6 ayda 32600 toy olub
evlenirikbiz tərəfindən 28 July, 2010 tarixində və Ailəyə Özəl, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

Evlenirik.Biz-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 32600 nəfər evlənib.
Bu dövrdə Azərbaycanda bağlanmış nigahların sayı hər 1000 nəfərə 7,4 nəfər təşkil edib. Boşanan ailələrin sayı isə 4,2 min nəfərə çatıb. Boşanan insanların sayı keçən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Statistika məlumatlarına görə, ilk nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş təşkil edir.
Əlavə olaraq bildirmək istərdik ki, bu altı ay ərzində Azərbaycanda 76,3 min nəfər uşaq doğulub və 27 min nəfər isə dünyasını dəyişib. Doğulanların sayında 5,1 faiz artıb, ölənlərin sayında isə 0,1 faiz azalma qeydə alınıb.
Evlenirik.Biz Mətbuat Xidməti
DİGƏR MƏQALƏLƏR
Yüklənir…





(2 səs, ortalama: 4.50)








Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !