkün deyil. Bunu hər kəs belə bilir və yaşadılan ənənəyə hörmət, həm də bayraqlarına olan sevgi bu adəti illərdir ki, yaşadır. Biz uzaq kəndlərimizdə dövlət bayrağımızın olub-olmadığı mövzusunu açmaq istəmirik, olsaydı belə, bu bayrağı toy mağarının başından asmağı ağlına gətirən oldumu görəsən? Düşündürən əsas məsələ budur, əgər vətən uğrunda canını verən şəhidlərimizin, vətənin müdafiəsində əlində silah gözünü qırpmadan bütün çətinliklərə sinə gərən oğulların sarılmaq üçün bir bayrağı varsa, niyə görə hər yeni qurulan ailənin, deməli, həm də dünyaya daha bir Azərbaycan türkü gətirəcək ailənin ən şad günündə bayrağımız dalğalanmasın?

Toylarımızda hansı “ulduz”un neçə dəqiqə oxuyacağı, qəlyanaltının çeşidi, gəlinliyin qiyməti, qız və ya oğlan tərəfindən çağrılacaq qonaqlardan kimin hansı masada əyləşdiriləcəyi, toya çəkiləcək xərcin çıxarılıb-çıxarılmayacağı, şadlıq evinə borclu qalacaqları təqdirdə vəziyyətdən çıxış yolu axtarmaq və s. bu kimi məsələlər başımızı o qədər qatır ki, bu sırada Azərbaycan bayrağının yerinin illərdir ki, boş olduğunun fərqinə belə varmamışıq. Bəlkə bayrağımız altında qurulacaq ailənin bu bayrağın üzərindəki şəhid qanına layiq ola bilməyəcəyi bizi qorxudur?

Telekanallarda şadlıq evlərinin reklamları baş alıb gedir. Hər biri yeməklərinin çeşidi, keyfiyyəti, Avropa və milli mətbəx, gəlin maşınının toy zalına girməsi, bəylə-gəlinə veriləcək hədiyyələr, daha nələrlə rəqabətə girən, reklamına bir ətək pul xərcləyən bu şadlıq evlərinin bir Azərbaycan bayrağı alıb toy zalında asmaq kimi kiçik bir xərci belə özünə çox görür. Həm də təkcə xərci üçün yox. Bunu eləmək üçün milli hiss olmalıdır ki, başı pul qazanmağa qarışanların demək olar ki, heç biri bunu düşünmür. İştirakçısı olduğum toylardan birində bayrağımızın asılmasına təəccüblənənlər arasında şadlıq evinin müdiri də vardı və o, “toy xaricilərindir” deyib qapıdan girən hər kəsə Azərbaycan bayrağının toyda asılmasının “mənasını” anladırdı. Azərbaycanın bütövlüyü uğrunda mübarizədə hər şeyindən keçən, toy məclisinin başında ata-anasının, heç bir yaxınının oturmaq imkanında olmadığı soydaşımızı “xarici” adlandırandan bundan artıq nə gözləmək olar ki?

Bayrağımız hər şeyimizdir, hər bir azərbaycanlı dünyanın harasında yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq ay-ulduzlu, üçrəngli bayrağımızın kölgəsi altında olmağı özünə şərəf bilməlidir. Bayrağımıza həqarət edən əcnəbiləri müdafiə etmək üçün çeşidli bəhanələr tapıldığı bir zamanda toy məclisində bu bayrağın asılmasını ənənəyə çevirmək bəlkə qəflət yuxusunda olanları ayıldıb bayrağımıza hörmət etməyi öyrənməyi, başlarından da bu hörməti tələb etməyə haqqımız olduğunu dərk etməyimizə yardımçı olar. Milli oyanış hələ başa çatmayıb, buna hələ çoxlarımızın ehtiyacı var, kütlədən millətə çevrilməmizdə yolumuzu aydınladan bayrağımızın hər evdə olması üçün öncə bayrağımızı sevməli, ona layiq olduğu dəyəri verməliyik. Ailənin ən şad günündə başımızın üstündə Azərbaycan bayrağının dalğalanması da bu sevginin və dəyərin ifadəsi olar.

Olaylar

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

1 şərh on "Azərbaycan toylarının bəzəyi"

  1. samirə on Thu, 7th May 2009 11:32 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    ehhhhhhhhhhh siz bayrağa hörmətdən danışırsınız bir maraqlanın görün o bayrağın uğurunda canını verənə hörmət qoyullarki bayrağada hörmət qoysunlar:( ….. ?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.