Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Aylar və anlamı

 tərəfindən  29 April, 2011 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

 

Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.

Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.

Yanvar – ayı Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Janus-un adından götürülmüşdü. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi diqqətə təqdim olunmuşdu. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.

Fevral – ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın yaxınlığında yerləşən ərazidir, tarixi və landşaftına, xalqın adət ənənələrinə əsaslanan insan məskəni olub. Romada fevral ayının 15-də qeyd olunan festival hətta “februa” adlandırılıb.

Mart – ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və “Mars” ayı kimi qeydə alınıb.

Aprel – ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.

May – ayı fransız sözü olan “Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. “Maia” sözü “böyük biri” deməkdi.

İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.

İyul – ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.

Avqust – ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.

Sentyabr – ayı Latın dilində “yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.

Oktyabr – ayı köhnə Roma təqviminə əsasən “səkkizinci” deməkdir, bu şimal yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.

Noyabr – ayı Latın sözü “doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.

Dekabr – ayı Latın sözü “on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.

Qeyd: Məlumat xarici dildə olan mənbələrdən götürülmüş tarixi qeydlərə əsaslanır.

Aysel Bayramova,
Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

7 şərh on "Aylar və anlamı"

  1. farzaliyev turan on Tue, 22nd Apr 2014 5:33 pm 

    cox maraqli saytdir

    Münasibətiniz: Thumb up 4 Thumb down 3

  2. rusdem on Sat, 26th Apr 2014 8:05 pm 

    cox ela

    Münasibətiniz: Thumb up 5 Thumb down 2

  3. Khatira on Wed, 19th Nov 2014 6:12 pm 

    tesekkur.Amma fikirlerinizi daha da genish yazin

    Qızğın mübarizə. Siz nə fikirləşirsiniz? Thumb up 6 Thumb down 5

  4. Ləman on Sat, 22nd Nov 2014 3:29 pm 

    mence burda yeterice melumat varr thanks you byee<3

    Münasibətiniz: Thumb up 5 Thumb down 2

  5. Aylin on Tue, 21st Apr 2015 5:23 pm 

    əla məlumatlardır çox sağolun

    Münasibətiniz: Thumb up 3 Thumb down 3

  6. nermin on Tue, 12th Jan 2016 5:34 pm 

    sagolun cox eladir

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  7. aysu on Wed, 27th Apr 2016 10:48 pm 

    cox sagolun derslerimi yazmaqda komek etdi.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.