Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ata və qızının münasibəti

 tərəfindən  16 June, 2009 tarixində və Ailəyə Özəl, Körpələrə Özəl, Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

qız və atası

Sağlam bir ailədə ümumiyyətlə qız uşaqlarının ilk sevgisi atalarına qarşı olur. Bu sevginin təsirləri bəzi qız uşaqlarında böyük yaşlara qədər davam edir. Məsələn, bəzi xanımlar həyat yoldaşlarında atalarının xüsusiyyətlərini tapmağa çalışırlar. Müsbət ya da mənfi fərq etməz. Qısacası ilk eşqlər ata ilə başlar.

Kiçik qız uşaqları atalarına heyran olurlar. Atalar qızlarının dünyasında xüsusi  bir yerə sahibdir və məcazi mənada onların ilk eşqi sayılır. Atalarının yerini başqa bir oğlan alana qədər bu belə davam edər. Qız uşaqlarının həyata sağlıqlı bir pəncərədən baxa bilmələri və həm sosial baxımdan, həm də gələcəkdə xoşbəxt ola bilmələri üçün, ataları ilə normal sağlam bir münasibət keçirmiş olmaları çox vacibdir.

 

İdeallaşdırma ata ilə başlayır..

Analar qızlar üçün nümunə sayılırlar. Amma ataların yeri fərqlidir. Qız uşaqlarının atalar ilə qurduqları münasibət çox güclüdür. Ata ilə qızlar arasında, əsla ana ilə ola biləcəyi kimi bir rəqabət duyğusu olmaz. Münasibətləri bəzən məsafəli olsa da çox zaman içdən və təsiredicidir. Ata ilə qız uşaqları eşqin ən ülvi növünü yaşayırlar. Bu ata qız münasibətlərində, ata ilə oğul münasibətindən daha fərqli olmaqla yanaşı atanın xüsusi ya da mükəmməl xüsusiyyətlərə sahib olması vacib deyil. Onlar qız uşaqları üçün hər halları ilə idealdırlar.

ata və qızı

Kişi dünyasına açılan ilk pəncərə

Ata qız münasibətləri sayəsində qız uşaqları kişilərin dünyasını tanıyırlar. Bu şəkildə əks cinsin nümayəndələri arasında necə hörmət qazana biləcəklərini də öyrənirlər. Atanın reaksiyaları, ailədəki rollar və günlük həyatdakı davranışlar da burada təsiredici olur. Ata ilə qız münasibətlərində eyni zamanda qızlar necə bir həyat yoldaşları seçmələri barədə də fikir sahibi olurlar.

Özünə güvənməyin ilk toxumları

Ata ilə qızı arasında bu gözəl münasibət, qız uşağının özünə güvənməsində böyük rol oynayır. Ata ilə birlikdə sosial həyata qarışmaq, konsertlərə, teatrlara getmək ya da ən təməl davranış olan ata ilə qızın birlikdə söhbət etmələri belə uşağın özünə güvənin dəstəkləyir və inkişaf etdirir.

Özünü izləməyə başlayır

Ana ilə qız arasında duyğulu bir yaxınlıq vardır. Qız uşaqları anaları ilə özlərini bir tutar və buna qarşılıq atanın davranışlarının necə bir nəticə yaradacağını təsbit edərlər. Qızların ataları ilə qurduğu bu yaxınlıq, irəliki zamanda qarşılaşdığı problemlərlə necə başa çıxa bilmələrinə  və birisindən xoşu gəlib gəlmədiyin təyin etmələrinə yardımçı olur.

Həyat  mübarizəsində ataların göstərdiyi hər müsbət davranış, qızlarının yaşam yarışında da böyük yer tutur. Qız uşaqlarının üzərinə alacaqları öhdəlikləri yerinə yetirməsi, kimliyinin daha yaxşı inkişafı üçün güclü təməl yaradır. Qızını cəsarətləndirən və dəstək olan ata, həm iş həyatında həm də özəl münasibətlərdə, xoşbəxtliyin açarını əldə etmiş hesab edilə bilər.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.