Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Atalar və qızları

 tərəfindən  15 June, 2010 tarixində və Ailəyə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Övladlarımız bizim üçün necə dəyərli və  Allahdan gözəl hədiyyədirsə, valideynlərimiz üçün də biz o qədər dəyərli olmuşuq..

Övladın ata anaya olan bağlılığı və xüsusilə qızların atalarına olan bağlılığı barəsində anspress.com-da yayımlanan məqaləni Evlenirik.Biz sizinlə bölüşür.  Övlad sahibi olanlar, xüsusilə qızı olan atalar və atasına qarşı xoş olmayan duyğular bəzləyən qızlar  yaxşı-yaxşı oxuyub duyğularınızı şərh edin.

Qızı 6 aylığında;
Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim!
Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.

Qızı 5 yaşında;
Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm.

Qızı 10 yaşında;
Ata: Getdikçə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız.
Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək?

Qızı 15 yaşında;
Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?

Qızı
20 yaşında;
Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur…Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik.
Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.

Qızı 25 yaşında;
Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni.
Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.

Qızı 30 yaşında;
Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır.
Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm, yaxşı olar.

Qızı 40 yaşında;
Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.
Qızı: Atam getdikcə, lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar… Heç vaxt onun istədiyi övlad olmamışam.

Qızı 45 yaşında;
Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də, gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram.
Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma…

Qızı 50 yaşında;
Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun.
Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunu hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?!

Qızı 55 yaşında;
Qızı: Atacan sən gedəni yoxluğunu daha çox dərk edirəm. Kaş səni heç üzməyəydim. Heyifslənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni…

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

4 şərh on "Atalar və qızları"

  1. Ramil on Tue, 15th Jun 2010 2:10 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Bir qız atası kimi bu yazını böyük duyğular içində oxudum.. Həqiqətən çox kövrəldim və bir neçə damcı göz yaşlarıma hakim ola bilmədim.. Həqiqətən qısa cümlələrlə də olsa insanı necə düşündürür.. Çox sağ olun bu düşüncələri yaşatdırdığınız üçün. Qızım mənim həyatımdır.. Balaca olsa da mən sanki onunla nəfəs alıram.. Allah hər kəsin övladını qorusun! AMİN!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Gunel on Tue, 15th Jun 2010 9:27 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Cox tesirlendim ((( cox kovreldim…shukur ki, men bele ovlad olmamisham…Cox shukur…Her gun evden cixanda adi olaraq gorusub cixiram…amma evden bir az uzaqlasan kimi icimde nese qirilir…ay Allah, belke hec qayitmadim, ya da qayidib onlari gormedim hec…kas mohkem qucaqlayaydim…kash cox baxaydim uzune…bugun seher eynisini hiss etdim…nece de pis hissdir…ona gore her deqiqeni semereli kecirmeye calisiram…elbette elimden geldiyi qeder…

    Cox terbiyevi yazidir,

    Tesehkkur edirem….

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  3. Ayka on Tue, 15th Jun 2010 12:19 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Həqiqətən də həyatın reallığını əks etdirən bir yazıdır.
    Amma tesüflər olsunki, biz hər zaman nələrisə etməyə çox gec qalırıq. Mən də atama çox bağlıyam amma artıq 21 yaşım olduğu üçün əvvəlki kimi bütün günümü atamla keçire bilmirəm. Amma bütün günümü atamla keçirə bilməsəmdə hər bir dar anımda ilk yanımda olacaq insan atamın olacağını bilirəm. Biz qızların hər zaman güclü, dözümlü və bizi anlayan bir qəhrəmanı var o da ATAMIZDIR.
    Allah Bütün valideyinləri qorusun. Amin!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  4. Mətanət on Tue, 15th Jun 2010 6:21 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    ..ne yaziq ki bu yazilan real heyatdan goturulub, heqiqiqeten insan ovladi her bir sheyi itirdikden sonra onun qiymetini anlayir ve sonradan “kash bele etmezdim” deye peshmanchiliq hissi kechirir.
    Valideyinlerin qedrini sagliginda bilmek, onlarin qaygisina qalmaq lazimdir chunki ne vaxtsa biz de valideyin olacayiq ve onlara qarshi olan butun davranishlarimiz bumeranq kimi bize qayidacaq, ona gore her zaman xeyir emel sahibi olaq ki Tanrinin sevdiyi ve mukafatlandirdigi bendelerden olaq.
    Allah butun Ata Analari ve evladlari penahinda saxlasin.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.