Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

`Atanın Peşmanlığı`

 tərəfindən  24 May, 2009 tarixində və Ailəyə Özəl, Kişilərə Özəl, Körpələrə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

ata və oğul

Livinqston Larned  

“Qulaq as, oğlum! Otağına sakitcə girdim..İndi sən kiçik əllərini başının altına qoyub yatmısan, sarı saçlarınsa nəmli alnına tökülüb… Və bu andan istifadə edib sənə etiraf etmək istəyirəm. 

Otağına gəlməmişdən qabaq öz otağımda oturub qəzet oxuyarkən birdən məni ağır peşmançılıq hissi bürüdü. Yanına ona görə gəldim… 

Bilirsən bütün acığımı səndən çıxdım! Hər boş şeyə görə səni danladım, ayyaqqabılarını təmizləmədiyin üçün, yerə paltarlarını atdığın üçün. Səhər yeməyində də sənə  acığım tutdu, çayı dağıtdığına görə, tez-tez boğularaq yemək yediyinə görə, dirsəklərini masanın üstünə qoyduğuna görə, çörəyin üstünə çox yağ çəkdiyinə görə… Bütün bunlara baxmayaraq, mən işə tələsərkən sən: “sağ ol,atacan”-dedikdə belə mən qaşlarımı çatıb “çiyinlərini düzəlt!”- demişdim.Yenə də öz bildiyim,öz istədiyim… 

Günün sonunda isə hər şey yenidən təkraralandı.Evə qayıdarkən sənin yolda dizlərin üstündə top oynadığını gördüm, corabların deşik-deşikdi. Buna görə də, səni dostlarının yanında danladım və evə getməyə məcbur etdim.”Corablar çox bahalıdır! Əgər onları öz  qazandığın pulla alsaydın onları daha səliqəli geyinərdin!” Hələ də inana bilmirəm ki, bu sözləri mən sənə demişəm,sənin doğma atan! Axı bir kiçik uşaqdan, hər şeyi yeni öyrənən birindən bunları necə tələb etmək olar? 

Yadımdadır, sən mənim otağıma daxil olanda qəzet oxuduğum üçün və mənə mane olduğun üçün sənə əsəbləşdim və sən tərəddüd edərək qapıda dayanıb mənə məhəbbət dolu gözəl gözlərinlə diqqətlə baxırdın.Mənsə əsəbi halda səndən nə istədiyini soruşdum.Sənsə heç nə demədin və qaça-qaça gəlib məni o kiçik, isti əllərinlə qucaqladın və öpdün.Sənin o kiçik əllərin məni böyük bir məhəbbətlə qucaqladı, sonra isə çıxıb getdin.Hətta səninlə belə pis rəftar etsəm də bu səndə az da olsa inciklik yaratmamışdı… 

Bilirsən, oğlum, sonra birdən oxuduğum qəzet əllərimdən sürüşüb düşdü və məni izah edə bildiyim dəhşətli bir qorxu bürüdü. Məni bu vərdişlərim, tənqid etmək, öcəşmək, danlamaq kimi adətlərim məni nə hala qoyub?!!!!! İndi başa düşdüm.

Bu o demək deyil ki, səni sevmirəm.Sadəcə mən səninlə böyüklərlə,öz yaşıdlarımla davrandığım kimi davranmışam,başa düşmürdüm ki,sən axı uşaqsan!Əslində xasiyyətində o qədər gözəllik, səmimilik, yaxşılıq var ki… Amma sənə söz verirəm ki,sabahdan sənə əsl ata olacam.Səninlə dost olacam,səninlə gülüb,səninlə sevinib,səninlə kədərlənəcəm!  

Və həmişə özlüyümdə bu sözləri təkrar edəcəm: “O hələ kiçik bir uşaqdır, kiçik bir uşaq!”

Mən çox şey tələb etmişəm, çox şey, indi başa düşürəm….”.

Qeyd: öz ailə həyatınızın həmişə xoşbəxt olmağını  istəyirsinizsə üçüncü qaydanı heç vaxt unutmayın: TƏNQİD ETMƏYİN!

Tənqid etməməklə əlaqəli digər yazım..

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "`Atanın Peşmanlığı`"

  1. Zhala on Sun, 24th May 2009 1:22 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    duzdur tengid bumerang kimidir

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.