Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ad günün mübarək

 tərəfindən  7 March, 2017 tarixində və Ailəyə Özəl, Körpələrə Özəl, SİZƏ ÖZƏL bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Mənim üçün həyatda əvəzi olmayan hiss ana adını qazanmaq oldu. Anladım ki, Ana övladı üçün nələr etməyə qadir imiş. Övladı üçün özünü unudub körpələşən ana, öz qayğısını unudub onun həyatını yaşayan ana. Biz qızım ilə bir böyüdük, hər ay yeni hərəkətləri, yeni səsləri, günlər keçdikcə eyni hissləri paylaşmağa başladıq. Simasında yaranan cürbəcür ifadələri oxumağa çalışdım, onun kimi məndə uşaq oldum. Onun hər ay böyüməsini izləyə izləyə sevməyi öyrəndim, mən həyatı sevməyi və övladım üçün həyata bağlanmağı öyrəndim.

Yuxusuzluğum, narahatçılığım körpəmin bir gülüşü qarşısında unuduldu. Ona oynamağı, əl çalmağı, oyuncaqlar ilə necə rəftar etməyi öyrətdim, əlindən tutub addımlamağına dəstək oldum. Mən övladım ilə bir daha böyüdüm. Bir ili arxada qoyduq. Ad günün mübarək gözəl qızım. Atan ilə səni çox sevirik. Yaxşıki həyatımızda sən varsan, yaxşıki sən bizim varımızsan. Şükürlər olsun Allahıma.

P.S: Evlenirik.Biz heyəti olaraq biz də bu gözəl balaya Allahdan uzun ömür, can sağlığı və valideynlərinin daima fərxi olmasını arzu edirik.

 

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.