Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Dördüncü qayda:bir-birinizi qiymətləndirin və bunu göstərin!

 tərəfindən  27 May, 2009 tarixində və Ailəyə Özəl, Dost Məsləhəti, Kişilərə Özəl, Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

4-cü qızıl qayda

Ətrafdakıları  tez  bir zamanda xoşbəxt etməyin üsulu.

Los-Ancelesdə yerləşən “Ailə Münasibətləri İnstitutu”nun direktoru Pol Popenou qeyd edir:”əksər kişilər özlərinə həyat yoldaşı seçəndə bəzilərinin düşündüyü kimi, qulluqçu,evi idarə edən birini yox, özləri ilə fəxr edən, kişini yüksək qiymətləndirən, cazibədar birini seçirlər.Çünki bütün bunların qarşılığında onlar özlərini ağıllı və lazımlı hiss edirlər.Buna görə də, bir gün bir kitabxanaçı bir qadını səhər yeməyinə dəvət etsələr (edə bilərlər) və o uzun müddət əvvəl yadında qaldığı kitablardan və “müasir fəlsəfə”dən danışmağa başlasa və hətta inadkarlıqla yeməyin pulunu özü ödəyəcəyini bildirsə, o gələn dəfə səhər yeməyini tək yeməli olacaq.” 

Bunun əksinə olaraq isə məsələn. adi bir orta təhsilli qadın yemək zamanı tərəfdaşına diqqətlə baxıb, kişinin bir az da özü haqda danışmasının istəyəcək.Sizcə nəticəsi necə olacaq? Həmin şəxs öz dostlarına həmin xanımın o qədər də gözəl olmadığını, lakin onun kimi maraqlı həmsöhbətlə rastlaşmadığı bildirəcək.

Məsələn, kişilər qadınlara  onların həmişə yaxşı görünmək və zövqlü geyinmək adətini yüksək qiymətləndirdiklərini bildirə bilərlər.Amma təəsüf ki, kişilər çoxdan qadınların geyimlərlə necə dərindən maraqlandıqlarını unudublar.Məsələn, əgər yolda bir qadın və bir kişi digər qadın və  kişi ilə rastlaşırsa, qadın digər qadını nadir halda qoyub, kişiyə baxacaq,çünki ona həmin qadının nə geyindiyi daha maraqlıdır.

“Mənim nənəm bir il əvvəl 98 yaşında rəhmətə getdi.Ölümündən qabaq biz ona çoxdan, cavanlığında çəkilmiş şəklini göstədik.Onun gözləri zəif olduğundan şəkli tam görə bilmədi,yeganə sualı isə bu oldu:”burda hansı paltarı geyinmişəm?” Çox maraqlıdır,elə deyil? Hətta ölümqabağı yatağa düçar olmuş bu yaşlı, çox zəif yaddaşlı qadın hətta öz yaxınlarını,qızını belə tanımadığı halda, çox illər öncə nə geyindiyi haqda maraqlandı.Bu fakt doğrudan da çox maraqlıdır.

Əminəm ki, bu cümlələri oxuyan kişilər heç bir neçə ay əvvəl nə geyindiklərini xatırlamırlar, nəinki neçə on illər əvvəl, heç yada salmaq fikirləri də yoxdur.Qadınlar üçünsə bu çox vacibdir, hörmətli kişilərimiz.

Qeyd:Fransada yüksək təbəqənin kişilərinə uşaqlıqdan qadınlarla bir yerdə olduqları vaxtda onların şlyapası və geyiminin onların necə xoşuna gəldiyini bir yox bir neçə dəfə bildirmələri öyrədilir…

Bir hekayədə yazılır ki, kənddə yaşayan bir qadın ağır iş günündən sonra evdəki kişilərin qabağına yemək qoyur, bir qab dolu buğda. Kişilərsə əsəbləşərək ona: “dəli olmusan?” deyirlər. Qadınsa cavabında belə deyir:”mən axı hardan bilərdim ki, siz buna fikir verərsiz.mən artıq 20 ildir hər gün sizə yemək hazırlayıram, amma siz bir dəfə də olsun mənə adi bir buğda yemədiyinizi bildirməmisiz! Bir dəfə buna görə xoş söz deyib qiymətləndirməmisiz! İndi yeyin bu buğdanı!”

Hətta rus çarlığı zamanı çox kaprizli rus elit təbəqəsi belə böyük şam yeməklərindən sonra aşbazı çağırar və ona bu  dadlı yeməklərə görə və bacarığına görə  təşəkkür edərdilər.

Axı bu diqqəti öz həyat yoldaşınıza göstərmək elə də çətin deyil, hörmətli  kişilərimiz! Gələn dəfə yoldaşınız dadlı bir şeylər hazırlayanda bu haqda ona deyin, adi bir “buğda” yemədiyinizi ona xatırladın.

Bəs bu gün, sabah  bunu nə vaxt etmək fikriniz var? Heç kim bilmir başımıza sabah nələr gələcək.Vaxt varkən onu necə qiymətləndirdiyinizi və xanımınızın sizin xoşbəxtliyiniz üçün nə qədər vacib olduğunu bildirin.İngiltərənin ən böyük dövlət xadimlərindən olan Dizraeli (əvvəlki bölmələrdə qeyd etmişik) arvadına nə qədər qiymət verdiyini heç vaxt gizlətməzdi.

Eddi Kantor öz müsahibələrinin birində belə demişdi:”mən hər kəsdən çox öz həyat yoldaşıma borcluyam, o hər zaman mənim yanımda olub,cavan olanda mənə düzgün yol göstərib,evləndikdən sonra isə o hər sentə qənaət edərək, qurduğumuz işimizə qoyub,nəticədə də var-dövlət sahibi oldumuşuq.Bizim 5 gözəl övladımız var.O, həmişə mənim üçün evdə rahatlıq yaradıb.Əgər bu gün bu yerdəyəmsə ona borcluyam”

Odur ki, ailə həyatınızın xoşbəxtliyi üçün dördüncü qaydanı unutmayın:bir-birinizi həqiqətən qiymətləndirdiyinizi göstərin və bunu bacarın!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.