Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ayrılığın ilk işarələri

 tərəfindən  26 April, 2010 tarixində və Ailəyə Özəl, Kişilərə Özəl, Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Kişilər ayrılıq haqqında əvvəlcədən danışmaq istəmirlər. Səbəbsiz ayrılıq heç də yaxşı təcrübə deyil.

Qadın kişinin ondan ayrılmaq istədiyini rəsmi ayrılıqdan öncə öyrənə bilər.   Onun dostları sizinlə ünsiyyəti dayandırırsa, bu vəziyyət ayrılığın tezləşəcəyinə ilk işarədir. Əvvəl onun dostları qadın cəfəngiyyatına heç bir söz deyə bilmirdilər. İndi isə sizinlə heç danışmaq belə istəmirlər. Bu o deməkdir ki, onun ətrafındakılar partnyorunuzun sizinlə əlaqələri kəsəcəyini bilirlər.

Qadının sabaha planlar haqqında sualına kişinin cavabı “Vaxtımı dostlarımla keçirməyə hazırlaşıram” olarsa, bu, münasibətlərin sonunun olduğuna işarədir.  Evlenirik.Biz “Aysel” jurnalının məqaləsini diqqətinizə ərz çatdırır.

İlk işarələrdən biri də kişinin əşyalarının yavaş-yavaş evdən yox olmağa başlamasıdır. Adətən qadınlar boşananda kişilərin bütün əşyalarını özləri yığırlar. Bu da sonradan onlarla əlaqə yaratmamaq istəyindən irəli gəlir.

Yayılmış fikirlərə görə, tez-tez düşən mübahisələri ayrılığın əlamətlərindən saymaq yanlışdır. Mübahisələrin qəfildən tamamilə kəsilməsi hər şeyin qaydasına düşdüyünü göstərmir. Əvvəllər hər xırda şeyə görə kişinin özündən çıxması mübahisələrə səbəb olurdu. İndi isə bunlar onu maraqlandırmır. Bu o deməkdir ki, onun sizə qarşı keçirdiyi hissləri yoxa çıxır. Adət edilməyən sakit situasiyalar evdə mübahisələrə səbəb olarsa, bu, gələcək ayrılığın ilk işarələrindəndir. İşarələrin hər biri ayrı-ayrılıqda narahatlıq üçün bir səbəbdir. Bu o deməkdir ki, qadın və kişi münasibətlərində ciddi problemlər var. Təbii ki, münasibətlərdən əl çəkmək səhvi düzəltməyə çalışmaqdan daha asandır. Pis situasiyalardan vaxtında qaçmaq üçün hər bir halda baş verənlərə tez reaksiya vermək lazımdır. Bu hər iki tərəf üçün ən sərfəli yoldur.

Kişinin sizi tərk edəcəyini necə bilmək olar?
Kişilər, adətən qadınlarla romantik münasibətləri kəsməyə tələsmirlər. Onlar gözləmə mövqeyi seçir və son qərarı partnyorunun ixtiyarına buraxırlar. Bununla da əks tərəfə günahkar olduqlarını hiss etdirmək istəyirlər. Kişilər ayrılıq haqqında əvvəlcədən danışmaq istəmirlər. Bunu öz hərəkətlərilə hiss etdirməyə çalışırlar. Vəziyyət getdikcə pisləşir, mübahisələr adi hal alır. Belə hallarda sevgini dərhal nifrətə çevrilməyə qoymayın. Ən yaxşısı dost kimi ayrılmaqdır. Evli kişilərin əksəriyyəti boşanmağa təşəbbüs etmirlər. İlk addımı atmağı qadından gözləyirlər. Qadınlar belə vəziyyətdə kişilərdən daha həlledici qərar verə bilirlər.

Bəs kişilərin sizdən soyuduğunu və ayrılmaq istədiyini necə bilmək olar?
Sizə olan marağı itib. Əvvəllər siz onunla danışmaqda heç bir problem yaşamırdınız. İndi isə danışığı sükut əvəz edir. Onun üçün sizin kiminlə gəzdiyiniz, söhbət etdiyiniz maraqlı deyil. Bu artıq həyəcan siqnalıdır.

Siz onun üçün gözəgörünməz insana çevrilmisiniz. Onun sizinlə dialoq aparmaq istəyi yoxa çıxıb, hər fürsətdə mübahisə edir.

Sizin varlığınıza reaksiya belə vermir. Hətta hamamdan çılpaq vəziyyətdə çıxıb qəfildən onunla qarşılaşsanız belə, bunun fərqinə varmır.

Cinsi istəkləri yoxa çıxır. Kişinin sizə qarşı istəyi yoxdur. Bu hal vəziyyətin gərginləşdiyinə işarədir.

Ünvanınıza xoş sözlər deməyi, tərif etməyi unudub. Sizin münasibətləriniz formal xarakter daşımağa başlayır.

Hər şey kağız üzərində realdır. Artıq bir-birinizə məcburən dözürsünüz.

Hər şey onda pis reaksiya doğurur. Əvvəllər gülüş yaradan şeylər indi qıcıqlandırır. Məsələn, hansısa bir paltarı geyinəndə “səni yaşlı göstərir, sənə heç yaraşmır” deyir.

Şübhələr çoxalır. Onun digər qadınlarla heç bir münasibəti olmasa belə, siz şübhələnməyə başlayırsınız. Davamlı və qısa zənglər, şübhəli sms-lər, işdən gec gəlmələr, bütün bunlar sizə haqlı olaraq ayrılığınız haqqında xəbər verir.
Baş-başa vaxt keçirməyiniz üçün vaxt azalır.

Evə hər gün bir az gec gəlir. Hətta o qədər gec gəlir ki, siz yatmış olursunuz. Siz yuxudan oyanmadan da evdən çıxır.

İstirahət günlərini dostları ilə keçirməyə üstünlük verir. Romantik şam yeməklərinizin sonu gəlib. İstirahət günlərində dostları ilə çimməyə, balıq tutmağa gedir və ya onları evə domino oynamağa dəvət edir.

Pis görünməyə çalışır. O çox gözəl bilir ki, siz onun bu tərzini xoşlamırsınız. Yenə də bu vərdişi şişirtməyə çalışır, sizin varlığınızı belə qəbul etmir və sizi sərt addımlar atmağa məcbur edir.

Həqiqəti deməkdən əl çəkir. Sevən kişi qadının görünüşündəki qüsurların fərqinə varmır. Ona bu sualla müraciət edin: “Əzizim, bu gün necə görünürəm?”. Əgər səmimi cavab eşitsəniz, bu haqda fikirləşin.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.