8 Mart- Qadınlar Günü
Aysel Bayramova tərəfindən 7 March, 2011 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

O, dünyanın ən incə, zərif, sevimli, qayğıkeş, bir sözlə bütövlükdə cəm olan bir varlığıdır. O, arzuların, istəklərin çin olduğu reallıq, yollarını gözlətdiklərinin həsrətlə gözlədiyi bir muradıdır. O, dünyaya canlı bəxş edən əvəzi olmayandır. O, kiçiyi böyüyə zamanca çevirən varlıqdır. O, “QADIN”dır, öz əməyi, zəhməti, gülərüz siması ilə zərif görünən lakin böyük işlərə imza atan qadın…
O, bugün övladının böyüb başa çatmasına, onun təhsil almasına, isti bir ailə qurmasına dəstək olan anadır. O, bu gün işçidir, vəzifə sahibidir, dövlətin rifahı naminə önə atılan qüvvədir.
Biz bütün qadınlarımızı tarixin bu gününü qeyd edən Azərbaycan daxilində və ondan çox uzaqlarda yaşayan xanımlarımızı, qızlarımızı 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik.
Onlara həyatları boyu solmayan gözəllik, ecazkarlıq, uzun ömürlü evlilik arzusununu davamı kimi 8 Mart gününü isə tarixə qırmızı hərflərlə yazan Klara Setkinin xatirəsini anaraq onun uzun zaman öncə qadınlara, qadın əməyinə verdiyi qiyməti yüksək qiymətləndirərək bu tarixi heç bir zaman solmayan rənglə işarə olunması ümidi ilə hər il qeyd etməyi arzu edək!
Editor: Evlenirik.Biz olaraq başlıca bu təbrik ilə bütün xanımlarımıza səslənən Aysel xanımı və onun simasında bütün qadınlarımızı təbrik edirik! Sevdiklərinizə E-CARD ( http://evlenirik.biz/ecard ) göndərib təbrik edə bilərsiniz!
DİGƏR MƏQALƏLƏR
Yüklənir…















Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !